Gündəmdə qalmaq üçün danışmaq kimə lazımdır?

12/02/2019 [17:24] - Gündəm (118)



Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda minimum əmək haqqı 40 faiz artırılaraq 180 manata çatıb.  Prezidentin son sərəncamına qədər minimum əmək haqqı yaşayış minimumunun 72 faizini təşkil edirdi.

Təbii ki, bu sərəncam sosial sferada aktual olan  bütün məsələləri həll etmir və edə də bilməz. Sosial sfera dinamik sahədir və bir qərar, hər hansı addımla bütün problemləri yoluna qoymaq mümkün deyil. Hətta inkişaf etmiş Qərb ölkəlırinin nümunəsinş nəzər yetirsək, orada da ciddi sosial problemlır mövcuddur və bu zəmində dünyanın diqqıtini özünə cəlb edən davamlı aksiyalar da keçirilir. 

Sosial məsələnən sistemli şəkildə həllini tapması üçün həm vaxt, həm də böyük vəsaitlər lazımdır.  Buna görə də sosial sektorun problemlərinin həlli ilə bağlı dövlət başçısı tşrəfindən atılan məqsədyönlü addımları dəyərləndirmək lazımdır. 

Nəzərə alsaq ki, minimum əmək haqqının artımı 600 minə yaxın insanın maaşına təsir göstərəcək, təbii ki, bu,  müsbət qəbul olunmalıdır.  

Təbii ki, hökümətin atdığı son addımlar fonunda bəzi siyasətçilərin, özü də xarici qrantlarla dolanan siyasətçilərin formalaşdırmağa çalışfığı ictimai rəy anlaşılan deyil. Əgər bu sərəncam olmasaydı, həmin siyasətçilər irad bildirəcəkdi ki, hökumət niyə minimum əməkhaqqını yaşayşış minimumuna çatdırmır. Məncə çox haqlı irad olacaqdı. 

İndi hökumət bunu edirsə, faktiki olaraq ardıcıl şəkildə əhalinin sosial problemlırinin həlli ilə bağçı çox düzgün, praktiki addımlar atırsa,  niyə bu izafi müzakirə və ya mübahislərə səbəb olmalıdır?
Bəlkə müxalifət, xüsusilə də onun hakimiyyəti sərt tənqid edən hissəsi həllini gözləyən digər aktual məsələləri müzakirəyə çıxartsın və  konkret təkliflər irəli sürsün?

Məsələn, hökumətə dollar kreditləri ilə bağlı qəraralara diqqət yetirməyi tövsiyə etmək olar. Bu məsələ böyük kasıb təbəqəni əhatə edir və açıq qalıb. Və yaxud da icbari tibbi sığorta ilə bağlı problemlərin həlli çox aktualdır. 

Belə çıxır ki, müxalifət hakimiyyəti sosial məsələləri həll etmədiyinə görə deyil, həll etdiuinə görə tənqid edir. Bu artıq siyasi mazaxizmdir.

Məsələn, REAL sədri İlqar Məmmədov düz bir həftə sərf edib müxtəlif riyazi hesablamalarla cəmiyyətin iki yerə bölündüyünü iddia etməkdənsə, normal bir təklif irəli sürə, yaxu da  elə REAL-ın  əhalinin sosial təminatını yaxşılaşdırmaq üçün nə təklif etdiyini açıqlaya bilər.  

Keçmiş diplomat Arif Məmmdəov isə "varlı" və "kaslb" Azərbaycan haqqında  ironik söz yığınını  ictimai rəyə yeritmək əvəzinə, özünün niyə ikiyə bölündüyünü izah etsə daha anlaşıqlı olar. Bəlkə onda cəmiyyətimiz niyə sabiq diplomatın ömrünün yarsını hakimiyyəti vəsf etməyə, digər yarısını isə dediklırini təkzib etdiyini anlaya bilər.

Şəxsən mənə elə gəlir ki, bu insanlar sadəcə danışmaq, gündəmdə qalmaq naminə danışırlar. Bəlkə də qarantlarının kəsilməsindən qorxurlar. Yoxsa bir azərbaycanlı siyasətçi olaraq heç olmasa bircə dəfə də  Ermənistanda baş vetənlərə toxunar, bu ölkəni  tənqid edərdilər. 

Güman ki,  bunu görməyəcəyik. Çünki onlar qrantları Azərbaycanı tənqid etməyə görə alırlar. Maraqlıdır, hansı mənbələrdən? 

Qadir İBRAHİMLİ
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin