Azərbaycan BMT ilə əlilliyi olan şəxslərlə bağlı proqram icra edəcək

12/02/2019 [17:10] - İqtisadiyyat (270)



Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və BMT-nin Əhali Fondu 3000-ə yaxın qadın, əlilliyi olan şəxs və Dağlıq Qarabağ müharibəsinin veteranlarının yaşayış rifahının yaxşılaşdırılması məqsədini daşıyan iki illik proqram imzalayıb.

BMT-nin Bakıdakı ofisindən İstiqlal.az saytına bildiriblər ki, ölkənin Birinci Vitse-Prezidentinin təşəbbüsü ilə hazırlanan bu proqram əlilliyi olan şəxslər və müharibə veteranların həyatını yaxşılaşdırmaq üçün əhatəli siyasət irəli sürməyə imkan verəcək. Bu təşəbbüs nəticəsində, əlilliyi olan qadınlar və qızlar, habelə müharibə veteranlarının xüsusi ehtiyacları və potensialları barədə kəmiyyət və keyfiyyət əsaslı məlumatların əlçatanlığı yaxşılaşdırılacaq, əlilliyi olan şəxslərə qarşı qınaq və ayrı-seçkiliyi azaltmaq üçün ictimai düşüncələrin dəyişməsi təşviq ediləcək.

Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondu tərəfindən birgə maliyyələşdirilən bu yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcək.

Layihə çərçivəsində müasir informasiya və kommunikasiya texnologiyaları vasitəsilə cəmiyyətin həssas təbəqələri üçün bilik, məlumat və məşğulluq imkanlarını genişləndirmək məqsədilə əlilliyi olan qadınlar və müharibə veteranları üçün Bacarıqların İnkişafı və Təlim üzrə Virtual Laboratoriyanın (V-Laboratoriya) yaradılması nəzərdə tutulur. Əlilliyi olan insanların sosial inteqrasiyası və ümumilikdə cəmiyyətdə inkluzivliyi təşviq etmək məqsədi ilə Bakıda nümunəvi incəsənət məktəbi yaradılacaq. Burada əlilliyi olan və əlil olmayan qadınlara və müharibə veteranlarına innovasiya, start-up və biznesin inkişafı sahəsində geniş çeşidli platformalar təklif olunacaq.
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Xəbər lenti
08/12/2019 [23:59]:
6 minə yaxın etirazçı küçələrə çıxaraq yürüş edib
08/12/2019 [22:13]:
Şimali Koreya ABŞ-la nüvə silahı məsələsini müzakirə etməyəcək
08/12/2019 [21:45]:
Messi yeni rekord müəyyənləşdirib
08/12/2019 [20:52]:
Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb
08/12/2019 [19:44]:
4,3 bal gücündə zəlzələ olub
08/12/2019 [18:36]:
Əhali bir ildə narkotik almağa azı 30 milyard avro xərcləyir
08/12/2019 [18:14]:
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
08/12/2019 [17:43]:
Morales prezident seçkilərində partiyasının qərargahına başçılıq edəcək
08/12/2019 [17:10]:
Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib
08/12/2019 [16:30]:
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
08/12/2019 [15:52]:
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi
08/12/2019 [15:22]:
Nazirdən şok: "İranı bombalamağa hazırıq"
08/12/2019 [14:50]:
İğtişaşlarda iştirak edən 77 nəfər saxlanılıb
08/12/2019 [14:23]:
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
08/12/2019 [13:54]:
"Həzi Aslanov" metrostansiyası bağlanır?
08/12/2019 [13:43]:
“Leviafan” filmi son on ilin “Ən yaxşı filmlər”i siyahısına daxil olub
08/12/2019 [13:17]:
Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb
08/12/2019 [12:49]:
Rusiya Ukrayna ilə qaz sazişi bağlamaq üçün şərtlərini açıqlayıb
08/12/2019 [12:22]:
Futbolçular rəhbərlikdən baş məşqçini istefaya göndərməməyi xahiş ediblər
08/12/2019 [11:41]:
Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
08/12/2019 [11:21]:
ABŞ və İran girov mübadiləsi həyata keçirib
08/12/2019 [10:54]:
Təhsil nazirinin müavini rüşvət aldığına görə həbs edilib
08/12/2019 [10:00]:
"Votford"a yeni baş məşqçi təyin edilib
07/12/2019 [23:59]:
Sakinlərə həftəsonu və tətillərdə evdə ölmək qadağan edildi
07/12/2019 [22:37]:
Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Gənclərlə bağlı layihə yekunlaşdı
İş və istirahət günlərinin yeri dəyişdirilib
“Azəriqaz”da yeni təyinat olub
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Ançelotti gələn həftə qovula bilər
Hərbi qulluqçumuz vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin