Naxçıvan Muxtar Respublikasının 95 illiyi qeyd edilib

12/02/2019 [14:46] - Cəmiyyət (324)



Naxçıvan Muxtar Respublikasının 95 illiyi və Xıdır Nəbi bayramı münasibətilə Bakıda yaşayan naxçıvanlılar tərəfindən 10 fevral 2019-cu il tarixdə Atlantis şadlıq evində tədbir keçirilib. 

Tədbirin əsas mahiyyəti qədim tarixə malik Xıdır Nəbi bayramının tanıtımı, unudulmaması və gənc nəslə çatdırılması olub. Təşkilatçılar Naxçıvana məxsus digər qədim xalq bayramları və mərasimlərinin bundan sonra da Bakıda qeyd ediləcəyini bildirib. Stolların üzərinə ənənəvi Xıdır qovurqası, Xıdır xonçası, Naxçıvan kətəsi, çöçə, nabat, quru meyvələr, çərəzlər, şirniyyatlar, badamlı, sirab, müxtəlif kompotlar, mürəbbələr, ümumiyyətlə Naxçıvanda istehsal edilən nemətlər düzülərək Naxçıvan mətbəxi qonaqlara tanıdılıb.

Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev (Elyar İslam) çıxış edərək Nuh yurdu Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol qət etdiyini söyləyərək son illərdə Naxçıvanda aparılan quruculuq işlərindən, Naxçıvanın inkişafından danışıb, Xıdır Nəbi bayramının tarixi, əhəmiyyəti, bayram zamanı icra edilən adət-ənənələri, ritualları diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, bu mərasim xalqımızın zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir. O, bu bayramı həm uşaqların, həm də böyüklərin səbirsizliklə gözlədiyini, uzun illərdən bəri unudulmadığını, yaşadıldığını, ölkəmizin mədəniyyət xəzinəsində ən önəmli yerini saxlamaqla yanaşı, xalqımızın tarixiliyini, qədimliyini göstərən belə mərasimlərin qorunması və tanıdılmasının vacibliyini qonaqların diqqətinə çatdırmışdır. 

Daha sonra Milli Məclisinin deputatı Aydın Mirzəzadə çıxış edərək bildirib ki, Xıdır bayramının keçirilməsi milli mənəvi dəyərlərimizə verilən qiymətdir. Xalqımızın adət-ənənələrini qoruyub saxlamaq, onu gələcək nəsillərə ərmağan etmək vacibdir. Bu adət-ənənələr xalqımızın birliyinin, gücünün təcəssümüdür.

Sonra Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının vitse prezidenti Könül Məmmədzadə çıxış edərək tədbirin əhəmiyyətini və keçirilməsinin vacibliyini qeyd edərək, təşkilatçılara təşəkkürlərini çatdırmışdır.

Naxçıvanlı şair Rəhim Mehnət, şair, yazıçı, jurnalist Kamil Kamranoğlu, yazıçı şair Almaz İlahə Əhmədova, Naxçıvanlı ziyalılar Telman Qasımov və Fikrət Bektaşi də çıxış edərək Naxçıvanın yüksək inkişafından, görkəmli şəxsiyyətlərindən də söhbət açaraq, qədim mərasimlərin yaşaılmasının vacibliyindən danışmışlar. Bildirilib ki, hazırda 95 illik yubileyini qeyd edən Naxçıvan muxtariyyət tarixinin inkişaf dövrünü yaşayır. 

Tədbirin bədii hissəsinin təşkilatçısı Fərahim Qulubəyov də adət-ənənələrin, mərasimlərin yaşadılmasının zəruriliyindən danışaraq, gələcəkdə belə tədbirlərin çox olmasını vurğulayıb. Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova, Azərbaycan Respublikasının əməkdar artisti İlqar Muradov, Azərbaycan Dövlər Opera və Balet Teatrının solisti Bəsti Qasımova, Azərbaycan Respublikasının əməkdar artisti, opera və balet teatının aparıcı solisti Cahangir Qurbanov, Azərbaycan Dövlət televiziyasının solisti Sərxan Bünyatzadə, Azərbaycanın səsi yarışmasının qalibi Mehman Tağıyev, müxtəlif səs yarışmalarının iştirakçısı və qalibi olmuş Cavid Hüseyn, Vəli Səfərov, Rza Zaman, Ayxan Bünyatzadə, Mahir Hüseynli, Ehtiram Hüseynov, Elmar Qasımov  və başqaları Naxçıvana aid mahnılarla tədbiri daha da canlandırmış, şən əhval-ruhiyyəyə kökləmişlər. Sonra Naxçıvan yallıları ifa edilmişdir. 

Tədbir zamanı həm də Naxçıvanda istehsal edilən məhsullar sərgilənib. Sonda qonaqlara Xıdır xonçaları və qovurğa torbaları, Naxçıvan məhsulları təqdim edilib.

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [23:59]:
“Qarabağ”ın “Linfild”lə oyununu isveçrəli hakimlər idarə edəcək
18/08/2019 [22:44]:
Kürkəni Sarkisyanın da həbs ediləcəyindən əmindir
18/08/2019 [21:03]:
Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Jizel” təqdim olunacaq
18/08/2019 [19:16]:
Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi
18/08/2019 [17:27]:
Bakıda kirayə evlərin qiyməti qalxıb
18/08/2019 [15:39]:
BMT yeni dəhşətli silah növünün yayılacağından qorxur
18/08/2019 [14:51]:
Borca görə axtarışda olan daha 12 nəfər saxlanılıb
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Vilyayət Eyvazovdan yeni təyinat
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin