İran İslam İnqilabının 40-cı ildönümü Bakıda qeyd edildi

12/02/2019 [00:57] - Gündəm (117)



İran İslam İnqilabının 40-cı ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Cavad Cahangirzadə ölkəsinin inqilabdan ötən 40 ildə keçdiyi inkişaf yolundan söz açaraq, bu müddətdə İranın müxtəlif uğurlar əldə etdiyindən danışıb. 

Səfir deyib ki, inqilabdan artıq 40 il ötür və bu gün ölkəmiz öz amalları uğrunda mübarizə aparır: “İslam inqilabının ən böyük hədiyyəsi müstəqilliyimizdir. Bu müddətdə çox sayda uğurlarımız olub ki, bu da İranı dünya müstəvisində yerini möhkəmləndirib”.  

İİR və Azərbaycan arasındakı  münasibətlərı toxunan C.Cahangirzadə ölkələrimiz arasındakı dostluq və qardaşlığa bağlı olan əlaqələrin gündən-günə inkişaf etdiyini deyib. Bildirib ki, ölkə başçılarının səmimi münasibətləri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində bu əlaqələr möhkəm dayaq olub: “Bu iki qardaş xalq arasında çoxşaxəli əməkdaşlıqlar, qırılmaz tellər yaranıb”. 

Azərbaycan hökuməti adından İran xalqını bayram münasibəti ilə təbrik edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, ötən 40 ildə qonşu İran uğurlu və sürətli inkişaf yolu keçib, bir çox ölkələrlə ticari, iqtisadi əlaqələrini genişləndirib və dünyanın siyasi-iqtisadi xəritəsində öz layiqli yerini tutub: “Davamlı və milli inkişaf kursuna sadiqlik nümayiş etdirən İran İslam Respublikası ÜDM-in 5 dəfəyədək, adambaşına düşən ÜDM-in 2 dəfədən çox, strateji valyuta eytiyatlarının isə 7 dəfə artımına nail olub. İranın əldə etdiyi bütün bu nailiyyətlər yaxın dost və qonşu ölkə kimi Azərbaycanı həmişə sevindirir”. 

Nazir deyib ki, Azərbaycan qonşu İİR ilə münasibətlərə daima xüsusi önəm verir, ölkə başçılarının son 5 il ərzində 12 dəfə görüşməsi əlaqələrimizin inkişafına ən yüksək səviyyədə verilən böyük önəmin göstəricisidir. “Əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın və Parlamentlərarası işçi qruplarının da mühüm rolu vardır. İnanıram ki, cari ilin mart ayında Azərbaycanda keçiriləcək Komissiyanın 13-cü iclası zamanı da səmərəli müzakirələr aparılacaq, yeni razılıqlar əldə ediləcək”.

 Ş.Mustafayev qarşılıqlı ticarət əlaqələrinə toxunaraq qeyd edib ki, ötən dövrdə görülən işlərin nəticəsidir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ticarət dövriyyəmiz təqribən 74 faiz artaraq 446 mln. ABŞ dolları təşkil edib. O, deyib ki, qarşılıqlı etimad öz növbəsində investisiya əməkdaşlığına müsbət dinamika verib, İranın ölkəmizə yatırdığı 3,4 mlrd. dollar investisiyanın 3,3 mlrd. dollar neft sektoruna, 121 mln. dollar isə qeyri-neft sektoruna yönəldilib.  

Eyni zamanda, Azərbaycan tərəfindən İrana 1,9 mln. dollar sərmayə yatırılıb. Azərbaycanda xidmət, rabitə,  ticarət, sənaye, tikinti, bank və sığorta, nəqliyyat və digər sahələrdə 978 İran şirkəti fəaliyyət göstərir. Ötən il Neftçala Sənaye Məhəlləsində açılışı həyata keçirilən “Xəzər” Avtomobil Zavodunun uğurlu fəaliyyəti səmərəli investisiya tərəfdaşlığının bariz nümunəsi olmaqla yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin