Ramiz Mehdiyev sərəncam verdi

11/02/2019 [11:07] - Siyasət (113)



Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Trend-in məlumatına görə, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin