“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar

09/02/2019 [23:32] - Gündəm (244)



“Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlıqlardan birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb”.

“Report” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi “Biznes islahatları” mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

“Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi” – sədr əlavə edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.

Onun sözlərinə görə, bağlama poçt göndərişi ilə şirkətin adına gəlib, amma şəxsin öz istifadəsi üçün olsaydı, ünvana göndərilərdi: “İkincisi hər hansı ödənişlər varsa, deməli, siz bağlamanı 3 – 4 gün saxlamısınız, ona görə terminal ödənişləri etmisiniz. Bilirsiniz ki, biz karqo terminalında xidmət göstəririk. Müvafiq proseslərin gömrük xidmətinə aidiyyatı yoxdur. Gömrük orqanı ilə sizin əməliyyatlarınız təxminən 30-40 dəqiqə çəkə bilərdi. Amma bu məsələni araşdıracam. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə vətəndaşın nə vaxt yaxınlaşdığı, sənədləri nə zaman təqdim etdiyi və başqa əməliyyatlar qeydə alınır”.

“Neuron Technologies” şirkətinin direktoru, ASK-nın rəyasət heyətinin üzvü və İKT komissiyasının sədri İsmayıl Ələkbərov da sahibkar həmkarına dəstək verərək bu cür problemlərin olduğunu qeyd edib: “Biz ASK-da yüzlərlə, minlərlə sahibkarın Dövlət Gömrük Komitəsilə bağlı problemləri ilə qarşılaşırıq. Ümid edirəm, bundan sonra həmin problemlər olmayacaq. Amma bu məsələlərə ciddi yanaşmalıyıq. Gördüyünüz kimi 10 dollarlıq əşyaya 125 manat ödəniş edilib. Mən əminəm ki, bu gömrük rüsumu deyil. Biz də oxşar problemi yaşamışıq. Hansısa avadanlıqlar gəlib, bütün tələb olunan sənədləri, hətta müqaviləni Azərbaycan dilinə tərcümə edib göndərmişik ki, əngəl yaradılması üçün heç bir əsas olmasın. Təsəvvür edin ki, avadanlıq gətirilir, əməkdaşlarımız gedir ki, gömrük prosedurlarını keçsin, orda min cür bəhanələr başlayır. Biz bunu qiymətləndirməliyik, razılaşırıq. İkinci gün adamları tapa bilmirik. 3-4 gün keçəndən sonra deyirlər ki, məhsulun bu qiymətə olmasına şübhə edirik. Niyə bu qiymətə almısız? Deyirəm ki, biz onların pərakəndə distrübutoruyuq, ona görə də ucuz alırıq. İnanın, insani faktorlara görə, bu proseslər 5-6 gün gedir. Bunun nəticəsində başqa proseslər başlayır. İcazə vermirlər ki, mən başqa nəqliyyat vasitəsi ilə malı göndərim başqa yerə. Məcbur edirlər ki, mal mütləq bura boşalmalıdır. Bu, Gömrük Komitəsinin deyil, “Silk Way” və başqa qurumların problemləridir. Həmin prosedurlar elə də ucuz deyil, bu da məhlusun maya dəyərini artırır. Komitə deyir bizlik deyil, amma izah etmir ki, niyə dəyərləndirmə bu qədər uzanır”.

DGK rəsmisi isə sahibkara cavabında bildirib ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” problemlər olmayacaq.
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin