Minimum əməkhaqqı yaşayış minimumuna çatdı - prezident sərəncamı

08/02/2019 [21:28] - İqtisadiyyat (430)



Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.

Bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.

Qeyd edək ki,  Azərbaycanda ilk dəfə minimum əmək haqqı və  yaşayış minimumu bərabərləşdirilib. Ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi əsas hədəflərdən biridir.

Xatırladaq ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Onun sözlərinə görə, yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:

- aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi zamanı;

- əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;

– fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin müəyyən edilməsində;

– əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;

Qeyd edək ki, Azərbaycanda eyni zamanda ehtiyac meyarı anlayışından da istifadə olunur. Ehtiyac meyarı – əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.Azərbaycanda 2019-cu ildə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
Vətəndaş mədəniyyətinin təbliği - layihə
Xəbər lenti
17/07/2019 [23:59]:
NATO baş katibinə yeni müavin təyin edildi
17/07/2019 [23:11]:
Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17/07/2019 [23:04]:
Polis gücləndirilmiş iş rejimə keçəcək
17/07/2019 [22:12]:
AQTA-nın müəmmalı tenderi – Heyvan kəsimi üçün çadıra 1 milyon manata yaxın pul verilib
17/07/2019 [21:24]:
Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi son 1 ildə kəskin artıb
17/07/2019 [20:31]:
“Neftçi”nin baş məşqçisi: Gözəl nəticə qazanmağa çalışacağıq
17/07/2019 [20:14]:
166 nəfəri öldürən terrorçu ələ keçdi
17/07/2019 [19:47]:
İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı
17/07/2019 [18:53]:
13 alim AMEA-nın professoru seçildi
17/07/2019 [17:18]:
Türkiyə diplomatlarına hücum – Ölən və yaralananlar var
17/07/2019 [16:49]:
Karqo şirkətlərinin rəhbərləri gömrükdə aylıq rüşvət verirmişlər - məhkəmə işi
17/07/2019 [16:06]:
Hindistan Film Festivalı başlayır
17/07/2019 [15:34]:
"Həmin obyekt deputatın oğlunun yox, mənimdir" - Azər Seyidov
17/07/2019 [15:33]:
Zelenskiyə Krımı satın almaq təklif olundu
17/07/2019 [15:08]:
Vətəndaş mədəniyyətinin təbliği - layihə
17/07/2019 [14:46]:
Xəzərsahili torpaqların mühafizəsi üçün monitorinq qrupları yaradılıb
17/07/2019 [13:57]:
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
17/07/2019 [13:03]:
Avroliqada üç vəsiqənin sahibi müəyyənləşdi
17/07/2019 [11:36]:
"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
17/07/2019 [10:18]:
Avropa Komissiyasının yeni sədri məlum oldu
17/07/2019 [09:07]:
Dollarlaşmadan manatlaşmaya keçid - təhlil
16/07/2019 [23:31]:
11 dövlət əmlakı üzrə 14 sifariş verilib
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vilayət Eyvazovdan yeni təyinat
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur – Nazir müavini
Şəki Xan Sarayında bədbəxt hadisə - yaralılar var - yenilənib
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
İsveçrə səfiri: “İkitərəfli münasibətlər zamanla sürətlənir”
İmişlidə məktəb daxmada yerləşir - fotolar
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin