Ötən il Azərbaycan 113 ölkəyə məhsul ixrac edib

08/02/2019 [23:29] - İqtisadiyyat (344)



2018-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac edilib, 178 ölkədən isə idxal olunub.

Dövlət Statistika Komitəsi bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla ötən il ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465 milyon dollar təşkil edib. Nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artıb. Real ifadədə isə dövriyyə 0,5 faiz, o cümlədən ixrac 0,6 faiz, idxal isə 0,2 faiz artıb.

İxracın 30,2 faizini İtaliyaya, 9,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Çexiyaya, 4,2 faizini Hindistana, 4 faizini Almaniyaya, 3,7 faizini Tayvana (Çinin əyaləti), 3,4 faizini Rusiyaya, hər biri 3,1 faiz olmaqla Kanada və İndoneziyaya, 2,7 faizini Portuqaliyaya, 2,5 faizini Gürcüstana, 2,3 faizini Fransaya, 2 faizini İspaniyaya, qalan 17,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 13,8 faizi Türkiyə, 10,4 faizi Çin, 5,8 faizi Almaniya, 4,6 faizi ABŞ, 4,5 faizi İsveçrə, 4,1 faizi Ukrayna, 3,6 faizi İran, 3,3 faizi Yaponiya, 3 faizi İtaliya, 2,3 faizi Birləşmiş Krallıq, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1 faiz çoxdur.

Keçən il 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22,4 faiz, təzə tərəvəz 1,6 faiz, kartof 15,6 faiz, bitki yağları 14,2 faiz, meyvə və tərəvəz konservləri 12,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 1,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar 5,2 faiz, pambıq lifi 2,4 dəfə, polietilen 5,1 faiz, emal olunmamış alüminium 9,4 faiz, pambıq ipliyi 35 faiz artıb. Şəkər ixracı isə 28 faiz, tütün 9 faiz, meyvə və tərəvəz şirələri 22,2 faiz, çay 21,2 faiz, qara metallardan borular 2,3 faiz, qara metallardan yarımfabrikatlar 49,8 faiz, bentonit gili 11,5 faiz azalıb.

2017-ci illə müqayisədə ötən il siqaret idxalı 2,2 faiz, təzə meyvə 42,2 faiz, quş əti və onun əlavə məhsulları 32 faiz, qara metallardan borular 1,6 dəfə, minik avtomobilləri 2,3 dəfə, qara metallardan çubuqlar 45,9 faiz, mineral gübrələr 1,6 dəfə, mebellər 24 faiz, hesablama maşınları, blok və qurğuları 42,8 faiz, polietilen 13,6 faiz, məişət kondisionerləri 39,6 faiz, paltaryuyan maşınlar 10,8 faiz, yük avtomobilləri 1,9 dəfə, qara metallardan künclüklər 7 faiz, avtobuslar 1,6 dəfə, sement və sement klinkerləri 36,2 faiz, məişət soyuducuları 52,1 faiz artıb. Buğda idxalı isə 15,2 faiz, bitki yağları 0,8 faiz, xam şəkər və şəkər 35,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 12,3 faiz, çay 4,6 faiz, kartof 5,7 faiz, mal əti 10 faiz, təzə tərəvəz 41,3 faiz, polad prokatı 11,4 faiz, rezin şinlər 13,7 faiz azalıb.
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin