Beynəlxalq Bankın 10 milyardı hara gedib? - təhlil

08/02/2019 [14:12] - İqtisadiyyat (651)



Beynəlxalq Bankın sabiq  sədri Cahangir Hacıyev məhkəmədə maraqlı çıxış edib. Sabiq bankir deyib ki, "dövlət təşkilatlarına verilən kreditləri çıxsaq özəl layihələrə 2 milyard qalır. İkinin üstə iki gələndə dörd eləyir, iyirmi dörd olmur. 2 milyarddan artıq israf etmək olmur. 2 milyard gedibsə, dövlətdən 12 milyard niyə götürülüb? 10 milyard hara gedib?"

Maraqlı sualdır. İndiyə qədər mediada gedən, üstəlik də təkzib olunmayan xəbərləri ümumiləşdirsək, bu suala təxmini də olsa cavab vermək olar. Bu barədə iqtisadçı Qadir İbrahimli özünün feyzbuk səhifəsində yazıb.

İqtisadçı mediada gedən və təkzib olunmayan faktları sadalayıb.

1. Xarici maliyyə instutlarından cəlb olunan milyardlarla dollar məbləğində kreditlər Moskvada əksər hallarda adı olub, əslində mövcud olmayan layihələrin veksellərinin alınması üçün köçürülüb. Buradan isə ofşor zonalara göndərilərək iz itirilib, beləliklə də mənimsənilərək nəğdləşdirilib;

2. Abxaziyada tikinti layihələri, zavodlar və yol infrastrukturu adı ilə bir neçə yüz milyon dollar mənimsənilib;

3. Təkcə Albaniyada neftayırma zavodunun tikintisi adı ilə 300 milyon dollardan çox vəsait mənimsənilib;

4. C.Hacıyev hətta Əfqanistana da “investisiya” qoyurmuş. Burada neftayırma zavodu adı ilə milyonlar mənimsənilib;

5. Qazaxıstanda neft yataqlarına işlənməsinə  100 milyonlarla dollar vəsait xərclənib və silinib;

6. Afrikada qızıl zavodu tikintisi adı ilə milyonlarlar silinib;

7. İntertekstil toxuculuq kombinatı, Şüşə zavodu, Kağız kardon məhsulları zavodu, Fındıq zavodu, Şəkidə ət kombinatı, tikinti kombinatı  və.s daxil olmaqla 20-dən çox layihə Beynəlxalq Bankın vəsaitləri hesabına maliyyələşdirilib. Amma əslində həmin zavod, fabrik, kombinatların tikintisinə Beynəlxalq Bankdan ayrılan vəsaitin heç 20 faizi xərclənməyib, 80 faizdən çoxu mənimsənilib;

8. Hacı İbrahimin Xəzər adalarına 600 milyon manatdan yuxarı “kredit ayrılıb”, amma əslində heç 100 milyon manat xərclənməyib, kredit  mənimsənilib.

9. Cahangir Hacıyevin yaxın dostu Dünyamin Xəlilovun idarə etdiyi 40-dək iri şirkətlər, zavod, fabrik və kombinatların qurulması üçün rəsmiləşdirilən vəsaitlərin 80 faizindən çoxu mənimsənilib;

10. 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kulubu almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün Harrods-ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olub. Bunlar Böyük Britaniya hüquq-mühafizə orqanlarının aşkarladığı faktlardır.

11. London məhkəməsi Zamirə Hacıyevanın 55 milyon dollara Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Yəqin ki, məhkəmə istintaqı bu siyahını daha da genişləndirəcək. 


Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin