Polisdən ən çox şikayət edilən rayonlar - siyahı

08/02/2019 [13:01] - Cəmiyyət (255)



“İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan, sabitliyin qorunub saxlanılmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında müstəsna rolu olan daxili işlər orqanlarının fəaliyyəti nəticəsində bu gün vətəndaşlar tam rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Məhz bu orqanların qətiyyəti sayəsində ölkədə xaos, anarxiya yaratmaq istəyən pozucu qüvvələrin qarşısına güclü sipər çəkilib”.

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd edib.

Şöbə müdiri bildirib ki, Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq nəzarətdə saxlanılır: “Keçən il nazirliyə daxil olan müraciətlərin 31,8 faizi müsbət, 2,7 faizi qismən həll edilib, qalanları barədə isə müvafiq tədbirlər görülüb, bu işdə nöqsanlara yol verdiklərinə görə 467 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb, o cümlədən 31 nəfər xidmətdən xaric edilib, bütövlükdə isə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər 11 faiz azalıb. Azərbaycan ötən il MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınıb, cinayətlərin, o cümlədən mülkiyyət əleyhinə olan dələduzluqların, xuliqanlıq və digər cinayətlərin açılması yaxşılaşıb, vətəndaşlara dəyən maddi ziyanın ödətdirilməsi faizi artıb, yol-nəqliyyat hadisələrində ölənlərin sayı 3,7 faiz, xəsarət alanların sayı 0,5 faiz azalıb, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları vasitəsilə 3300-dən çox cinayət işi açılıb, 10 minə yaxın hüquqazidd əməlin qarşısı alınıb”.

Onun sözlərinə görə, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyil: “Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olub”.
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin