Azərbaycan böyük İpək Yolunun qurucu dövlətlərindən biridir - Əli Həsənov

08/02/2019 [00:02] - Siyasət (304)



Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırıb. Azərbaycan 22 ildir ki, bu toplantıda geniş tərkibli nümayəndə heyəti ilə fəal şəkildə iştirak edir. Tədbirin təşkilatçıları, o cümlədən Türkiyə hökumətini təmsil edən nümayəndələr bunu yüksək qiymətləndirirlər. Əvvəllər Zirvə toplantısında ulu öndərimiz Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin müraciətləri oxunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov qeyd edib ki, Avrasiya qitəsi Azərbaycanın siyasi, iqtisadi, sosial, geosiyasi, enerji, nəqliyyat, kommunikasiya maraqlarının kifayət qədər təmsil olunduğu bir qitədir. Azərbaycan da bu maraqların həyata keçirilməsi üçün fəal siyasət yürüdür. Bir neçə layihəni qeyd etmək olar. Toplantıda da bildirildiyi kimi, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən böyük İpək Yolunun qurucu dövlətlərindən biridir. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi onu göstərdi ki, Türkiyə və Azərbaycan bu iki qitənin birləşdirilməsində önəmli rol oynayan lider dövlətlərdir. Eyni zamanda, Gürcüstanı da buraya əlavə etmək lazımdır. Bundan başqa, Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında, eləcə də Avropanı Asiya ilə birləşdirən alternativ nəqliyyat-kommunikasiya layihələrinin qurulmasında yaxından iştirak edir. Həmçinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması siyasətini qeyd etmək olar. Bu işdə də Azərbaycan həmişə öncül mövqeyini qoruyub saxlayıb. Həmçinin Cənub Qaz Dəhlizinin çəkilməsi, vaxtilə Avropanın reallaşdıra bilmədiyi “Nabucco” layihəsinin yeni şəraitdə həyata keçirilməsi Azərbaycanın Avrasiyaya verdiyi töhfənin bariz göstəricisidir. Bir sözlə, Azərbaycanı Avropa ilə həm nəqliyyat, enerji dəhlizləri, həm iqtisadi, siyasi, sosial layihələr bağlayır. Ona görə də hesab edirik ki, bu Zirvə toplantısında bizim deməyə sözümüz kifayət qədər çoxdur. Biz, həmçinin bu Sammitdə iştirak edən dövlətlərin rəsmilərinin, müxtəlif ölkələri təmsil edən QHT-lərin nümayəndələrinin, jurnalistlərin diqqətinə Azərbaycan həqiqətlərini, o cümlədən torpaqlarımızın işğal olunması faktını, Ermənistanın dünyada təhlükəsizliyə törətdiyi təhdidləri çatdırırıq.

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Xəbər lenti
25/11/2020 [01:12]:
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin