"Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq" - Gömrük Komitəsi

06/02/2019 [11:51] - İqtisadiyyat (457)



Azərbaycandan xaricə səfər edən ölkə vətəndaşları ölkəyə qayıdarkən alıb gətirdikləri əşyaların ölkəyə gətirilməsi ilə bağlı yeni məhdudiyyətlər və qadağalarla üzləşiblər. 

FED.az xəbər verir ki, müraciət edən şəxslər bildirib ki, şəxsi istifadə olunan bir neçə kiçik əşyaların gətirilməsi zamanı gömükdə onların keçirilməsinə icazə verilməyib və bildirilib ki, şəxsi istifadə üçün gətirilən malların sayı və məbləği, eyni zamanda həm qiymət, həm də say limiti ilə məhdudlaşıb.

Dövlət Gömrük Komitəsindən belə bu məhdudiyyətlərin olduğunu təsdiqləyiblər. Komtədən bildiriblər ki, dəyərindən asılı olmayaraq (hətta qanunvericilikdəki məbləğ limiti daxilində olsa da,) istənilən əşyadan ölkəyə şəxsi istifadə üçün yalnız 2 ədəd gətirmək olar. 3-cü əşya olduqda bu artıq həmin əşyanın kommersiya məqsədilə gətirilməsi hesab olunur və malı gətirən vətəndaş ona görə gömrük rüsum və vergiləri ödəməlidir. Bu Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə təsdiqlənmiş qaydalarda nəzərdə tutulub.

"Həmin qaydalara görə, xaricdən gələnlər özləri ilə şəxsi istifadə üçün eyni əşyadan maksimum 2 ədəd gətirə bilərlər"-deyə Komitədən bildirilib. Maraqlıdır ki, bu qayda istənilən təyinatlı və istənilən qiymətə olan əşyalara aiddir. Məsələn, hətta qiyməti bir neçə dollar olan suvenirlər və ya kitabların eynisindən cəmi 2 ədəd gətirilməlidir.
"Bir əşyadan 3-ü gətirilsə necə?" sualının cavabında Komitədən bildirilib ki, həmin əşyadan 3-cüsü olsa, malların hamısı (qaydalarla icazə verilən 2 ədəd də) qanunsuz mal kimi vətəndaşdan alınıb anbara vurulur. Və həmin şəxs öz vəsaiti ilə həmin malları geriyə göndərməlidir.
Komitədə bildirilir ki, əşyaların sayı 3-dən artıq olduqda fiziki şəxs bunları kommersiya məqsədilə gətirdiyini elan edib onu rəsmiəşdirməlidir. Və həmin mallardan vergi rüsumlar tutulacaq. Komitədən bildirilib ki, əşyaların sayı 3 və ya ondan artıq olduqda onların kommersiya məqsədli sayılıb sayılmamasına gömrük işçiləri qərar verəcəklər. Bu zaman şəxsin sərhədi nə qədər tez-tez keçməsi, bundan əvvəlki hallarda xaricdən gələrkən hansı malları gətirməsi və sair məsələlər nəzərə alınacaq: "Ola bilər ki, gömrük işçiləri bu amilləri nəzərə alaraq həmin 3 əşyanı şəxsi istifadə üçün gətirilən kimi qəbul etsinlər və onun keçirilməsinə icazə versinlər, amma ola bilər ki, buna icazə verilməsin. Sadəcə qərarda 1-2 ədəd ifadəsi yer aldığı üçün vətəndaşlar buna bilməlidirlər".

Xaricdən gələn şəxs limiti keçdiyi halda gətirdiyi əşyaları hətta vergisini ödəyib gətirmək istəsə də bunu etmək çox çətindir. Problem ondadır ki, həmin əşyaların rəsmiləşdirilməsi ilə bağlı çox qəribə, hətta anlaşılmaz qaydalar mövcuddur. Belə ki, qaydalara görə, xaricdən mallar kommersiya məqsədilə gətiriləndə (hətta 2-3 ədəd olsa da) onun rəsmiləşdirilməsi üçün yük daşınma kağızı (karqo sənədi) tələb olunur. Belə ki, Nazirlər Kabinetinin 2014-cı il tarixli 263 saylı qərarına görə, malın bəyan edilməsi zamanı, onun daşınma xərcləri də göstərilməlidir.Daşınma xərcinin göstərilməsi üçün isə karqo sənədi tələb olunur. Bu yük şirkətinə verilən sifarişin surəti və sair ola bilər. Bu sənəd olmasa, həmin malları rəsmiləşdirmək mümkün deyil, nəticədə həmin malların nəinki icazə verilən 2 ədəddən artıq olan hissəsi, ümumiyyətlə hamısı müsadirə edilərək anbara vurulacaq, sonradan geri qaytarılacaq. 

Xaricə səyahət gedən və ölkəyə qayıdanda özü üçün bir neçə əşya alan şəxslər isə aldıqlarını özləri ilə gətirdiyinə görə (yəni 2-3 suveniri və əşyanı karqo ilə gətirmək mənasızdır), bu malları ümumiyyətlə rəsmiləşdirə bilməyəcək, çünki onların təbii olaraq karqo sənədi mövcud deyil. Yalnız ölkəyə təyyarə ilə gələn şəxslər özlərilə gətirdikləri əşyaları təyyarədə ayrıca yük kimi gətirsələr və yük talonunu göstərsələr həmin əşyalar kommersiya məqsədi ilə gətirilən kimi rəsmiləşdiriləcək. Qalan hallarda onların ölkəyə buraxılmasında problem ola bilər.

Komitədən bildirilir ki, eyni problem xaricdən aldıqları əşyaları şəxsi avtomobilində və ya avtobusla gətirənlərə də aiddir. Belələri hətta həmin əşyaları maşında daşımağa imkan olsa da, onların daşınma sənədi olmadığına görə, belə malları rəsmiləşdirmək də mümkün deyil: "Sizin avtomobiliniz minik maşınıdırsa, o beynəlxalq daşımalarda iştirak edə bilməz, ona görə də ona əlavə sənəd tələb olunur".
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib
Xəbər lenti
16/07/2019 [22:43]:
“Everton”un sabiq hücumçusu “Qarabağ”da
16/07/2019 [21:56]:
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 23% artıb
16/07/2019 [21:01]:
“Ölkədə boşanmaların sayı kritik vəziyyət alır” – Ombudsman
16/07/2019 [20:26]:
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
16/07/2019 [19:32]:
Zidan qayıtdı
16/07/2019 [18:49]:
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
16/07/2019 [18:47]:
Rusiya vətəndaşları Tbilisidə aksiya keçirdilər
16/07/2019 [18:03]:
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı azalıb
16/07/2019 [17:16]:
Sabaha olan hava proqnozu
16/07/2019 [16:51]:
Lənkəran ziyalısı İran səfirinə açıq məktub yazdı
16/07/2019 [16:44]:
Azərbaycan diasporu “Sila i Çest” Partiyası ilə əməkdaşlığa başlayır
16/07/2019 [16:28]:
Elinanın vəkilləri apelyasiya şikayəti veriblər
16/07/2019 [15:31]:
Əfqanıstan Azərbaycana 1,5 milyon dollar investisiya yatırıb
16/07/2019 [14:24]:
Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib
16/07/2019 [13:57]:
Ukraynada 3 əsrlik türk məscidinin qalıqları aşkarlanıb
16/07/2019 [13:06]:
İmişlidə məktəb daxmada yerləşir - fotolar
16/07/2019 [11:38]:
Gürcüstan XİN Keşikçidağda baş verən insidentlə bağlı məlumat yayıb
16/07/2019 [10:44]:
Qüdrət Həsənquliyev: YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər
16/07/2019 [10:19]:
Azərbaycanda maqnit qasırğası var?
16/07/2019 [09:47]:
FHN Sabirabad bazarındakı yanğın barədə - yenilənib
16/07/2019 [00:29]:
Saakaşvili Azərbaycan və gürcü xalqlarına müraciət etdi
15/07/2019 [23:29]:
“Meqafon” şirkətinin Azərbaycana qarşı təxribatı
15/07/2019 [22:34]:
Məhkəmə kriminal avtoritetlə bağlı qərarını elan edib
15/07/2019 [21:46]:
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib
15/07/2019 [21:32]:
"Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik" - deputat
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İtaliya ötən il Azərbaycana 5 milyon avroluq ayaqqabı ixrac edib
“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” - General Tod Volters
“Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil” – Sabir Rüstəmxanlı
Vilayət Eyvazovdan yeni təyinat
Antipolis təbliğatının görünməyən üzü: İdeoloji diversiya, yoxsa sabataj?
Məhkəməyə xərəkdə gətirilən Əbülfəz Bünyatov azadlığa buraxılıb
Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açılıb
Deputat Zahid Oruc: "Məhbus ölür, hökumət üç gün susur, bu necə olur?"
Şəkidə turistləri aparan mikroavtobus qəzaya uğradı
Goranboyda polislə toqquşmada yaralanan şəxs öldü - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin