İlham Əliyev 5 sərəncam, 2 fərman imzaladı - yenilənib

04/02/2019 [23:59] - Siyasət (207)



Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İstiqlal.az xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 685 830 (iyirmi bir milyon altı yüz səksən beş min səkkiz yüz otuz) manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***
Prezident İlham Əliyev Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində mühüm xidmətlərini nəzərə alaraq ustad sənətkar Seyid Şuşinskinin anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə qərara alıram:

1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nda, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ında və 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 299; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2009, № 12, maddə 1043; 2014, № 4, maddə 391, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470) ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nın 1–3-cü, 5-ci, 7–9-cu və 15-ci hissələrinin “İcraya məsul” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 684; 2009, № 12, maddə 1043; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ın 2.7-ci bəndinin “İcraçı orqanlar” sütunundan “Mərkəzi Bank yanında” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 704; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 334, № 9, maddə 1470; 2017, № 3, maddə 353, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın 4.3.5-ci yarımbəndinin “İcraçı orqanlar” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1138; 2008, № 1, maddə 9, № 3, maddə 168; 2009, № 12, maddə 1043; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın 23-cü hissəsinin “İcra orqanları” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.2-ci bəndinin üçüncü abzasında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 894; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.3.9-cu yarımbəndinin “İcraçı orqanlar” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1890; 2018, № 5, maddə 996) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissədə “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri “Maliyyə Monitorinqi Xidmətinə” sözləri ilə əvəz edilsin;

4.2. həmin Sərəncamla təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı üzrə:

4.2.1. 1.1-ci (üçüncü halda) və 2.8-ci bəndlərdə, 3-cü hissədə, 8.2-ci, 8.3-cü (birinci–üçüncü hallarda) və 8.4-cü bəndlərdə (ikinci halda) ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin;

4.2.2. 5-ci, 6-cı hissələrə, 7.1-ci (birinci halda), 8.4-cü (üçüncü halda) və 10.2-ci bəndlərə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözlərindən əvvəl “Maliyyə Monitorinqi Xidməti” sözləri əlavə edilsin.

Fərmanlar:

Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanlarında və 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə;
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Azərbaycan nefti bahalaşdı
Xəbər lenti
21/04/2019 [13:56]:
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub
21/04/2019 [12:07]:
Trampın reytinqi rekord həddə qədər aşağı düşüb
21/04/2019 [10:14]:
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
21/04/2019 [00:11]:
Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır
20/04/2019 [22:24]:
Naxçıvanda axtarışda olanların hamısı tutulub
20/04/2019 [20:58]:
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
20/04/2019 [19:20]:
Aprelin 21-ə hava proqnozu
20/04/2019 [17:44]:
Türkiyə Ordusu İraqla sərhəddə itki verdi
20/04/2019 [16:23]:
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?
20/04/2019 [14:51]:
Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
20/04/2019 [13:26]:
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20/04/2019 [11:48]:
Azərbaycan nefti bahalaşdı
20/04/2019 [10:17]:
Artıq hakimiyyətdən doymuşam… – Lukaşenko
19/04/2019 [23:33]:
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik
19/04/2019 [23:26]:
Ramil Usubov 372 nəfəri daxili işlər orqanlarına qəbul edib
19/04/2019 [22:41]:
Ermənistanla sərhəddə Türkiyə vətəndaşı saxlanıldı
19/04/2019 [21:33]:
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
19/04/2019 [20:54]:
Dövlət xəstəxanaları icbari tibbi sığortanın tətbiqinə hazırlanır
19/04/2019 [19:13]:
Putin Paşinyanla görüşəcək
19/04/2019 [18:29]:
Aprelin 20-ə hava proqnozu
19/04/2019 [17:47]:
Kolleclərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb
19/04/2019 [17:18]:
Xorvatiyalı nazir Azərbaycana gəlir
19/04/2019 [16:31]:
Ərdoğan seçki ilə bağlı mübahisələrə son qoymağa çağırıb
19/04/2019 [15:37]:
Keçmiş nazirə məxsus şirkət borcunu ödəyə bilmir
19/04/2019 [14:34]:
Ermənilər 34 azərbaycanlı uşağı öldürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Nəsiminin yeni əlyazma nüsxələri tapıldı - təfsilat
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
DTX-ya yeni səlahiyyət verildi - fərman
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Milli Şuranın mitinqinə razılıq verilməyib
Nazirlər Kabinetində yeni təyinat
Avroliqada yarımfinalçılar müəyyənləşdi
İlham Əliyev 4 sərəncam, 11 fərman imzaladı - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin