Amerikalıları heyrətləndirən azərbaycanlı rəssam

03/02/2019 [22:57] - Mədəniyyət (474)



Rəsmlər lal-kar olur, amma insanı danışdıra bilirlər. Gözəl rəsm görəndə tamaşaçı istər-istəməz- “Əhsən!” deyərək, heyrətini gizlədə bilmir. Onun da çəkdiyi rəsmlər insanları danışdıran əsərlərdir…

Bəli, gözəl rəssam olmaq üçün anadan rəssam doğulmaq lazımdır. Əgər rəssam rənglərin dilini tapıb onlarla dost ola bilmirsə, fırçanı ram etməyi bacarmırsa, onun çəkdiyi rəsmlər də adi olur…

Haqında söhbət açdığım Könül xanım məşhur Azərbaycan rəssamı Bəhruz Kəngərlinin nəslindəndir. Deməli, bu istedad ona qanla ötrülüb, dünyaya rəssam kimi gəlib…

Könül Kəngərli Sumqayıtda anadan olub. 2007-ci ildə həmin şəhərin 12 nömrəli orta məktəbini bitirib və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 2011-ci ildə orada bakalavr, 2014-cü ildə isə magistr dərəcələrinə yiyələnib. O vaxtdan müstəqil rəssam kimi fəaliyyətə başlayıb. Azərbaycanda, Türkiyədə, Serbiyada keçirilən sərgilərdə əsərləri ilə iştirak edib, eləcə də müştərilərin sifarişi ilə rəsmlər çəkərək fərdi bizneslə də məşğul olub…

…Deyir ki, “Xahiş edirəm, bunu xüsusi qeyd edəsiniz. Sumqayıt Uşaq Yaradıcılıq Mərkəzində ilk müəllimim rəssam Murad Kərimov olub. Fırçanı necə tutmağı o, mənə öyrədib. Anam Günəş Kərimovanın da üzərimdə əziyyəti az deyil. Gözümü açıb, onun ekibana, daşları rəngləyərək mozaika yaratdığının şahidi olmuşam. Bu mənim həyatımda mühüm rol oynayıb”…

…2017-ci ildən ABŞ-a gəlib. Qısa müddətdə xeyli uğurlara imza atıb. Rəssamlığa, rəssama yüksək qiymət verən Amerika cəmiyyəti onun da dəyərini verə bilib. Əsərləri bestseller olub, yüksək qiymətə alınıb…

…Texasda olarkən, ilk dəfə əsərlərini Galveston adasında fəaliyyət göstərən rəsm qalereyasına təqdim edib və çox rəğbətlə qarşılanıb. Orada Könül xanımdan hansı ölkədən gəldiyini soruşanda, fəxrlə ölkəmizin adını çəkərək, amerikalılara tanıtmağa çalışıb. Bir müddət sonra ailəsi ilə Nyu Yorka gəlib. Burada ABŞ-ın ən böyük online əl işləri platformasında iki dükan açıb və 2018-ci ildə əsərləri ən çox satılan rəssam kimi tanınıb. Həmin il çəkdiyi 16 fərqli əsərini ondan dəfələrlə sifariş ediblər…

…Arzuları böyükdür, istəyir ki, qısa müddətdə Manhettenda bir rəsm qalereyası açsın. Orada həm şəxsi emalatxanasını və eləcə də Azərbaycan rəssamlarının, öz rəsmlərinin satışını təşkil etməyi planlaşdırır…

…Deyir ki, “Azərbaycanda mənim kimi, məndən də istedadlı gənc rəssamlar çoxdur. ABŞ-a gələndən sonra gördüm ki, bizim rəssamlar heç də amerikalı rəssamlardan istedadsız deyillər. Amma Azərbaycan bir ölkə kimi balaca olduğundan burada yüksək nəticələr əldə etmək şansı çox azdır. Amerikada isə rəssamlar üçün hər bir şərait var. Dünya səviyyəli sərgilərə qatılmaq imkanı isə həmişə səninlədir”…

…Çox təvəzökar, səmimi, gülərüz bir xanımdır. Bir çox rəssamlar kimi o da xəyalpərəstdir. Xalq mahnılarımızı çox sevir. Klassik musiqinin, geyimlərin, əntiq əşyaların vurğunudur. Dediyinə görə, bunlar onu ilhama gətirir…

…İllər ötəcək, ürəyi Azərbaycanla döyünən Könül Kəngərlinin Amerikada qazandığı uğurları bütün dünyaya səs salacaq…(Modern.az)
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
Xəbər lenti
01/12/2020 [18:46]:
Hərbçilərimiz Laçını bayraqla bəzədi
01/12/2020 [18:34]:
Fransa mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri bəyanat imzalayıblar
01/12/2020 [18:13]:
Dövlətə məxsus müəssisələrdə şəffaflıq və səmərəliliyin təşviqi
01/12/2020 [18:07]:
Qırğızıstan işğaldan azad olunmuş ərazilərə investiya yatıra bilər
01/12/2020 [17:32]:
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
01/12/2020 [17:24]:
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq
01/12/2020 [16:53]:
Bakıda xüsusi hərəkət zolaqları yaradılır
01/12/2020 [16:11]:
“Kəpəz”in baş məşqçisi 5 oyunluq cəzalandırılıb
01/12/2020 [15:58]:
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - sərəncam
01/12/2020 [15:26]:
Rusiya səfiri: “BMT-nin qurumlarının Dağlıq Qarabağda olması ehtimalı nəzərdən keçirilir”
01/12/2020 [14:44]:
Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub
01/12/2020 [14:42]:
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
01/12/2020 [14:31]:
Dekabrın 2-ə hava proqnozu
01/12/2020 [13:56]:
Post-müharibə dövrünün prioritetləri – qurculuq və sosial təminatın təşkili
01/12/2020 [13:48]:
Bu il 13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib
01/12/2020 [13:22]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
01/12/2020 [12:05]:
İlham Əliyev: Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub-yenilənib
01/12/2020 [11:48]:
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 1 il təxirə saldı
01/12/2020 [11:43]:
Türkiyə MN: Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb
01/12/2020 [11:29]:
Türkiyə Səfirliyi Azərbaycanı təbrik etdi
01/12/2020 [10:59]:
Azərbaycan humanitar yardım kimi Gürcüstana 100 ton maye tibbi oksigen göndərib
01/12/2020 [10:03]:
Tramp COVID-19 peyvəndinin lisenziya məsələsini ləngitməməyə çağırdı
01/12/2020 [09:11]:
NATO Qarabağda baş verən son hadisələri müzakirə edəcək
01/12/2020 [01:59]:
Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
01/12/2020 [01:02]:
Nəriman Məmmədov beynəlxalq mükafatla təltif olunub- “Kinematoqrafiya uğurlarına görə”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin