Daxil İşlər Nazirliyinin 13 əməkdaşı həbs edilib - yenilənib

30/01/2019 [15:46] - Gündəm (704)



Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri həbs edilib.

“Olaylar” xəbər verir ki, aparılan araşdırmalar zamanı nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin çoxsaylı xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyi aşkar edilib.

Qanunsuz əməllərin üstü açıldıqdan dərhal sonra sözügedən idarənin 10-dan artıq yüksək vəzifəli zabiti həbs olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

***

Daxili İşlər Nazirliyi 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, daxil olmuş məlumat əsasında nazirliyin aidiyyatı qurumu tərəfindən yoxlama aparılıb: “Məlum olub ki, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edib.

İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst çıxış qazanmaları olub. Yoxlama zamanı polis əməkdaşı adına ləkə və daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyinə görə Ş.Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb və Ş.Əhmədov da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

O.Mansurzadə əlavə edib ki, 10 nəfərin həbs olunması ilə bağlı deyilənlər şişirdilmiş məlumatdır və əsassızdır.

***

Xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyinə görə həbs olunan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının sayı 13 nəfərə çatıb.

Bu barədə “Olaylar” agentliyinin bugünkü məlumatında bildirilir. Məlumatda qeyd edilir ki, qanunsuz əməllərin üstü təsadüf nəticəsində açılıb. Belə ki, Azərbaycanda yaşayan İran vətəndaşı nazirliyin pasport qeydiyyatı və miqrasiya idarəsinə qeydiyyat üçün çağrılıb. Həmin şəxs isə Azərbaycan vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edib. Həmin sənədin necə əldə edilməsilə bağlı aparılan araşdırma zamanı baş vermiş qanunsuz əməllərin üstü açılıb.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin