Struktur islahatları: reallıqlar və gözləntilər

28/01/2019 [14:41] - Siyasət (446)



Müstəqil və hökumətin fəaliyyətini tənqid edən iqtisadçılar (mən də daxil olmaqla) daim hökumətə  dövlət idarəçiliyini sadələşdirmək, bürokratik aparatı ixtisar etmək, çevik idarəetməyə keçidlə bağlı çağrışlar edirdi. Fikrimcə tam haqlı və obyektiv yanaşma idi – çünki şişirdilmiş dövlət aparatı işlək və çevik fəaliyyət göstərə bilməzdi, necə ki, son illər Azərbaycan hökumətinin timsalnda bunun canlı şahidi olduq.

Adi bir fakta diqqət yetirək – heç bir sənaye müəssisəsi olmayan rayonların icra hakimiyyətlərində sənaye şöbələri nəyə lazımdır? Və yaxud da şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətləri ASAN xidmətdə problemsiz həyata keçirilirsə, bu funksiyalar Daxili İşlər Nazirliyində niyə qalmalıdır? Üstəlik də bu funksiyaların icrası üçün DİN-də əlavə ştatların maliyyələşməsinə nə ehtiyac var? Belə faktlar çoxdur.

Bu baxımdan prezidentin struktur islahatları və idarəetmənin mobilləşdirilməsi tədbirləri çərçivəsində atdığı addımları yalnız dəstəkləmək lazımdır. Təbii ki, çox ağrılı bir prosesdir. İdarəetmə sisteminin mobilləşdirilməsi bir çox insanların iş yerinin itirilməsinə gətib çıxarır və bu qaçılmazdır. Ümumiyyətlə, islahatların mahiyyətində bu itkilər istisnasız olaraq həmişə olur. Məsələn, ASAN xidmətin yaradılmasına heç də məmur korpusu isti yanaşmayıb. Yadınızdadırsa, pasportların verilməsi əməlli-başlı rüşvət ocağı idi. ASAN xidmət yaranandan sonra bu ocaq dağıdıldı, xeyli məmurun maraqları zidd olsa da. 

O ki qaldı, iş yerini itirən insanların yenidən işlə təmin olması ilə bağlı president və birinci vitse-prezidentin tapşrıqlarına, burada qeyri-adi bir şey yoxdur. Çünki islahatlar icra strukturlarında aparılır, ölkə rəhbərliyi isə ixtisar olunanların səhmləri dövlətə məxsus şirkətlərdə işlə təmin olunmasına göstəriş verib. Bunlar ayrı-ayrı anlayışlardır. Təbii ki, ixtisar olunanlar vazkeçilməz kadrlardırsa, özəl sektorda da özlərinə asanlıqla iş tapa bilərlər.

Bəzi iqtisadçılar iddia edir ki, dəyişikliklər ölkə iqtisadiyyatının dağılmasına gətirib çıxaracaq. Olduqca absurd fikirdir. ABŞ, Almaniya, Yaponiya və Rusiyada məmurların sayı Azərbaycandan 2,5 dəfə azdır. Bu absurd məntiqə əsaslansaq, bu ölkələrin iqtisadiyyatı çoxdan yerlə-yeksan olmuşdu. Təbii ki, prosesin özündə çatışmazlıqlar ola bilər və bunlar tənqid olunmalıdır. Ancaq bütövlükdə prosesin özü konseptual və strateji baxımdan düzgündür. Peşəkar təhlil də bu aspektdən aparılmalıdır. 

İqtisadi islahatlarda qısa müddətli və uzun müddətli gözləntilər var. Məsələn, test sistemi yarananda o dövrün rektor korpusu az qala üsyan edəcəkdi. Çünki bütöv rüşvət maşını sıradan çıxırdı. Ancaq az sonra hamı testin üstünlüklərini və vacibliyini etiraf etməyə məcbur oldu. İdarəetmə islahatlarına da bu konteksdən yanaşmaq lazımdır. Hökumətin fəaliyyətini tənqid etmək üçün başqa səbəblər var və bu səbəblərə struktur islahatları qətiyyən daxil deyil. 

Bəzi iqtisadçılarr Mehriban Əliyevanın “Azərenerji”yə verdiyi tapşırığı özünəməxsus şəkildə şərh edirlər. Onların iddialarındam belə başa düşmək olar ki, sanki dövlət başçısı bir tapşırıq, birinci-vitsen prezident isə fərqli tapşırıq verir. Yəni hakimiyyətdə ikitirəlik, qrup maraqları mövcuddut.
Əslində isə proses olduqca məntiqi ardıcıllığa malikdir. Birimcisi dövlət başçısı struktur islahatları ilə bağlı fərmanlar imzaladı və prosesə start verdi. Ardınca isə yanvarın 24-də çıxış edərək bildirdi ki, islahatlar nəticəsində iş yerlərini itirənlərin hamısı işlə və müvafiq məvacublə təmin olunacaqlar.

Sonra isə sosial sferanı öz fəaliyyətinin prioritet istiqaməti seçmiş  Mehriban Əliyeva “Azərenürji”yə tapşırıq verdi ki, ixtisara düşən əməkdaşların işlə təmin olunması ilə bağlı tədbirlər görsün. Burada hər hansı ziddiyyət yoxdur. Birinci-vitse prezidentin qərarları prezidentin siyasətini tamamlayır. Bu mənada dövlətin həyata keçirdiyi tədbirləri "ağız deyəni qulaq eşitmir" məsəli ilə şərh etmək düzgün deyil və qeyri-peşəkar yanaşmadır.

Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin