Dövlət qulluqçularının maaşı artırılacaq

25/01/2019 [15:48] - Gündəm (761)



“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” yeni qanun layihəsi hazırlanıb və müvafiq dövlət orqanlarına təqdim olunub”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi”nin bağlanış mərasimində deyib.

Nazir müavini qeyd edib ki, gələcəkdə büdcədən maliyyələşən digər təşkilatlarda da əməyin ödənişi sistemi barədə qanun layihələrin hazırlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, hazırkı dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb və buna uyğun olaraq yeni yanaşma müəyyən edilib.

Yeni yanaşmalar barədə məlumat verən M.Kərimlinin sözlərinə görə, dövlət qulluğu sahəsində maaşlar özəl sektorla müqayisə oluna biləcək səviyyədə müəyyən ediləcək: “İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqq veriləcək. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır. Bu say 400-ə yaxındır və bunun optimallaşdırması nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzərə alınmasıdır”.

O əlavə edib ki, dövlət qulluqçusunun vəzifə maaşı dövlət qulluqçularının vəzifələrinin təsnifatına əsaslanan əməyin ödəniş səviyyəsi, yəni şaquli istiqamət və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirilməsinə əsaslanan ödəniş pilləsi üfiqi istiqamət üzrə müəyyən ediləcək: “Həmçinin vəzifə maaşları rəqabət qabiliyyətli prinsip əsasında artırılacaq, aylıq vəzifə maaşları sistemi qanunla müəyyən ediləcək”.
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin