“Azərenerji”də kütləvi ixtisar: Baba Rzayev “Pirverdiyevçi ovu”na çıxıb

25/01/2019 [09:57] - Gündəm (785)



Son bir-iki ay ərzində “Azərenerji”də baş verənlər bu Səhmdar Cəmiyyətin daxilində ciddi narazılıqlara səbəb olub.

Qurumda köhnə işçilərin sıxışdırılması, dövlət vəsaitlərinin bir qrup tərəfindən talanması, etiraz edənlərin “Pirverdiyevçi” damğası vurularaq işdən azad olunduğuna dair sosial şəbəkələrdə və bəzi internet televiziyalarında məlumatlar yayılıb.

Bu məlumatların hansının, nə qədər doğru olduğunu söyləmək çətindir.

Ancaq “Azərenerji” ASC-nin yeni rəhbərliyinin verdiyi qərarlardan narazıların sayının artdığı şübhə doğurmur. Belə qərarlardan biri də “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçilərinin kütləvi şəkildə işdən çıxarılmasıdır.

İşdən çıxarılanlar Azəbaycan Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər.

“Azərenerji”yə aid müəssisələrin mühafizəsini həyata keçirən bir qrup vətəndaş tərəfindən yazılan həmin şikayətin bir nüsxəsi də “AzPolitika.info”ya daxil olub.

Məktubda şikayətçilər “Azərenerji” ASC-nin yeni rəhbərliyinin onların ailələrini ac qoyduğu, 60 nəfərə yaxın insanı heç bir qanuni əsas göstərilmədən işindən məhrum etdiyi bildirilir. Qeyd olunur ki, onları ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə işdən azad ediblər.

Şikayətçilərin yazdığına görə, onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif olunub, buna razı olmayanlar isə heç bir ödəniş ala bilməyəcəkləri ilə hədələniblər.

“Ancaq bu tələb qanuna ziddir. “Azərenerji” rəhbərliyinin gətirdiyi bəhanə uzun illərdir burada çalışan insanların işdən azad olunması üçün qanuni səbəb ola bilməz”, – deyə məktubda vurgulanır.

Onlar bu şikayətlərini Prezidentə, Birinci vitse-prezidentə yazıblar. Böyük ehtimalla “Azərenerji”nin rəhbərliyinə problemi həll etmək tapşırılıb. Ancaq bu da ASC-nin rəhbərliyinin qərarını dəyişməyib. İşçilərin şikayətlərinə ASC rəhbərliyi cavab məktubu göndərməklə kifayətlənib.

Məktubda işçilərin işdən çıxarılmasının səbəbi kimi daha onlara ehtiyac olmaması göstərilib: “Obyektlərin mühafizə işinin təşkili ilə əlaqədar müşahidə kameraları quraşdırılmış və obyektlər hasarlanaraq, üstünə tikanlı məftillər çəkilmişdir…”

Ancaq şikayətçilər bildirir ki, əvvəla, Əmək Məcəlləsinə görə kamera quraşdırılması və digər texniki səbəblər insanların işdən azad olunmasına əsas verə bilməz. İkincisi və ən əsası, bu izahat reallığı əks elətdirmir. Bunu şikayətçilərin redaksiyamıza göndərdikləri FOTOLAR da təsdiq edir.

Həmin fotolara diqqət yetirən zaman belə məlum olur ki, rəhbərliyin obyektlərə guya hasar çəkildiyi və kamera quraşdırıldığına dair dedikləri həqiqətə uyğun deyil.

Aşağıdakı fotolardan görünən odur ki, hasarlar köhnə və uçuqdur, hər hansı tikanlı məftildən və kameradan isə söhbət belə gedə bilməz.

Şikayətçilər bununla “Azərenerji” rəhbərliyinin təkcə sıravi vətəndaşları deyil, ölkə başçısını da aldatdığını iddia edirlər. Haqsız da sayılmazlar…

Bu məsələdə dövlət və ictimaiyyət üçün narahatlıq doğuran digər bir məqam da var. Belə ki, ölkə üçün böyük strateji önəm daşıyan və əslində, təhlükəsizliyi olduqca yüksək səviyyədə təmin edilməli olan bu obyektlərin mühafizəsinə belə biganə münasibəti başa düşmək olmur. Xüsusən də, ötən il Mingəçevirdə ölkədə enerji böhranına səbəb olan, dövlətə 10 milyonlarla manat ziyan vuran məlum qəzadan sonra.

SES-ləri mühafizəsiz qoymaqda “Azərenerji” rəhbərliyinin məqsədi nədir, buna aydınlıq gətirilməlidir. Hətta şikayətçilər bildirirlər ki, Varvara SES-in qorunması üçün neçə illərdir mövcud olan mühafizə postu, ümumiyyətlə ləğv olunub. Niyə?

Sonda bir daha “Azərenerji” rəhbərliyinin tələbinin qanuna zidd olduğunu bildirən şikayətçilər, onsuz da çətin olan sosial durumlarının işsizlər sırasına qoşulandan sonra daha da ağırlaşacağını qeyd edərək, Prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyirlər.

Xatırladaq ki, “Azərenerji” ASC-nin rəhbəri dəyişdiriləndən sonra bu səhmdar cəmiyyətin qarşısında ölkənin elektrik enerjisi infrastrukturunda yeni qəzaların baş verməsinin qarşısını almaq üçün modernizasiya işləri aparmaq vəzifəsi qoyulub. Prezident İlham Əliyev bu məqsədlə ASC-yə bir neçə dəfə iri məbləğlərdə vəsaitlər ayırıb.

Hələlik isə “yenidənqurma”, “modernizasiya” işlərinin “Azərenerji” ASC-nin baş ofisindən başladığı, orada lüks təmir getdiyi, bütün mebellərin yeniləndiyi bildirilir. Bu təmiri isə Baba Rzayevin qardaşına tapşırdığı iddia edilir ki, bu da artıq başqa yazının mövzusudur…

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin