Cahangir Hacıyevin məhkəməsi təxirə salındı

24/01/2019 [17:37] - Gündəm (370)



Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı”ASC, Vergilər Nazirliyi və “Aqrokredit” bank tanınıb.

Prosesdə təqsirləndirilən Sərxan Rəsulovun müdafiəsinə vəkil Zaur Abbasovun qoşulduğu elan edilib. Vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə iclası yanvarın 28-dək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il, İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsi D.Xəlilovun cəzasını 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin