İran Almaniyanı təxribatlara uymamağa çağırdı

23/01/2019 [18:29] - Dünya (107)



Tehran rəsmi Berlinin İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarələrinin Almaniya hava məkanına giriş və çıxışına qadağa qoymasına cavab verərək, bu addımı kəskin şəkildə qınayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Berlinin bu qərarının əsassız və Almaniyanın İranla münasibətlərinin pisləşməsini istəyən qüvvələrin təxribatı olduğunu bildirib.

“Almaniyanın İranın “Mahan Air” aviaşirkətinə qoyduğu qadağa Tehranla Berlin arasındakı yaxşı münasibətlərdən razı olmayanların təqdim etdiyi yanlış informasiyaya əsaslanır. Almaniyanın bu qərarı əsassız, tələsik və ikitərəfli əlaqələrimizin ruhuna zidd qərardır”, - deyə Qasemi vurğulayıb.

İran XİN-in rəsmisi həmçinin, “Mahan Air” aviaşirkətinin müsbət reputasiyasına əsaslanaraq ümid edib ki, Berlin təxribatlara uymayacaq və öz qərarına yenidən baxaraq qadağını götürəcək.

Qeyd edək ki, Berlin İranın “Mahan Air” aviaşirkətini Almaniya hava limanlarına enişə icazə üçün verilən lisenziyadan məhrum edib. Almaniya bu addımı təhlükəsizlik tədbirləri səbəbilə və həmçinin, “Mahan Air” aviaşirkətinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq etməsindən və şirkətə məxsus təyyarələrin casusluq və terrorrizm üçün istifadə olunmasından şübhələndiyi üçün atdığını deyib. Bununla belə, Berlin bildirib ki, “Mahan Air” aviaşirkətilə bağlı məsələdə söhbət İrana qarşı sanksiyalardan yox, konkret şirkətə qarşı müvafiq qabaqlayıcı tədbirlərdən gedir.

Azvision.az xatırladır ki, “Mahan Air” “İran Air” şirkətindən sonra İranın ikinci ən böyük aviaşirkətidir. Bu şirkətə məxsus təyyarələr həftə ərzində Düsseldorf və Münhenə 4 uçuş həyata keçirirdi. “Mahan Air” aviaşirkətinin adı 2011-ci ildən etibarən ABŞ-ın sanksiyalar siyahısına salınıb.
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
14/02/2019 [19:26]:
Azərbaycanda Vergi Ombudsmanı İnstitutu yaradılacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin