Azercell-in
Mobil Müştəri Xidmətləri Cocuq Mərcanlı qəsəbəsinə səfər edib
Ölkəmizdə innovativ
və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən "Azercell Telekom"
MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən
Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib. Belə ki, Azercell-in Mobil Müştəri
xidmətləri qəsəbəyə səfər edərək, kənd
sakinlərinə xidmət göstərib.
Səfər zamanı Azercell tərəfindən
abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. “Azercell hər evə
gəldi” kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə
verilib. Onu da vurğulayaq ki, Azercell yeni abunəçilərə 100 şəbəkədaxili
dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib:
1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket.
Xatırladaq ki, Cəbrayıl
rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli
rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə
Azercell tərəfindən zəruri işlər görülmüşdür.
Qeyd edək ki, 2018-ci il ərzində
şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və
əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin
yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb,
respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə
ölkə boyunca Azercell 4G istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib.
Beləki, 2018-ci il ərzində Azərbaycanın daha 30 bölgəsində Azercell-in
4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı abunəçilər
42 bölgədə 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Ölkədə 4G
xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini
yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci
ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə
50% artıb.
Məlumat üçün bildirək ki, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim
etməyi hədəfləyən "Azercell Telekom" MMC 2018-ci ildə Bakı və
bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verib.