Azercell
“İnsanların Seçimi üzrə Stevie Mükafatı” ilə telekommunikasiya sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti”
adına
layiq görülüb.
Azərbaycanın
mobil rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC nailiyyətləri
sırasına “İnsanların
Seçimi üzrə Stevie Mükafatı”-nı əlavə edərək,
telekommunikasiya sahəsi üzrə
“
İlin Ən Sevilən Şirkəti” adını qazanıb. Məlumat üçün bildirək
ki, məhz bu nominasiya çərçivəsində şirkətlər beynəlxalq səviyyədə aparılan açıq səsvermə yolu ilə
dəyərləndirilib. Ümumilikdə, sorğuda 22 mindən çox
insan iştirak edib. Qaliblər 74 xalqı təmsil edən şirkət
və fərdlər tərəfindən irəli sürülmüş 3900-dən artıq namizəd arasından seçilib. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin
yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi,
ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin
tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın
asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər Azercell şirkətinin bu mükafatı qazanmasına əsas verib.
Məlumat
üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində
uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların
profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən
qurumların fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir.
Qeyd
edək ki, Azercell Telekom 2018-ci ildə, həmçinin "İlin
Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı
(Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb.