Növbəti ildə Azercell 4G əhatə dairəsinin
genişləndirilməsi işlərini davam etdirəcək
Yola saldığımız
2018-ci il “Azercell Telekom” MMC üçün uğur və nailiyyətlərlə yadda qalan bir
il oldu. Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə
dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək
sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın
bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca
LTE istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Bu, Azercell-in təqdim
etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.
2018-ci ilin ikinci
yarısında dünya bazarında aparıcı mobil rabitə avadanlığı istehsalçıları olan
Ericsson və Nokia şirkətləri ilə Azercell şəbəkəsinin əhatə dairəsinin
genişləndirilməsi, tutumunun və keyfiyyətinin artırılması üzrə mühüm
müqavilələr bağlanılıb. Müqavilə çərçivəsində il ərzində Azərbaycanın daha 30
bölgəsində Azercell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası
ilə yanaşı 42 bölgədə Azercell-lilər 4G şəbəkəsindən rahat istifadə edə
bilirlər. Bütün bunlar Azercell abunəçilərinə sürətli internet xidmətinin
üstünlüklərindən yararlanmaq imkanı verir.
Beləliklə, ölkədə 4G
xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini
yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci
ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə
50% artıb.
Azercell radio
şəbəkəsində genişləndirmə ilə yanaşı, bir sıra keyfiyyət göstəricilərini
yaxşılaşdırmaq yönündə optimallaşdırma tədbirlərini də həyata keçirib. Bu
tədbirlər şəbəkə kəsintilərinin qarşısının alınması, həmçinin internet
sürətinin artırılmasına yönəldilib.
Geridə qalan ildə
Azercell ölkə daxilində abunəçilərini yüksək sürətli internetlə təmin etməklə
yanaşı Rominqdə İnternet Paketləri layihəsini də istifadəyə verib. Bununla da
şirkət istifadəçilərin səfər və səyahətlər zamanı üzləşə biləcəyi yüksək
internet xərcləri ilə bağlı xoşağəlməz halların qarşısını alıb. Belə ki,
səyahət zamanı Azercell abunəçiləri 50 ölkədə, 67 operator şəbəkəsində 1 GB və
400 MB həcmində təklif olunan Rominq İnternet paketlərilə sürətli internetdən
faydalana bilərlər.
Ölkənin mobil
kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC 2019-cu ildə də
abunəçilərinin yüksək keyfiyyətli xidmətlər və texnoloji yeniliklərlə təmin
olunması istiqamətində fəaliyyətini davam etdirəcək.