Artıq mobil
telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al
“Azercell Telekom” MMC abunəçilərinə
mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. Bu
xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet
üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər.
NNTV xidməti heç bir əlavə
avadanlıq (kabel, anten və s.) olmadan telekanallara abunə olmaq imkanı
yaradır. Bu texnoloji yenilik sayəsində telekanalları istənilən yerdə,
istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək
mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan
NNTV xidmətinin əsas üstünlüyü ondadır ki, abunəçi bu kanalları yalnız ölkə
ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan müəyyən video məzmunu yükləyib sonra da izləmək
mümkündür.
Mobil TV xidmətindən yararlanmaq
istəyən abunəçilər günlük və ya aylıq paketi seçə bilərlər. Aylıq paketi aktiv
etmək üçün AY sözünü, Günlük paketi aktiv etmək üçün isə GUN sözünü yazıb 5773
nömrəsinə göndərmək lazımdır. Kanalları izləyə bilmək üçün xidmətə qoşulduqdan
sonra Google Play (Android) və App Store (iPhone) platformalarından NNTV mobil
tətbiqini yükləmək lazımdır.
NNTV
xidməti ilə bağlı ətraflı məlumatla www.azercell.com saytından tanış olmaq
mümkündür.
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/nntv/ səhifəsinə daxil olun.