Akademiyanın institutları birləşir - siyahı

21/01/2019 [22:27] - Mədəniyyət (554)



Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki bəzi qurumlar ictimai rəydə öz fəaliyyətləri ilə müəyyən rol oynamır. Sözsüz ki, bu sahədə islahatların aparılması gözlənilən idi. Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Məlahət Mürşüdlü Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan qurumlarda islahatların aparılması haqda fərmanını şərh edərkən deyib.

O bildirib ki, AMEA-nın strukturuna daxil olan qurumların fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı fərman çox yerində verilmiş bir qərardır: “Hazırda AMEA-da, bildiyim qədərilə, 34 institut fəaliyyət göstərir. Düşünürəm ki, bu qədər institutun olması vacib deyil. Bu gün Avropanın heç bir ölkəsində ayrıca Elmlər Akademiyası yoxdur. Bu qurum daha çox keçmiş MDB ölkələrinin bəzilərində mövcuddur. Bir çox xarici ölkələrdə müxtəlif elmlərlə məşğul olan mərkəzlər, tədqiqat institutları universitetlərin nəzdində fəaliyyət göstərir.

Düşünürəm ki, buna görə də Dilçilik, Folklor, Ədəbiyyat, Tarix, Coğrafiya institutlarının hər birinin ayrıca fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Digər tərəfdən, AMEA-nın tərkibində dəqiq elmlərlə məşğul olan botanika, kimya, riyaziyyat, fizika sahəsindəki institutların işinin elmə faydalılığı monitorinq edilməli, müstəqillikdən sonrakı 25 ildə əldə etdiyi nailiyyətlər, kəşflər, istər Azərbaycan, istərsə də dünya elminə verdiyi töhfələr araşdırmalıdır. Hansı institutlar bu gün Azərbaycan elminə fayda verirsə, saxlanılmalıdır. Amma humanitar sahələrlə bağlı institutların bağlanması yox, birləşdirilməsi lazımdır.

Məsələn, kimya elmləri üzrə ayrıca Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası institutuları da vahid ad altında birləşdirilməlidir”.

Təhsil ekspeti Kamran Əsədov isə bildirib ki, ixtisaslararası əlaqənin, müasir elmi yeniliklərin tətbiqi üçün bu birləşdirilmələr labüddür: “AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutunun ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, birləşməsi, eyni zamanda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna biləşə bilər. Bunu AMEA-nın İctimai Elmlər Bölməsinə də aid etmək olar. Arxeologiya və Etnoqrafiya İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyinin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutuna birləşdirilməsi mümkündür. Çünki bu qurumların hamısı tarixin hissələri və dövrləridir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində mövcud olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mikrobiologiya İnstitutunun ayrı-ayrılıqda fəaliyyətinə ehtiyac yoxdur. Bunlar vahid institut haqqında fəaliyyət göstərsələr, elmi tədqiqat işlərinin aparılması üçün daha effektiv olar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var. Fərmanda Prezident Administrasiyasına İşçi Qrupun yaradılması və 6 ay müddətində müvafiq təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [23:59]:
“Qarabağ”ın “Linfild”lə oyununu isveçrəli hakimlər idarə edəcək
18/08/2019 [22:44]:
Kürkəni Sarkisyanın da həbs ediləcəyindən əmindir
18/08/2019 [21:03]:
Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Jizel” təqdim olunacaq
18/08/2019 [19:16]:
Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi
18/08/2019 [17:27]:
Bakıda kirayə evlərin qiyməti qalxıb
18/08/2019 [15:39]:
BMT yeni dəhşətli silah növünün yayılacağından qorxur
18/08/2019 [14:51]:
Borca görə axtarışda olan daha 12 nəfər saxlanılıb
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Bakıda bu ərazilərdəki evlər söküləcək
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
Vilyayət Eyvazovdan yeni təyinat
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin