Daha bir azərbaycanlı iş adamı itkin düşüb

21/01/2019 [16:23] - Gündəm (333)



Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində əslən Azərbaycanın Salyan rayonundan olan, 1970-ci il təvəllüdlü Şirinov Həsən Sabir oğlu adlı iş adamı itkin düşüb.

“Report”un Ukrayna bürosunun verdiyi məlumata görə, artıq 4 gündür yoxa çıxan iş adamının oğurlandığı ehtimal edilir.

Həm Xarkov şəhərində, həm də Boqoduxov şəhərində yaşayan H.Şirinovun axrıncı dəfə sonuncu şəhərdəki evindən çıxdığı və bundan sonra onunla bütün əlaqələrin itdiyi bildirilir. O, uzun müddətdir Xarkov vilayətində yaşayır, kənd təsərrüfatı biznesi ilə məşğuldur.

Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması və ya itkin düşməsi faktı qeydə alınıb. Ötən il noyabrın 19-29 tarixlərində Kiyevdə ezamiyyətdə olan Azərbaycanın “Report” İnformasiya Agentliyinin əməkdaşına qarşı gözlənilmədən baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki heç bir nəticə yoxdur.

Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
26/01/2020 [23:59]:
Ukrayna prezidenti 2019-cu ildə 97 nəfəri əfv edib
26/01/2020 [22:44]:
"İrəvan, Zəngəzur, Göyçə kimi Qarabağı da itirmək istəmiriksə hərəkətə keçməliyik..."
26/01/2020 [22:40]:
Nur-Sultan aeroportunda uçuşlar ləğv edilib
26/01/2020 [21:41]:
Nigeriyada 29 nəfər Lassa qızdırmasından ölüb
26/01/2020 [20:52]:
İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib
26/01/2020 [20:04]:
İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşandı
26/01/2020 [19:33]:
Messi şəxsi antirekordunu təkrarlayıb
26/01/2020 [18:47]:
Braziliyada 30 nəfər leysan yağışların qurbanı olub
26/01/2020 [17:22]:
Tailandda koronavirusa yoluxanların sayı artıb
26/01/2020 [16:34]:
Etiraz aksiyalarında 4 nəfər həlak olub
26/01/2020 [15:46]:
Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd edib
26/01/2020 [14:35]:
"Barselona" məğlub olub, "Sevilya" qalib gəlib
26/01/2020 [14:15]:
Bakıda gənc rəssamların qrup sərgisi açılacaq
26/01/2020 [13:50]:
"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxıb
26/01/2020 [13:13]:
Çingiz Qənizadə Beyləqanın Bünyadlı və Gödəklər kəndində görüş keçirib
26/01/2020 [13:11]:
Çində koronavirusdan ölənlərin sayı 56-ə çatı
26/01/2020 [12:48]:
Türkiyədə son 60 ildə baş verən güclü zəlzələlər və qeydə alınan itkilər açıqlanıb
26/01/2020 [12:22]:
Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək
26/01/2020 [11:50]:
Azərbaycan cüdoçular Qran-Prini medalsız başa vurublar
26/01/2020 [11:43]:
"Sovetski" Cavad Cavadovu seçir
26/01/2020 [11:19]:
Azərbaycanda pambıqçılığın vəziyyəti müzakirə edilib
26/01/2020 [10:47]:
Ərdoğan: “Zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək”
26/01/2020 [10:00]:
Türkiyədə yaşlı qadın zəlzələ dağıntıları altından 19 saat sonra sağ çıxarılıb
25/01/2020 [23:59]:
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib
25/01/2020 [23:45]:
44 saylı dairənin favorit namizədi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
20 Yanvar faciəsindən 30 il ötür
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”
“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin