“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?

21/01/2019 [12:24] - İqtisadiyyat (87)



“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) ötən ilin yekununa aid hesabatları bankın vəziyyətinin heç də yaxşıya doğru dəyişmədiyini göstərir. “AzPolitika.info”nun məlumatına görə, rəsmi hesabatda yer alan göstəricilər hətta bankın kiçildiyindən xəbər verir.

Belə ki, ASB ötən ili mənfəətlə başa vursa da, 2017-ci ilin yekunları ilə müqayisədə bankın xalis mənfəəti yarım milyon manata yaxın – 411 min manat azalıb. Bank, 2017-ci ili 4 milyon 357 min manat xalis mənfəətlə bağladığıı halda, 2018-ci ili 3 milyon 946 min manat mənfəətlə yekunlaşdırıb. Bu o deməkdir ki, bankın xalis mənfəəti 9,4 faiz azalıb.

Bankın əməliyyat mənfəəti isə 2017-ci illə müqayisədə daha kəskin şəkildə – az qala 4 dəfə (!) azalaraq, 6 milyon 693 min manatdan 1 milyon 791 min manata enib.

Xatırladaq ki, hətta 2016-cı ildə bu göstərici 8 milyon 34 min manat olub. İki il ərzində əməliyyat mənfəətinin az qala 7 milyon manata yaxın azalması əlbəttə ki, bir bank üçün sıradan hadisə deyil. Bu rəqəmlər onu göstərir ki, ildən-ilə bankın xərcləri gəlirlərini daha çox “udmağa” başlayıb.

Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan “Azərsun Holdinq”ə aid bankın maliyyə vəziyyətinin pisləşməsini ifadə edən göstəricilərdən biri isə ASB-nin cəmi aktivlərinin kəskin şəkildə azalmasıdır.

2017-ci ilin 31 dekabrına bankın cəmi aktivləri 945 milyon 189 min manat olduğu halda, ötən ilin yekununa görə bu göstərici 822 milyon 311 min manata enib. Ortada 123 milyon manata yaxın fərq var ki, bu da olduqca böyük geriləmə sayıla bilər. Göründüyü kimi, il ərzində bankın aktivləri 13 faizə yaxın azalıb və bu, sözsüz ki, ciddi siqnaldır.

Həmçinin, bankın qeyri-faiz gəlirləri də 2.5 dəfədən çox azalıb. Elə bu nəticə də bankın xərclərinin gəlirlərinə nisbətdə “şişməsinin” göstəricisidir.

ASB-nin verdiyi kreditlərdə də azalma var. 2017-ci ildə bank tərəfindən təxminən 299 milyon manatlıq kredit verildiyi halda, ötən il bu rəqəm 285 milyon 950 min manata enib.

Bütün bu göstəriciləri nəzərə alaraq, deyə bilərik ki, ASB həqiqi mənada kiçilib. Özü də bu proses ötən il ərzində əvvəlki illərə nisbətdə manatın stabilləşməsi və bazardakı digər göstəricilərin yaxşılaşması fonunda baş verib. Hansı ki, normalda bunun əksini ifadə edən proses baş verməli idi.

Bütün bunlar hansı səbəblərdənsə bankın xərclərinin artdığını göstərir. Bu isə mənfəətinin və büdcəyə ödənilən verginin azalması deməkdir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı”nın əsas səhmdarı “Anadolu İnvestment Kompani” MMC-dir.
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
Vasif Talıbovdan yeni təyinat
Xəbər lenti
16/02/2019 [11:28]:
Nazir 58 nəfəri işdən çıxartdı - siyahı
16/02/2019 [09:57]:
Beynəlxalq Bankdan milyonları götürmək üçün şirkətləri kimlər yaradıb?
16/02/2019 [00:26]:
Gənclər təşkilatları Prezidentə müraciət etdi: “Xahiş edirik, bu dəyişikliyi ləğv edin”
16/02/2019 [00:02]:
Özümə qəsd edən olsaydım, camaatı niyə yandırırdım? - məhkəmə işi
15/02/2019 [23:29]:
Azərbaycanda yeni “ASAN Xidmət” mərkəzləri açılacaq
15/02/2019 [22:37]:
Lukaşenkonun Almaniya səfərindən imtinasının səbəbi açıqlandı
15/02/2019 [21:42]:
Avropa İttifaqının nümayəndə heyəti Bakıya gələcək
15/02/2019 [20:31]:
İlham Əliyev 4 sərəncam imzaladı
15/02/2019 [19:27]:
UEFA-nın yeni reytinqi
15/02/2019 [18:25]:
Makron yenə Ermənistana gələcək
15/02/2019 [17:48]:
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq
15/02/2019 [16:19]:
200 manatlıq yeni təqaüd təsis olunub
15/02/2019 [15:53]:
Kənd Təsərrüfatı texnikasının güzəştli şərtlərlə satılacağı ünvanlar
15/02/2019 [14:19]:
Vasif Talıbovdan yeni təyinat
15/02/2019 [12:47]:
Muğam Mərkəzində gənc istedadlar aşkar edilir
15/02/2019 [12:40]:
Evlənmək istədiyi qızı öldürdü, anasını yaraladı...
15/02/2019 [12:36]:
İkinci qrup əlil: “Özümü prokurorluğun qarşısında yandıracağam...”
15/02/2019 [11:21]:
Türkiyədə daha bir PKK terrorunun qarşısı alındı
15/02/2019 [09:59]:
Azərbaycan nefti bahalaşdı
15/02/2019 [02:01]:
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir - təhlil
14/02/2019 [23:32]:
Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək
14/02/2019 [22:48]:
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
14/02/2019 [21:57]:
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
14/02/2019 [21:03]:
Çempionlar Liqasında həftənin rəmzi komandası
14/02/2019 [20:16]:
Hava yenə dəyişəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ziya Məmmədovun məşhur oteli söküldü
Nazirlik əməkhaqqı artımının kimlərə şamil olunacağını açıqlayıb - siyahı
İlham Əliyev 5 sərəncam imzaladı - yenilənib
Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr açıqlanıb - siyahı
İlham Əliyev 2 sərəncam imzaladı - yenilənib
Ramiz Mehdiyev sərəncam verdi
Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi
“10 dollarlıq sensora görə gömrükdə 125 dollar ödəniş etmişik” – Sahibkar
Milli Məclisin ən yaşlı deputatları – - siyahı
Azərbaycanda yeni mütəxəssis hazırlıq mərkəzi fəaliyyətə başlayıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin