Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir

20/01/2019 [12:23] - Gündəm (370)



1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

Yanvarın 20-də səhər saatlarından Şəhidlər xiyabanına insan axını başlayıb. İnsanlar bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edir, şəhid məzarları qarşısında baş əyirlər. İzdihamın arasında Bakı sakinləri ilə yanaşı, paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olar.

Bu dəhşətli faciədən 29 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə şəhidlərə borcluyuq.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Şəxsən Mixail Qorbaçovun göstərişi ilə paytaxtımıza, eləcə də Azərbaycanın digər regionlarına yeridilən ordu hissələri 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı, onların bir çoxu ömürlük şikəst oldu.

Bu qanlı hadisələrin səhəri ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi yaradıldı.

Hazırda 20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib, onlara Prezident təqaüdü təyin olunub.

Bu gün Şəhidlər xiyabanında yaşanan insan axınını seyr etdikcə ümummilli lider Heydər Əliyevin sözləri bir daha xatırlanır: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Bu gün bütün yollar Şəhidlər xiyabanından keçir. Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Hər kəsin üzündə kədər və qürur hissləri görünür. Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə təcəssüm etdirir. (AzərTAc)

Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
26/09/2020 [10:00]:
Koronavirus tüğyan edir, yaşlılardan küçəyə çıxmamaq istənilib
25/09/2020 [23:59]:
Dünya ÜDM-ində müsbət meyllər var
25/09/2020 [21:45]:
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
25/09/2020 [20:40]:
Bu maddədən istifadə xərçəngə və sonsuzuğa səbəb olur
25/09/2020 [18:39]:
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
25/09/2020 [17:46]:
Putin: “Koronavirusla mübarizə hələ bitməyib”
25/09/2020 [17:07]:
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
25/09/2020 [16:26]:
Ukrayna Lukaşenkonun hakimiyyətini legtirim saymır
25/09/2020 [16:00]:
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
25/09/2020 [15:47]:
Azərbaycan Turizm Bürosunun rəqəmsallaşma layihəsinə sənəd qəbulunun müddəti uzadılıb
25/09/2020 [15:38]:
“Ronaldo “Barselona”ya transferimə dəstək oldu”
25/09/2020 [14:32]:
“TikTok” ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək
25/09/2020 [13:42]:
Zelenskinin Belarusa rəsmi səfəri ləğv olunub
25/09/2020 [12:43]:
Aeroportda koronavirus itlərin vasitəsi ilə yoxlanacaq
25/09/2020 [12:09]:
UEFA Belarusda Konqres keçirməkdən imtina etdi
25/09/2020 [11:56]:
Ölkənin ən böyük bankı çirkli pulların yuyulmasına görə cərimələnib
25/09/2020 [11:36]:
Prezident qəbul keçirdi
25/09/2020 [11:30]:
Prezidentin dünənki çıxışı BMT-nin rəsmi saytında
25/09/2020 [11:11]:
Ankara-Bakı-Ankara istiqamətində xüsusi reyslərə başlanılır
25/09/2020 [10:53]:
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 900 mln. dollar azalıb
25/09/2020 [10:00]:
ABŞ güləşçinin edamına görə İrana sanksiya tətbiq edəcək
25/09/2020 [09:02]:
"Alverçi deputat" kimdir? - təfsilat
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
Ərtoğrula vəzifə verildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin