Sovet informasiya blokadasını yaran Şeyxülislam - SSRİ 20 yanvar qırğınını necə gizlətmək istəyirdi?

20/01/2019 [11:46] - Gündəm (467)



1990-cı ilin 20 yanvarında Bakı küçələrində  sovet ordusunun qadağan olunmuş güllələrlə öldürdüyü dinc vətəndaşların cəsədləri sərilərəkən  SSRİ-də və dünyada o məşum gecə Azərbaycanda nə baş verdiyindən xəbərsiz idilər. 

Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA)  baş verənlərlə bağlı qısa informasiya yaymışdı. Orada göstərilirdi ki, guya "ekstremistlərin üsyanını yatırmaq üçün onlardan bir neçəsi öldürülüb”.
Bu qanlı təcavüzə münasibətini bildirən Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov Mərkəzi Televiziya ilə müraciətində bəyan etdi ki, ordu Bakıya daxil olarkən sovet əsgərləri terrorçuların atəşi ilə qarşılanıb. Hərbçilər isə silah işətməyə məcbur olublar. 
Dünya ilk günlər bu həyasız yalana inanmağa məcbur oldu. Mirzə Xəzərin Azadlıq Radiosunun efirindən səsləndirdiyi dəhşətli qırğının şahidlərinin ah-naləsindən, lənətindən savayı dünyaya rəsmi qurumların faciə ilə bağlı mövqeyini göstərən heç bir bəyanatı yox idi. 

1990-cı ilin yanvarında tam informasiya vakkumuna düşmüş Azərbaycan öz haqq səsini dünyaya çatdırmaq, baş verən təxribatları, sovet partiya rəhbərlərinin siyasi riyakarlığını göstərmək üçün ayrı-ayrı siyasi və ictimai xadimlərin şəxsi əlaqələrinə möhtac olmuşdu. 

Üstündən 30 ilə yaxın vaxt keçdikdən sonra həmin ağır ilin informasiyalarına baxdıqda  sovet  KİV-lərinin Azərbaycandakı hadisələrə necə birtərəfli və qərəzli yanaşdıqlarının şahidi olursan. 
20 yanvara qədər olan xəbərlərdə əsas ağırılıq yalnız Azərbaycanda “biçarə ermənilərin harda gəldi öldürülməsinə” salınır, məsələnin siyasi-ictmai və digər səbəbləri arxa planda saxlanılır.  

Məsələn, 1990-cı il yanvarın 15-də “İzvestiya” qəzeti  Lenin meydanından ayrılan kütlənin şəhərdə iğtişaş və dağıntı törətdiyini xəbər verirdi. Yanvarın 14-də Moskva radiosu Bakıdan verdiyi repotajında “mitinqlərdə erməniləri Bakıdan qovmaq tələbinin qoyulduğunu” və bununla bağlı baş verən hadisələrdən danışır.  

SİTA isə yanvarın 20-də yaydığı məlumatda “insan qurbanları ilə nəticələnən” iğtişaşlardan bəhs edir, öldürülən ermənilərin sayının artıq Sumqayıtdakı qurbanları keçdiyini vurğulayırdı.
Beləcə, sovet məkanında Azərbaycanın rəhmsiz, təxribatçı, siyasi körəfəhim obrazı yaradılırdı. 
Sovet rəsmi mətbuatı bir ağızdan bəyan edirdi ki, Azərbaycanın bütün rayonlarında sovet hakimiyyəti devrilib və bu ərazilərə AXC nəzarət edir. SİTA-nın baş direktoru Leonid Kravçenko həmin günlərdə “Nyu-Dehli” qəzetinə açıqlamasında demişdi ki, Azərbaycanın 28 rayonundan 18-nə millətçilər nəzarət edir. Onlar pulemyotlarla, raketlərlə, minamyotlarla silahlanıblar. “Orada artıq sovet hökuməti qalmayıb”-deyə Kravçenko “timsah göz yaşlarını” axırdırdı. 

Dünya KİV-ləri yanvarın ortalarından etibarən Azərbaycanda baş verənlər barədə maraqlanmağa başlayır və maksimum dərəcədə informasiya əldə etməyə cəhd edirdilər.  Bir sıra jurnalistlər hətta risk edərək gizli yollarla Azərbaycana daxil olmağa çalışırdılar. Məsələn, bir qrup türk jurnalisti hadisələrdən xəbər tutumaq üçün 1990-cı ildə İrandan məxfi şəkildə Azərbaycana keçə bilmişdi. 
“Günaydın” qəzetinin müxbiri İrfan Sapmaz,   “Milliyyət” qəzetinin əməkdaşları Rafet Ballı, Mücahit Büber ilə bərabər sovet sərhəddini  keçərək Bakıya gələ bilmişdilər. 

Ancaq qısa bir zamandan sonra Dövlət Təhlükəsizliyi Komitəsi onları həbs edir. 75 gün Bakıda DTK-nın təcridxanasında saxlanılan türk jurnalistləri prezident Turqut Özalın Mixail Qorbaçovla təmaslarından sonra azad edilir və Moskvadan Türkiyəyə yola salınır.  Belə “dəmir pərdə” həmin dövrdə Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırılmasına imkan vermirdi. 

Lakin bu informasiya blokadasını qırmağa cəhd edən ictimai xadimlər doğru məlumatları yaymağa çalışır, Bakıda baş vermiş qanlı cinayəti dünyaya çatdırmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirdilər. Belə diqqət çəkən hadisələrdən biri də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin SSRİ-nin rəhbəri Mixail Qorbaçovu ittiham edən məşhur bəyanatı olub. BMT baş katibi Peres de Kuelyara ünvanlanan bu müraciətdə Şeyxülisam Qorbaçovu “qatil” adlandırmışdı və sovet ordusunun dərhal şəhərdən çıxarılmasını tələb etmişdi. Bu, SSRİ-də unikal hadisə idi: Sovet dövlətinin mövcud olduğu 70 illik tarixdə heç bir dini rəhbər SSRİ liderinə qarşı hansısa etiraz bildirməyə cürət etməmişdi. 

Belə bir hadisə dünyanın ictimai-siyasi dairələrində ciddi rezonans verir və diqqəti  Azərbaycana yönəldir. Roma Papası Bakı qırğını ilə bağlı ətraflı məlumat almaq üçün İtaliyanın məşhur “Reppublika” qəzetinin əməkdaşı Etsio Maurodan Şeyxülislam Allahşükür Paşazadə ilə əlaqə yaratmağı xahiş edir. Qanlı hadisədən bir neçə gün sonra Moskvaya gələn Etsio Mauro Papa II İoann Pavelin xüsusi tapşırığına əsasən Allahşükür Paşazadə ilə telefonla danışır və  bununla bağlı hazırladığı müsahibəni  “Reppublika” qəzetində dərc edir. Bununla da Allahşükür Paşazadə Bakıya sovet hərbi müdaxiləsindən sonra Azərbaycanın ictimai xadimləri içərisində informasiya blokadasını dağıdaraq 20 yanvar qırğınını barədə həqiqəti dünyaya yayan ilk şəxslərdən olur.  Etsio Mauro isə ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. 
Şeyx müsahibədə bəyan edir ki, sovet ordusu dərhal şəhərdən çıxmalıdır: “Ali Sovetin Rəyasət Heyətinin, Ali Sovetin sədri kimi Mixail Qorbaçovun çox böyük səhvə yol verdiyini etiraf etsinlər. Bu gün Azərbaycan xalqını dəhşətli faciədən xilas etmək, daha böyük zərərdən yaxa qurtarmaq üçün yalnız bir yol var. Bu, qoşunları şəhərdən dərhal çıxarmaq yoludur. Bilirəm ki, xalq başqa bir qərarla razılaşmayacaqdır”.

QMİ sədri baş verənləri “islam ekstermizmi”nə bağlayanları ittiham edir  və vurğulayır ki, xalq öz şərəfini müdafiə edirb: “Heç bir xalq şərəfinin alçaldılması ilə barışa bilməz. Bu işğal azərbaycanlılar üçün dözülməzdir”.

Jurnalistin  “bəs bu həqiqət nədən ibarətdir?” sualının cavabında A. Paşazadə bildirir ki, ordunun “silahlı ekstremistlərə” atəş açmağa məcbur olduğu barədə söz-söhbət yalandır: “Qorbaçov bir yandan sülh haqqında əcnəbi ölkələrlə müqavilələrə qol çəkir, digər tərəfdən isə öz xalqına qarşı qoşun göndərir”.

Şeyxülisam Moskvanı birtərəfli mövqe tutaraq erməniləri müdafiə etməkdə günahlandırır:  “Biz çox gözəl bilirik ki, Moskvadakı bəzi adamlar yaranmış vəziyyət üçün təqsiri İslam dininin boynuna atmaq istəyirlər. Lakin bu ittiham qətiyyən ədalətli deyildir. Mən heç cür inana bilmirəm ki, dinimiz haqqında müəyyən təsəvvürü olan adam İslamı pisləsin. İslam - həqiqət deməkdir. Həqiqət isə həqiqətlə, düzlüklə müdafiə olunmalıdır”. 

A.Paşazadə SSRİ-İran sərhəddinin sökülməsini Azərbaycan xalqının parçalanması ilə əlaqələndirir və bildirir ki, İranda bizim qan qardaşlarımız yaşayır: “Uzun illər ərzində bir-birimizlə ünsiyyət imkanımız olmamışdır, valideynlər isə öz uşaqlarını görə bilmirlər, ailələr ayrı-ayrılıqda yaşayırlar. Sovet və İran azərbaycanlılarının kökü eynidir. Bu cür gərginlik təbiidir: adamlar bir-biri ilə sərbəst əlaqə saxlamaq istəyirlər. Söhbət məhz bundan gedir. İslam respublikası haqqında uydurma qoşun yeritmək üçün bəhanədir. Azərbaycan xalqı bunu heç vaxt bağışlamayacaqdır!”

Qorbaçovun Bakıya qoşun yeritmək haqqında qərarını “dəhşətli səhv” adlandıran Şeyxülislam bildirir ki yenidənqurmanın taleyi bu qədər günahsız insanın ölümünə haqq qazandırmaz. 

QMİ sədri böhrandan çıxmaq üçün ordunu dərhal Bakını tərk etməsini tələb edir: “ Əgər hələ ağıl-kamal varsa, əgər hələ vicdan varsa, ordu Bakıdan mümkün qədər tez çıxarılmalıdır. Özü də son əsgərə qədər... Vəziyyət çox ağırdır. Hər bir xalqın öz tarixi, öz etiqadı, öz mənliyi vardır. Bütün bunları əsas götürüb inamla deyə bilərəm ki, Azərbaycan xalqı heç vaxt təslim olmayacaq”. 

“Adamların necə həlak olduğunu hər gün görürəm. Yaralılar həm xəstəxanalarda, həm də öz evlərində ölürlər. Bugünkü Bakıda real vəziyyət belədir və dünya xalqları bunu hökmən bilməlidirlər. 

Və mən tələb edirəm ki, xristian qardaşlarımız həqiqəti bilsinlər. İnanıram ki, Vatikanın da səsini eşidəcəyik. Bütün dünyadan xahiş edirəm ki, bizi başa düşsünlər, bizə tərəfdar çıxsınlar və bizimlə əlaqə saxlasınlar ki, indiki vəziyyətdən xilas olaq” –deyə Şeyxülislam bəyan etmşdi. 

İtaliyalı jurnalist Etsio Mauronun bu müsahibəsi “Reppublika” qəzetində işıq üzü gördükdən sonra Avropa ölkələrində böyük əks-səda doğurur. Təsadüfi deyil ki, İngiltərənin “İndepedent”, İspaniyanın “Pais” kimi nüfuzlu nəşrləri öz səhifələrində bu yazıya geniş ayırırlar. 

O zamanın beynəlxalq mediası çox vaxt sovet KİV-lərinin yaydıqları xəbərlərə istinadən  məlumatlar hazırlayırdılar. Məsələn “Nyu-York Tayms” qəzeti yanvarın 16-da verdiyi məlumatda 13-14 yanvarda Bakıdakı talanları Azərbaycanda son aylarda hökm sürən hakimiyyətsizliklə əlaqələndirmişdi.  1990-cı ilin 20 yanvarında baş verənlər isə dünya KİV-lərində daha çox böyük beynəlxalq güclərin maraqları çərçivəsində şərh olunurdu. 

QMİ sədrinin, daha sonra ziyalıların, ictimai-siyasi xadimlərin verdikləri müsahibələr prosesə müəyyən qədər işıq sala bilir.  Getdikcə mövqe dəyişikliyi başlanır.  Məsələn, ilk günlərdə Qorbaçova dəstək verən ABŞ prezidenti Corc Buş sonradan prosesə qiymət verməyə tələsməməyə çağırırdı. 

Yanvarın 24-də Türkiyənin Anadolu Agentliyi xarici işlər naziri Məsud Yılmazın çıxışını yayır. Orada Yılmaz bildirir ki, “Bakıda fövqəladə vəziyyətin elan olunmasına gətirmiş qeyri –qanuni hərəkətlər və qan tökülməsi heç kimə sirr deyil. Hamı yaxşı bilir ki, bu hadisələrin səbəbi Ermənistanın Azərbaycan torpaqlarına iddiası, həmçinin bu iddianın reallaşması üçün əl atdılğıl təxribat  və gücdür”.

Qərb KİV-lərini  ermənipərəst mövqe tutmaqda ittiham edən Məsud Yılmaz baş vermiş faciəni “ Sovet İttifaqının daxili işi hesab etdiklərini” bəyan etsə də daha sonra xəbərdarlıq edir: “Bu o demək deyil ki, biz mədəni baxımdan bizə yaxın olan azərbaycan xalqının vəziyyətinə biganə qalacağıq”.  
Daha sonra Türkiyənin NATO-dakı nümayəndəsi Ünsal bəyanat verir.  Nümayəndə bəyan edir ki, Türkiyə NATO üzvlərindən Azərbaycandakı hadisələrə diqqət yetirməyi gözləyir. O, bildirir ki, Qərb KİV-lərində yalnız erməniyönlü baxış var  və Qərb birtərəfli informasiyalara görə hadisələrə doğru yanaşa bilmir. 

21 yanvar 1990-cı ildə İRNA Iran İslam Respublikasının bəyanatını yayır. Bəyanatda SSRİ-dən Azərbaycan xaqlına qarşı zor tətbiqini dayandırmaq tələb edilir və problemi dinc yolla həll etməyə çağırır. XİN bəyanatda doğru olmayan tədbirlərə əl atılmasından təssüfləndiyini virğulayır və bunu vəziyyəti daha da çətinləşdirdiyini bildirir.  

“Nyu-York Tayms” yanvarın 21-də İranın bu bəyanatını yayır. 

Yanvarın 27-də Bakıya gəlmiş sovet jurnalistlərini qəbul edən QMİ sədri yenidən Sovet ordusunun Bakıya daxil olmasını sərt şəkildə ittiham edir və bildirir ki, bütün baş verənlərə görə günahkarlar cəzalandırılmalıdır. 

“Bura bəyəm Əfqanıstandır? Sovet ordusu şəhərə niyə girib?” deyə sərt şəkildə danışan A.Paşazadə vurğulayır ki, SSRİ hakimiyyətindəki rəhbərlər Azərbaycan xalqının xarakterindən xəbəri yoxdur. “Biz son dəqiqəyə qədər sovet ordusunun şəhərə daxil olub əhalini qıracağına inanmırdıq”-deyə A.Paşazadə bildirir.  Şeyx qeyd edir ki, 20 yanvardan sonra neçə gündür ordu şəhərdə provokasiyalar törədir. Dinc əhalini atəşə tutur. “Daha sərsəmlik eləmək lazım deyil. Ordu şəhərdən təcili çıxmalıdır” –deyə A. Paşazadə rus jurnalistlərinə bildirir. 

SSRİ rəhbərliyi Bakıda baş vermiş qanlı cinayətin dünyaya yayılmması üçün faktları saxtalaşdırmaqdan, yalandan və dezinformasiyadan istifadə etməkdə utanmamışdı. Lakin bu cinayəti gizlətmək mümkün olmadı. SSRİ xalqları və dünya dövlətləri bu dəhşətli cinayətdən xəbər tutdular və onun qərar verənlərini lənətlədilər.  

Təhlilçilərin fikrincə, Moskva məhz 20 yanvar 1990-cı ildə Azərbaycanı itirdi. Həmin gün sovet ordusu təkcə dinc azərbaycanlıları deyil, həm də sovet ideologiyasını gülləbaran etdi. Azərbaycan xalqı qanlı qırğının qurbanlarını dəfn etməklə həmçinin qüdrətli sovet hakimiyyətini də tarixə gömdü.

A.SƏFƏRLİ   
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
14/12/2019 [19:36]:
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [18:35]:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
14/12/2019 [18:23]:
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
14/12/2019 [17:50]:
Bakıda bazar yanır
14/12/2019 [17:49]:
Səfir: “Biz burada Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq”
14/12/2019 [17:30]:
Finlandiya səfiri: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi üçün səy göstərir”
14/12/2019 [17:23]:
Rayonlarda 760 fərdi evə təbii qaz verilib
14/12/2019 [16:31]:
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
14/12/2019 [15:42]:
ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə salıb
14/12/2019 [15:18]:
KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib
14/12/2019 [14:44]:
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
14/12/2019 [14:16]:
“Baladadaşın toy hamamı” nümayiş olunub
14/12/2019 [13:54]:
Axtarışda olan 35 nəfər saxlanılıb
14/12/2019 [13:23]:
Neftin qiyməti bahalaşır
14/12/2019 [12:42]:
Mərkəzi Bank 100 milyon manat cəlb edir
14/12/2019 [12:12]:
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
14/12/2019 [11:48]:
Qızılca epidemiyasından 93 nəfər ölüb
14/12/2019 [11:19]:
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
14/12/2019 [10:45]:
Manatla pul bazasının artım tempi 14%-ə yüksəlib
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin