Azadlıq yolunda qalxan bir vuruş...- Qulu Məhərrəmli yazır

20/01/2019 [01:29] - Cəmiyyət (361)



...bu vuruşu niyə cəsurluq, qəhrəmanlıq və milli birlik rəmzinə çevirə bilmirik?
Tarixdə baş vermiş istənilən hadisənin yaddaşlarda öz konkret adı, obrazı və dəqiq simvolları olur. Bu mənada 20 Yanvar faciəsinin şahidi və iştirakçısı olmuş insanların şüurunda o hadisələr təkcə sovet ordusunun Bakıya amansız basqını, cəza dəstələrinin silahsız insanları gülləbaran etməsi, gecənin bağrını yaran yaylım atəşləri və tank tırtıllarının qorxunc səsi ilə yadda qalmayıb. Bu hadisələr həm də xalqın haqsızlığa etirazı, öz Vətəninə, onun torpaqlarına, ərazi bütövlüyünə sahib olmaq hissinin püskürməsi, milli heysiyyətini qoruması, əlindən alınmış müstəqilliyini geri almaq üçün azadlıq vuruşuna qalxması idi…

Əlbəttə, bu tarixi hadisənin qabarıq görünən kədər və hüzn tərəfi də var, çünki onlarca insan qətlə yetirilib, yaralanıb, həm də təkcə barrikadalarda dayanan azadlıq mücahidləri yox, təsadüfi adamlar da amansız güllələrin qurbanı olub. Amma hansı azadlıq hərəkatı, milli müstəqillik uğrunda hansı savaş qurbansız olur?  Heç biri! Şair demişkən, azadlıq, “hürriyət elə nazlı bir afət ki… qan axmadıqca kimsəyə gülməz” (M.Hadi). 1990-cı ilin yanvarında zülmə, ədalətsizliyə və haqsızlığa qarşı çıxmaqla Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, bu mübarizədə şəhidlər verib qanlar axıdaraq, 20 Yanvardan sonra faktiki olaraq addım-addım öz müstəqilliyinə doğru irəliləməyə başladı.

***

İşğalçı sovet ordusu Bakını qanda boğsa da, etirazlar səngimədi. Respublika Ali Soveti fövqəladə şəraitdə çətinliklə də olsa fövqəladə iclasını keçirib paytaxta ordu yeridilməsini və qan tökülməsini pislədi. Xalq etirazlarının önündə gedən və hücumun hədəfinə çevrilmiş təşkilat kimi AXC də kəskin bəyanatla çıxış etdi. Moskvada Heydər Əliyevin keçirdiyi mətbuat konfansı və Bakı qırğınlarına görə onun SSRİ rəhbərliyini tənqid etməsi bütün dünyada ciddi rezonans verdi. Ali Sovetin sədri Elmira Qafarovanın kəskin bəyanatının radio ilə yayılması da ümidsizləşmiş xalqı xeyli ruhlandırdı. Şəraitin mürəkkəbliyinə baxmayaraq Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Nurəddin Rzayev kimi ziyalıların cəsur davranışları mübarizə ruhunun qığılcımlarını yaşadırdı.

Həmin günlərdə Azərbaycanın dini rəhbəri Şeyx Allahşükür Paşazadənin bütün dünyada ciddi rezonans vermiş sərt və ifşaedici bəyanatı haqqında isə ayrıca danışmaq lazım gəlir. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ağır şəkildə ittiham edən ilk belə bəyanat idi. Adam hələ də ağlına yerləşdirə bilmir ki, Bakıda hər yerə və hər kəsə tuşlanmış tank və avtomat lülələri altinda SSRi rəhbəri M.Qorbaçova bu sətirlərlə necə müraciərt etmək olardı:  “Özlərini əsl işğalçı kimi aparan, cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanə də puç oldu, çünki bir əli ilə xarici məmləkətlərdə sülh sazişi, o biri əliilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı «Sülh uğrunda mübariz» adlandırmaq ən azı ləyaqətsizlikdir”. Bakı qırğınlarını milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv etdiyini də deyən Şeyx ləyaqətsizliyi diktatorun üzünə çırpmaqla təkcə vəzifəsini yox, həyatını da riskə qoymuşdu. Əslində həmin günlərdə Şeyxin həyatının hər günü bir risq idi. Niyə?

Əvvəla, getdikcə kütləviləşən xalq hərəkatını boğmaq üçün Moskvada ona dini-terrorizm çaları verməyə cəhd edirdilər. Sovet ideoloqları Bakıda “islam fundamentalizmi”nin tüğyan etməsi barədə Qərbə davamlı məlumatlar ötürürdü. Küçələrə çıxmış yüz minlərlə insanın “Qarabağ” çağırışına reaksiya verib ədalətli qərar qəbul etmək əvəzinə sovet rəhbərliyi hərəkatın genişlənməkdə olan dalğasının qarşısını necə almaq barədə planlar qururdu.  Bunun üçün 1990-cı ilin yanvarında Bakıda yaranmış vəziyyətdən yararlanmaq, respublikada hakimiyyət böhranı yaratmaq, prosesləri qanlı məcraya aparıb çıxarmaq, milli ideyanı dağıtmaq və digər respublikalara  dərs vermək planı düşünülürdü. Bu planda Şeyx üçün də qorxulu rol ayırmaq istəyirdilər. Ona görə də 20 Yanvar günlərində Bakıya göndərilmiş SSRİ rəhbərlərindən biri sayılan G.Primakov Şeyxə respublikada hakimiyyəti ələ alıb xalqı və vəziyyəti xilas etməyi təkidlə tövsiyyə edirdi. Amma Şeyx özünü Şərqin bilicisi sayan Primakovdan daha ağıllı və ayıq idi. Ona görə də vəziyyəti və niyyəti dəqiq qiymətləndirərək Siyasi büro üzvlərinin təklifini rədd etmiş və bütün addımları ilə Azərbaycanın “islam fundamentalizmi” deyilən hər cür ifratçılıqdan uzaq olduğunu göstərmişdi. A.Paşazadə 30 yanvar 1990-cı ildə “Azərinform”a açıqlamasında  da Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq “islam amili”ni “fitnəkar ittiham” kimi qiymətləndirmişdi.

İkincisi, həmin hadisələr ərəfəsində vəziyyət o qədər gərgin idi ki, yerli hakimiyyətdən əlini üzmüş xalq kütlələri ümidini onun sözünü deyib marağını müdafiə edən başqa qüvvələrə bağlamışdı. Həmin qüvvələrin isə impulsiv davranışları xalqı uçuruma apara bilərdi. Buna görə də xalqın inandığı və dinlədiyi din xadimi kimi Şeyx elə təmkinli davranışlara tərəfdar idi ki, zərər minimum olsun. Bu davranışın bir yolu da ümumi maraqlar naminə milli həmrəylik idi. Həmin dövrdə bu həmrəyliyin təminatçılarından biri olmaq respublikada xaos yaratmaq istəyən kənar qüvvələrin qəzəbinə gələ bilərdi və Şeyx də bunu yaxşı anlayırdı.

Çoxlarımız o günlərin şahidiyik, amma yenə də yaddaşı təzələmək üçün mətbuat səhifələrini, xatirələri, foto-sənədləri vərəqlədikcə həmin çətin tarixi günlərdə bir çox məqamlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, o vaxt bütün Qafqazın dini lideri sayılan şeyxül-islam Allahşükür Paşazadəni görürük. O, daim hadisələrin ən qaynar nöqtələrində görünür, həmişə ziyalılarla bir yerdədir, Moskva elçiləri ilə görüşür, onları qırğına yol verməməyə çağırır, respublika rəhbərliyi ilə AXC nümayəndələrini bir araya gətirməyə can atır.

Faciənin baş verdiyi günlərdə də Şeyxin səsi yüksək gəlir, SSRİ rəhbərliyini ittiham edir, “islam” məsələsinin önə çəkilməsinə etirazını bildirir, xalqı təmkinli olmağa çağırır. Onun başçılıq etdiyi dini qurum Yanvar şəhidlərinin dəfnini milli birlik nümayişinə çevirir. Bakıdakı xristian və yəhudu dinlərinin təmsilçilərinin də iştirak etdiyi bu dəfn mərasimində QMİ, sanki siyasi hakimiyyətlə kütlələr arasında körpü rolunu oynayan əsas həlqə kimi nəzərə çarpır. Yəni islam dininin parlaq təmsilçisi olan Şeyx bir çoxlarından fərqli olaraq tarixin bu ağır sınağından ləyaqətlə çıxır və sonradan müstəqil Azərbaycanın bayrağındakı yaşıl rəngin heç də əbəs olmadığını sübut edir.

***

Gərək tarixi olduğu kimi çatdırasan, çünki hadisələrin xronikasında hər hansı artırma, şişirtmə və ya əskiltmə mahiyyəti ciddi şəkildə təhrif edir. Bir də gərək tarixdən ibrət dərsi götürəsən. İbrət götürməyəndə isə həmin hadisələr daha faciəvi formada təkrarlanır. Azadlıq uğrunda savaş kimi yaddaşlara hopmuş 20 Yanvarın ən böyük dərsi budur ki, hər hansı təhlükə qarşısında xalq, onu idarə edənlər və öndə gedənlər böyük təhlükə qarşısında bir yerdə olmalı, ciddi gücə çevrilərək birgə müqavimət göstərməlidirlər. Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gənc nəslə bu şəkildə təqdim etməliyik. Bəs bunu niyə edə bilmirik? Bu, günümüzün üzərində düşünməli olan ən ciddi suallarından biridir…

Ayna.az
Fransa Azərbaycana yeni səfir təyin etdi
Azərbaycanın xarici borcu son 1 ildə 680 milyon dollar azalıb - təhlil
Azərbaycan və Rusiya arasında dəmir yolu ilə sərnişindaşıma artıb
Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür
FHN: Bakıda taxta bazarındakı yanğın söndürüldü-yenilənib
Xəbər lenti
23/08/2019 [22:16]:
Ali məktəblərə qəbul olunanların 89 faizi qeydiyyatdan keçib
23/08/2019 [21:28]:
İrana hücum üçün İsrail dronları Azərbaycana daşınır? - açıqlama
23/08/2019 [20:47]:
Netanyahu da İranla bağlı tapşırıq verdi
23/08/2019 [19:58]:
“Azərbaycanda pambıqçılıq böyük potensiala malikdir”- – İnam Kərimov
23/08/2019 [18:36]:
NATO ölkələri hərbi xərcləri 100 milyard dollar artırırlar
23/08/2019 [17:48]:
Fransa məhkəməsinə müraciət edən azərbaycanlı mühacirlərin sayı azalıb
23/08/2019 [16:57]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:23]:
Fransa Azərbaycana yeni səfir təyin etdi
23/08/2019 [16:02]:
Azərbaycanın xarici borcu son 1 ildə 680 milyon dollar azalıb - təhlil
23/08/2019 [15:41]:
Azərbaycanın aviasiya şirkətləri böyük məbləğdə zərərə məruz qalıblar
23/08/2019 [15:28]:
SOCAR-ın vitse-prezidenti ilə bağlı yazı reallığı əks etdirmir - təkzib
23/08/2019 [15:11]:
Səfir: “Hökumətin verdiyi son qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir”
23/08/2019 [14:26]:
Avqustun 24-ə hava proqnozu
23/08/2019 [13:38]:
“İnterpol”un axtardığı Almaniya vətəndaşı Azərbaycanda yaxalandı
23/08/2019 [12:43]:
İran filmi "Oskar"a təqdim olunacaq
23/08/2019 [11:36]:
“Körfəzdə müharibəni başlayan biz olmayacağıq” - Məhəmməd Cavad Zərif
23/08/2019 [10:21]:
Azərbaycan və Rusiya arasında dəmir yolu ilə sərnişindaşıma artıb
23/08/2019 [09:00]:
Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür
23/08/2019 [00:42]:
"Qarabağ" uduzdu
23/08/2019 [00:00]:
FHN: Bakıda taxta bazarındakı yanğın söndürüldü-yenilənib
22/08/2019 [23:32]:
Böyük Britaniya Putin haqda film çəkəcək
22/08/2019 [22:43]:
Azərbaycan XİN BMT Baş katibinə etiraz məktubu göndərdi
22/08/2019 [21:28]:
“Neftçi” bəyanat yayıb
22/08/2019 [20:31]:
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi sabah başa çatacaq
22/08/2019 [19:23]:
Əliməmməd Nuriyev: Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
"Relax", "Binə" "Sədərək" - iri biznesin vergi ödəmələri təftiş edilir
Daha bir rayona yeni polis rəisi təyin edilib
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Deputat İqbal Məmmədovun oğlu həbs edildi
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
SOCAR-ın vitse-prezidenti ilə bağlı yazı reallığı əks etdirmir - təkzib
Atambayevin həbs qoyulan əmlakları - siyahı
Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin