Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb

18/01/2019 [11:11] - İqtisadiyyat (314)



Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərərək növbəti dəfə nüfuzlu beynəlxalq “Socially Devoted” sertifikatı ilə təltif olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycandakı şirkətlərin “Facebook” şəbəkəsində 2018-ci ilin IV rübü üzrə fəaliyyətlərini nəzərdən keçirib. Göstərilən müddət ərzində Bakcell şirkəti özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin bütün rüblərində abunəçi sorğularının 100%-ni cavablandıraraq yüksək nəticə göstərib. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti Bakcell şirkətinin ümumi fəaliyyətin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
29/09/2020 [13:02]:
Siyasi Partiyalarımız bizi dəstəkləyir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin