Avropa Parlamentinin Mehman Hüseynovun işi üzrə qətnaməsi

17/01/2019 [18:49] - Siyasət (481)



Yanvarın 17-də Avropa Parlamentinin 533 deputatı "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnamənin "lehinə" olub. 28 deputat əleyhinə olub.

Qətnamə layihəsi Avropa Parlamentinə ALDE qrupunun 23 deputatı tərəfindən çıxarılıb. Onlar Azərbaycanda insan hüquqlarının, demokratiya və qanunun aliliyinin pozulması hallarının, xüsusilə Mehman Hüseynovun işinin müzakirəsini xahiş ediblər.

2019/2511 saylı qətnamədə deyilir ki, Avropa Parlamenti demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Azərbaycan üzrə əvvəlki qətnamələri, hərtərəfli saziş üzrə Aİ-Azərbaycan danışıqları, həmçinin Avropa Şurası insan hüquqları komissarının və İnsan Hüquqları Komitəsinin, Avropa Şurasının bloger Mehman Hüseynovun işi bəyanatlarını diqqətə alır.

Bununla əlaqədar Avropa Parlamenti blogerin təqib olunmasını, onun ikiillik cəzasının daha 5-7 il uzadılması ilə məqsədilə yeni uydurma ittihamların irəli sürülməsini pisləyir.

Sonra qətnamədə fəallara (Qiyas İbrahimov, Bayram Məmmədov, İlkin Rüstəmzadə), jurnalistlərə (Xədicə İsmayılova) qarşı repressiyalara, vəkillərin hüquqlarının pozulmasına, qanunvericiliyə mürtəce düzəlişlər, "Azadlıq" radiosu da daxil olmaqla, müstəqil KİV-in fəaliyyətinin bloklanması, həmçinin AİHM-in qərarı ilə müxalifətçilərə və jurnalistlərə kompensasiya ödənilməsindən hakimiyyətin imtina etməsinə dair faktlar sadalanır.

Bu fonda Azərbaycan hakimiyyəti Avropa Şurasının bəzi üzvlərini ələ alıb ki, həmin pozuntulara görə öz ünvanına olan tənqidləri yumşaltsın.

Aİ və Azərbaycan arasındakı əməkdaşlıq prinsiplərindən irəli gələrək Avropa Parlamenti tələb edir:

1.Mehman Hüseynov dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın, qurum hakimiyyəti yeni ittihamları aradan qaldırmağa çağırır və onun səhhətilə bağlı narahatlığını bildirir;

2. Azərbaycanda özgəfikirliliyə son qoyulmasına, jurnalistlər, hüquq müdafəçiləri və digər fəallar: Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, İlgiz Qəhrəmanov, Əfqan Sadıqov daxil olmaqla, bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırır.

3. Xədicə İsmayılovaya qarşı yeni cinayət ittihamından narahatlığını ifadə edir və onun təqib olunmasına və qorxudulmasına son qoyulmasına çağırır;

4. Həbs müddətində fiziki zorakılıq və işgəncələrə dair hüquq müdafiəçilərinin məlumatları ilə bağlı narahatlığını bildirir;

5. Təkidlə Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin müstəqil qruplarının fəaliyyət imkanlarının təmin edilməsinə, onların fəaliyyətini məhdudlaşdıran qanunların ləğvinə çağırır.

Bank hesablarının dondurulmasına, xarici maliyyələşdirmə ilə bağlı onlara imkan yaradılmasına çağırır.

6. Məhkəmə hakimiyyətinin müstəqilliyinə zəmanət verməyə və vəkilləri müdafiə etməyə çağırır, siyasi məhbusları müdafiə etməmək üçün vəkillərin kənarlaşdırılmasını pisləyir;

7. Azərbaycan hökumətini AİHM qərarlarına riayət etməyə, Venesiya Komissiyasının, insan hüquqları komissarının tövsiyələrini, hüquq müdafiəçilərilə bağlə BMT prosedurlarını yerinə yetirməyə, assosiasiya, dinc toplaşma, fikrin ifadə olunması hüququnu təmin etməyə çağırır;

8. Azərbaycanı qanunvericilikdə və praktikada mətbuat azadlığına hörmətlə yanaşmağa, beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığına zəmanət verməyə, hökumətin tənqidinə senzuraya son qoymağa, müstəqil KİV-ə, o cümlədən "Azadlıq" radiosuna çıxış imkanlarını bərpa etməyə çağırır.

9. Azərbaycanda LGBT-nin durumu ilə bağlı narahatlığını bildirir və hakimiyyəti LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və qorxutmamağa çağırır;

10. Azərbaycanda insan hüquqlarının posulması ilə bağlı tənqidlərin qarşısını almaq üçün Avropa Şurası üzvlərinin Azərbaycanın Avropada qərar qəbul edən şəxslərə qanunsuz təsir etmək cəhdlərində iştirakı faktları ilə bağlı narahatlığını bildirir;

11. Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş demokratik islahatları, qanunun aliliyini, düzgün dövlət idarəçiliyini, insan hüquqlarına və əsas azadlıqlara hörmətlə yanaşılmasını əhatə etməlidir;

12. Avropa Şurası, Avropa komissiyası və vitse-prezidenti Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılmasını Aİ və Azərbaycan arasında dialoq zamanı, yeni saziş üzrə danışıqlarda mərkəzi məsələyə çevirməyə çağırır, Aİ vəzifəli şəxlərini Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını bildirməyə çağırır.

13. Aİ nümayəndə heyətlərini və Azərbaycandakı üzv dövlətləri vətəndaş cəmiyyətinin və insan hüquqlarının dəstəklənməsini davam etdirməyə çağırır (contact.az).
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
14/12/2019 [19:36]:
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [18:35]:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
14/12/2019 [18:23]:
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
14/12/2019 [17:50]:
Bakıda bazar yanır
14/12/2019 [17:49]:
Səfir: “Biz burada Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq”
14/12/2019 [17:30]:
Finlandiya səfiri: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi üçün səy göstərir”
14/12/2019 [17:23]:
Rayonlarda 760 fərdi evə təbii qaz verilib
14/12/2019 [16:31]:
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
14/12/2019 [15:42]:
ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə salıb
14/12/2019 [15:18]:
KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib
14/12/2019 [14:44]:
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
14/12/2019 [14:16]:
“Baladadaşın toy hamamı” nümayiş olunub
14/12/2019 [13:54]:
Axtarışda olan 35 nəfər saxlanılıb
14/12/2019 [13:23]:
Neftin qiyməti bahalaşır
14/12/2019 [12:42]:
Mərkəzi Bank 100 milyon manat cəlb edir
14/12/2019 [12:12]:
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
14/12/2019 [11:48]:
Qızılca epidemiyasından 93 nəfər ölüb
14/12/2019 [11:19]:
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
14/12/2019 [10:45]:
Manatla pul bazasının artım tempi 14%-ə yüksəlib
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin