“Dağlar” MTK-da aldadılanlar dövlətdən kömək istəyir - müraciət

17/01/2019 [18:41] - İqtisadiyyat (219)



Bakıda mütəşəkkil cinayətkar dəstənin qurbanı olan olan vətəndaşlar etiraz aksiyalarına başlamaq fikrindədir. Belə ki, tikinti mafiyasının qurbanlarının aidiyyati dövət qurumlarına etdiyi şikayət və müraciətlər nəticəsiz qaldığından, vətəndaşlar əlacsız şəkildə piket keçirəcəyini bildirir.

AzToday.az xəbər verir ki, paytaxtın Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-dan çox vətəndaş aldadılıb. Tikintini aparan “Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olsalar da hüquq-mühafizə orqanları yalnız Şahin Əliyev adlı bir nəfəri məsuliyyətə cəlb ediblər. Şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulduğu halda, ona da süni maneələr yaradılıb.

Zərərçəkənlər növbəti dəfə dövlət qurumlarına müraciət ünvanlayaraq kömək istəyiblər. AzToday.az həmin müraciəti təqdim edir:

“Artıq beşinci ildir ki, biz “Dağlar MTK” tərəfindən aldadılaraq evsiz qalmışıq və beləliklə maddi və mənəvi iztirablara duçar olmuşuq. Məhkəmə instansiyalarının ədalətsiz və qərəzli yanaşması ucbatından 20-yə yaxın ailənin mülkiyyət hüquqları pozulmuşdur, nəticədə çıxılmaz duruma salınmışıq.

Cinayət işinin araşdırılması ibtidai istintaqı aparan Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəsitləşdirildi, ayrı-ayrı epizodlar üzrə baş vermiş cinayət faktları ört-basdır edilərək iri miqyaslı cinayətkarlıq faktı bir nəfər (MTK sədri Şahin Əliyev)  üzərində fokuslayaraq onun həbsi ilə yekunlaşdırmışlar. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilk mərhələdə MTK-ya məxsus 900 kvadrat metr qeyri-yaşayış sahəsi üzərində həbs qoymaqla biz zərərçəkənləri arxayınlaşdırdı. Sonrakı məhkəmə instansiyalarında həbsi “ləğv etmək – bərpa etmək” oyunu qurmaqla bizim taleyimizi qumar obyektinə çevirmişlər. Bu məhkəmə oyunu Ali Məhkəmənin sədrinin təqdimatı əsasında qeyri-yaşayış obyektinə qoyulmuş həbs qərarı ləğv edilmiş və beləliklə cinayətkar dəstəyə edilən himayədarlıq məntiqi yekununa çatdırılmışdır. Nəticədə 20-yə yaxın ailə evsiz qaçqın durumuna salınmışdır.

Yekun ümid yeri kimi Konstitusiya Məhkəməsinə müraciət etməklə bizim pozulmuş konstitusion hüquqlarımızın bərpa olunacağına əminliyimizi bildirmək istəyirik. Ərizəmizə qoyduğumuz Konstitusiya şikayəti ilə yaxından tanış olmağınızı və üzləşdiyimiz problemin həll edilməsində köməklik göstərməyinizi sizdən xahiş edirik”.
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
11/12/2019 [23:59]:
Lənkəranda tank əleyhinə mina tapılıb
11/12/2019 [22:38]:
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
11/12/2019 [21:42]:
Azərbaycanda Rusiya ilə birgə turizm alyansı yaradılıb
11/12/2019 [20:54]:
Əfqanıstanda “Taliban” 40 qəbilə ağsaqqalını oğurladı
11/12/2019 [19:39]:
Portuqaliya Futbol Federasiyasında 10 028 qadın futbolçu qeydə alınıb
11/12/2019 [18:49]:
Yer kürəsinin 10 kristallik-aynalı məkanı
11/12/2019 [17:28]:
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
11/12/2019 [17:24]:
“Yunanıstanın əli-qolu bağlandı, onları dəli edən də budur” – Ərdoğan
11/12/2019 [16:55]:
MSK sədri: "Parlament seçkilərində iştirak üçün 50-ə yaxın namizəd müraciət edib"
11/12/2019 [16:34]:
Azərbaycanlı məşqçi "Sevilya"ya gedir
11/12/2019 [16:33]:
Prezident Neftçalaya 5 milyon manat ayırıb
11/12/2019 [16:18]:
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
11/12/2019 [15:48]:
Prezident Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib
11/12/2019 [15:43]:
Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq
11/12/2019 [15:23]:
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
11/12/2019 [14:55]:
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
11/12/2019 [14:21]:
ABŞ prezidenti Donald Trampa rüşvətxorluq maddəsini yükləmək istəyirlər
11/12/2019 [13:44]:
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
11/12/2019 [13:15]:
ABŞ Slovakiyanın 7 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
11/12/2019 [12:50]:
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
11/12/2019 [12:22]:
Gənclərə sahibkarlıq təlimləri keçirilib
11/12/2019 [12:22]:
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
11/12/2019 [11:49]:
Azərbaycan kuboku - 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi
11/12/2019 [11:20]:
NATO ilə Rusiya komandanları gələn il görüşə bilər
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
Elmar Məmmədyarov Latviyaya gedəcək
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin