Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək

17/01/2019 [14:33] - Siyasət (322)



Azərbaycan Prezidenti İlham Əliyev“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

“Report” xəbər verir ki, burada Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsaslarının və bu məsələyə baxılması qaydasının dəqiqləşdirilməsidir.

Nizamnaməyə 23-1-ci (Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və bu məsələyə baxılması qaydası) maddəsi əlavə edilib.

Maddəyə əsasən, Milli Məclisin sədri əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirən Milli Məclisin deputatı barəsində olan tibbi-sosial ekspert komissiyasının rəyini və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatı barəsində olan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. Müzakirə səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə keçirilir. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarət idi. Dəyişikliklə isə auditorların sayı 7-dən 5-ə endirilib.

Bundan sonra Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Əvvəllər isə  iş təcrübəsi müddəti nəzərdə tutulmurdu.

Parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Dəyişikliklə üzvlərin sayı 7-dən 11-ə çatdırılıb.
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin