AzTV-nin Kiyevdə Kliçko hoqqası və park adına imitasiya - təfsilat

16/01/2019 [12:06] - Gündəm (391)



Ukraynadan hazırladığımız reportajlar oxucuların böyük marağına səbəb oldu. Kifayət qədər böyük ölçülü və 3 hissədən ibarət yazının bir neçə saytda üst-üstə 100 minə yaxın oxunma sayı verməsi də göstərir ki, səfirlik-diaspor münasibətlərində yaranmış problemlər xüsusunda Ukraynaya diqqət kifayət qədər böyükdür. Buna misal kimi, reportajlardan sonra aldığımız çoxsaylı məktub-müraciətləri də göstərmək olar. Yazılanlardan məmnun qaldıqlarını deyib, təşəkkür bildirənlər də oldu, “Problemlərin hamısına toxunmamısız” deyərək gileylənənlər də.


15 dərəcə şaxtada sənəd gözləyənlər

Ukraynadakı soydaşlarımız əsasən konsulluq işləri ilə bağlı səfirliyə müraciət edərkən çətinliklərlə üzləşdiklərini deyirlər. “Bizi 15 dərəcə şaxtada da bayırda saxlayırlar. Süründürməçilik edilir. Bəzən adi bir məsələyə görə bir neçə dəfə getməli oluruq. Ukraynada heç bir ölkənin səfirliyi öz vətəndaşlarını şaxtalı havada bayırda saxlamır. Hamısında gözləmək üçün xüsusi otaqlar var. Amma bizim səfirliyimizin əməkdaşları müraciət edən şəxslərin başqa şəhərlərdən gəldiklərini, yorulduqlarını nəzərə almır, hamını bir nəfər kimi küçədə gözləməsini tələb edirlər. Buna bir əncam çəkilməlidir. Gəlin baxın, özünüz görəcəksiniz ki, bu soyuqda azərbaycanlılar səfirliyin qarşısında hansı acnacaqlı vəziyyətdə gözləyirlər”. Bu kimi giley dolu məktubların çoxluq təşkil etməsi onu deməyə əsas verir ki, qeyd olunan problem doğurdan da ciddidir. Üstəlik, onu da yazanlar var ki, səfirlikdəki baş konsulun otağı bir müddətdir ki, AzTV-nin Ukynadakı müxbirinə verilib.



AzTV müxbirinin texniki fəndi

Ukraynadakı azərbaycanlıların səfirlikdə qəbulu məsləsini hələlik saxlayaq başqa vaxta. Ümid edər ki, səfirlik təkcə AzTV müxbirinin deyil, həm də küçədə 15 dərəcə şaxtada saatlarla sənəd gözləyən soydaşlarımızın da qayğısına qalacaq.



Reportajımızın sonuncu hissəsində Kiyevdəki “Ukrayna-Azərbaycan” Dostluq Parkından qısaca bəhs edərək, bu barədə ayrıca yazı hazırlayacağımızı anons etmişdik. Bu yazıda da elə məhz həmin parkdan söz açacağıq.

“Ukrayna-Azərbaycan” dostluq parkını ilk dəfə AzTV-də görmüşdük. Ukrayna müxbirinin hazırladığı reportajı isləyərkən, belə təsəvvür yarandı ki, Kiyevin mərkəzində bizimkilər əzəmətli bir park salıb, genişmiqyaslı işlər görülüb. Hər halda görüntülər belə düşünməyə əsasə verirdi. Amma sən demə gördüklərimiz heç də REALLIĞIN ÖZÜ deyilmiş. Kiyevdə - həmin o ərazidə olarkən bizə aydın oldu ki, AzTV-də gördüklərimiz sadəcə olaraq Ukrayna müxbirinin istifadə etdiyi texniki fəndlər olub...



Bakını tanımayanlar üçün divar şəkilləri...

AzTV müxbirinin adına park dediyi ərazidə biz balaca bir bildiriş lövhəsinə də rast gələ bilmədik. Kiçik bir ərazidə 6 ədəd oturacaq quraşdırılıb, yerə daş düzülüb, barmaqla sayılacaq qədər ağac, bir neçə ədəd də bəzək kolu əkilib. Hə, 5 ədəd də işıq dirəyi quraşdırılıb. Bir sözlə, həyətyanı bağ təsəvvürü yaradan ərazidə Azərbaycan-Ukrayna dostluğunu əks etdirən heç bir element yoxdur. Heç yerdə yazılmayıb ki, bura nədir, bura haradır? AzTV-nin kadrlarında yerdə kiçik ölçülü lövhə gözə dəyirdi. Qar yağdığından o da görünməz olub. Kadrlardakı bəzəkli daşlardan hazılanmış və hansı ağıllasa yerdən döşənmiş Azərbaycan və Ukrayna bayraqlarından da əsər-əlamət qalmamışdı. 10 metr məsafəni əhatə edən hissədəki Bakının şəkilləri də Kiyev sakinlərinə buranın məhz azərbaycanlılar tərəfindən ərsəyə gətirildiyinə işarə edə bilmir. Çünki şəkillərin üzərində nə ölkəmizin, nə də paytaxtımızın adına rast gəlinir. Bakını tanımayanlar haradan bilsin ki, bura haradır? Amma bir tərəfdən də yaxşı ki, Azərbaycanla bağlı hansısa bildiriş, loqo və bayrağımız gözə dəymir. Çünki belə bir köntöy işin – park adına imitasiyanın Azərbaycana aidiyyatı olmamalıdır!



“Xala xətri” görülən iş

Ümumiyyətlə, görünən o idi ki, ərazidə “xala xətri” iş aparılıb və məqsəd sadəcə Bakıdakılar üçün iş görüntüsü yaratmaq olub. Belə park olmur. Bu, Azərbaycanın adına layiq iş deyil! Bir işdə səfirliyin adı varsa, deməli, bu, dövlət deməkdir və görülən iş Azərbaycanın bügünkü çəkisinə uyğun olmalıdır. Yuxarıları aldatmaq dövrü arxada qalıb və belə iş metodlarına üstünlük verənlərə yeni mərhələdə yer olmamalıdır. 



Təsəvvür edin, AzTV-nin müxbiri “park”ın açılışında iştirak etməyən Kiyev meri Vitali Kliçkonu tədbirdə iştirak etmiş kimi təqdim etməkdən belə çəkinmir. Kliçko hansısa səbəblərdən açılış mərasimində iştirak etməyib. Amma AzTV-nin Ukraynadakı sirli kamerası elə bir “möcüzə” yaradır ki, tədbir barədə reportajda iştirakçı kimi Kliçkonun da açıqlaması yer alır. İki gün əvvəl çəkilib, üç gün sonra çəkilib, bilinmir. Bircə o məlumdur ki, Kliçko parkın açılışında iştirak etməyib, AzTV-nin kamerası qarşısına da həmin ərazidə çıxmayıb. Hər nə səbəb olursa olsun, orada olmayan adamı orada olmuş kimi təqdim etmək, Xalqı, Dövləti, Prezidenti aldatmağa cəhd etməkdən başqa bir şey deyil! Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev AzTV kamarasının bu texniki hoqqasını görməyibmi? Niyə razı olub ki, tədbirdə iştirak etməyən Kliçko açılış mərasimi barədə reportajda yer alsın? Axı müxbir materialları az qala onun gözünün qarşısında hazırlayır – baş konsulun otağında. Kliçkonun açıqlamasını ayrıca vermək olmazdımı? Mütləq gərək belə bir aldadıcı manevrə əl atılaydı?..(AzTV-nin hazırladığı süjet də diqqətinizə təqdim olunur)

Başa düşmək çətindir! Amma bəlkə də təbii qarşılamalıyıyq - 6 oturacağın qoyulduğu əraziyə park adı verilməsinin yanında bu nədir ki...

(missiya.az)






BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
14/12/2019 [19:36]:
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [18:35]:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
14/12/2019 [18:23]:
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
14/12/2019 [17:50]:
Bakıda bazar yanır
14/12/2019 [17:49]:
Səfir: “Biz burada Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq”
14/12/2019 [17:30]:
Finlandiya səfiri: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi üçün səy göstərir”
14/12/2019 [17:23]:
Rayonlarda 760 fərdi evə təbii qaz verilib
14/12/2019 [16:31]:
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
14/12/2019 [15:42]:
ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə salıb
14/12/2019 [15:18]:
KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib
14/12/2019 [14:44]:
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
14/12/2019 [14:16]:
“Baladadaşın toy hamamı” nümayiş olunub
14/12/2019 [13:54]:
Axtarışda olan 35 nəfər saxlanılıb
14/12/2019 [13:23]:
Neftin qiyməti bahalaşır
14/12/2019 [12:42]:
Mərkəzi Bank 100 milyon manat cəlb edir
14/12/2019 [12:12]:
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
14/12/2019 [11:48]:
Qızılca epidemiyasından 93 nəfər ölüb
14/12/2019 [11:19]:
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
14/12/2019 [10:45]:
Manatla pul bazasının artım tempi 14%-ə yüksəlib
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin