Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır

15/01/2019 [12:02] - Gündəm (643)



Yanvarın 16-da Beytulla Hüseynov azadlığa çıxacaq. Bu haqda  verilən məlumatlarda deyilir ki, Beytulla Hüseynovun azadlığa çıxması üçün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov əlindən gələni edir. 

Beytulla Hüseynov Eldar Mahmudovun yaxın qohumudur. Onun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyinatı da məhz Eldar Mahmudovun sabiq rabitə naziri Əli Abbasova təzyiqləri nəticəsində baş tutub. Əli Abbasov “MTN işi” üzrə istintaqda ifadə verərkən bir daha təsdiqlənmişdi ki, Beytulla Hüseynovu Eldar Mahmudovun təkidi ilə baş direktor vəzifəsinə təyin edib.

Əli Abbasovun Mahmudovun generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının işi üzrə ibtidai istintaqda dediklərindən sitat: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.

Beytulla Hüseynovun təyinatı Eldar Mahmudova hər kəsi, ölkənin rəhbər şəxlərini belə dinləməyə imkan verib. Hazırda Eldar Mahmudovun Beytulla Hüseynovu azad etdirmək üçün göstərdiyi çabalar da əbəs deyil. Uzun illər onun “qulağı” olmuş, gizli və qanunsuz dinləmədən əldə olunan məlumatları sonradan şantaj alətinə çevirib böyük pullar qazanıblar. Odur ki, Eldar Mahmudov hər hansı yolla olursa olsun, Beytulla Hüseynovu azad etdirməyə çalışır. BTRİB-in eks rəhbəri Beytulla Hüseynov cinayət işi Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Əli Seyfəliyevin icraatındadır.
Qeyd olunan cinayət işi üzrə məhkəmə baxışı 1 ildən artıq müddətdir ki uzadılır, məqsəd isə Beytulla Hüseynovun azadlığa buraxılmasıdır. Həmin iş üzrə bundan əvvəlki məhkəmə iclası 28 noyabr 2018-ci il tarixə təyin edilmişdi. Həmin zaman mətbuatda “Eldar Mahmudovun “qulağı” azadlığa çıxmaq istəyir” başlığı ilə xəbər yayılmış və həmin xəbərdə hakim Əli Seyfəliyevin Eldar Mahmudovun dövründə onun sifarişi ilə işlərə baxması və qeyri-obyektiv olaraq qərarlar qəbul etməsi, məhz buna görə tez bir zamanda Eldar Mahmudovun dəstəyi ilə Ali Məhkəmənin hakimi vəzifəsinə qədər yüksəlməsi qeyd olunurdu.

Həqiqətən də, MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudova yaxın olmuş hakimlər verirdi, onlardan biri də, həmin dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olan Əli Seyfəliyev idi. Belə ki, Hacı Məmmədov və bandasına qarşı keçirilən əməliyyatdan sonra həmin bandaya aidiyyəti olmayan şəxslər də tutulmuşdu, belə günahsız şəxslərə hökm oxuyan və Eldar Mahmudovun mənafeyini güdən hakimlərdən biri də Əli Seyfəliyev olub. Hazırda belə iddialar var ki, o zaman mətbuatda barəsində yayılan xəbərlərə görə Əli Seyfəliyev məhkəmə iclasında, külli miqdarda dövlət əmlakını talamış, dövlətə xəyanət etmiş biri olan Beytulla Hüseynovu azadlığa buraxa bilməyib. Buna görə də çıxış yolu kimi məhkəmə baxışının təxirə salınması qərarı verilib və növbəti məhkəmə iclasını yanvar ayına təxirə salınıb.

Burada da məqsəd aranın sakitləşməsini gözləmək idi. 16 yanvar 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında hakim Əli Seyfəliyevin Eldar Mahmudovun mənafeyinə uyğun qərar qəbul edəcəyi ehtimalının böyük olduğu vurğulanır. Dövlətə xəyanət etmiş və külli miqdarda dövlət əmlakını mənimsəmiş birini azadlığa buraxmaq nə dərəcədə ədalətlidir? Beytulla Hüseynova ən ədalətli cəzanı birinci instansiya məhkəməsi vermişdi, həmin məhkəmənin hökmündə Beytulla Hüseynovun dövlətə 21 milyon manatdan çox ziyan vurduğu əksini tapmışdı. Apelyasiya instansiyası məhkəməsi 2017-ci ilin axırlarında qəbul etdiyi qərarla mümkün olan qədər cəzanı yüngülləşdirmiş və Beytulla Hüseynovun azadlıqdan məhrum etmə müddətini 7 il 6 aya kimi endirmişdi. İndi isə Ali Məhkəmənin hakimi Əli Seyfəliyev əlavə heç bir yüngülləşdirici əsas olmadan, 7 il 6 ay cəza müddətinin 1 il 2 ayını çəkmiş Beytulla Hüseynovu azadlığa buraxmağa hazırlaşır. 

İstiqlal.az

“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
Aprelin 25-ə hava proqnozu
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
Memarlar etiraz edirlər: Bakıda bu binanı sökmək olmaz!
Xəbər lenti
24/04/2019 [23:38]:
“Azərbaycan Diaspor Könüllüləri” proqramı təqdim olundu
24/04/2019 [23:29]:
“Space” telekanalı efirdə ədəbsiz ifadələrə görə cərimələndi
24/04/2019 [22:41]:
FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
24/04/2019 [21:34]:
Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur
24/04/2019 [20:44]:
“Nikah müqaviləsi”nin mahiyyəti və verdiyi təminatlar - fotolar
24/04/2019 [20:18]:
Aprelin 25-ə hava proqnozu
24/04/2019 [19:07]:
Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq
24/04/2019 [18:46]:
AMEA-da kadr təyinatları olub
24/04/2019 [17:52]:
ABŞ-ın Yerevandakı səfiri “soyqırım” tədbirində erməniləri məyus etdi
24/04/2019 [16:41]:
Memarlar etiraz edirlər: Bakıda bu binanı sökmək olmaz!
24/04/2019 [15:35]:
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb
24/04/2019 [14:29]:
Azərbaycanda DNT analizinin aparılması qaydası müəyyənləşib
24/04/2019 [13:18]:
İlham Əliyev Çində işgüzar səfərdədir
24/04/2019 [11:47]:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
24/04/2019 [10:14]:
Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi
24/04/2019 [08:34]:
TAİB-in İstanbulda tanışma proqramı düzənlədi
24/04/2019 [08:27]:
"Prezidentliyə namizədliyimlə bağlı çağırışlar təxribat xarakterlidir" – Mübariz Mənsimov
24/04/2019 [00:01]:
Aprelin 24-ə hava proqnozu
23/04/2019 [23:37]:
Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub
23/04/2019 [21:39]:
Ən zəngin xəzinə kitabdır - Fotolar
23/04/2019 [21:29]:
Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub
23/04/2019 [20:22]:
Azərbaycan XİN BMT-yə etirazını bildirib
23/04/2019 [20:09]:
Qubada yeniyetmə qız özünü körpüdən atıb
23/04/2019 [19:17]:
Kraliça II Elizabet Trampı Britaniyaya dəvət edib
23/04/2019 [17:48]:
Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Fuad Qəhrəmanlının qızına hücum edənə 15 sutka həbs cəzası verilib - yenilənib
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı
Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən açıqlama
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı - yenilənib
Avroliqada yarımfinalçılar müəyyənləşdi
Bədənində 152 tikiş olan Aprel qazisi: 12 kvadratmetrlik otaqda qalırıq
Meriya 100 min insanın rahatlığını "Formula-1"ə qurban verdi - şərh
ABŞ səfiri Qarabağ müzakirələri və Azərbaycandakı islahatlar haqda
Aprelin 20-ə hava proqnozu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin