Siyasi məhbuslar aclıq aksiyasına başlayır

14/01/2019 [09:56] - Gündəm (626)



İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı birgə müraciət yayıblar

Hazırda həbsdə olan, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

Məhbusların ictimaiyyətə ünvanladığı birgə müraciətdə deyilir ki, bloger Mehman Hüseynovun başına gətirilənlərdən sonra repressiyalara qarşı birgə müqavimət göstərməyi düşünüblər:

Biz bunun artıq birlikdə müqavimət göstərilməsi gərəkən çox ciddi tendensiya olduğunu düşünürük. Əslində, biz bu müraciəti və atacağımız addımları xeyli əvvəldən planlaşdırsaq da, ilk günlərdə aldığımız bir-birini istisna edən ziddiyyətli informasiyalar, eləcə də atacağımız addımları digər həbsxanalardakı məhbuslarla koordinasiyalı şəkildə təşkil etmək, mümkün qədər çox sayda siyasi məhbusun bu aksiyaya qoşulmasını təmin etmək üçün etdiyimiz cəhdlər bizi bir az ləngitdi. Bu müraciətin yazıldığı ana qədər bunun gec olub-olmaması ilə bağlı saatlar çəkən mübahisələrdən sonra yekdiliklə bu qərara gəldik ki, bu, bizə əngəl olmamalıdır. Biz başlayırıq və digər siyasi məhbusların da qoşulacağına əminik”.

Müraciətdə digər məhbuslara istinadən deyilir ki, Mehman Hüseynovun başına gətirilənlərlə bağlı bu gün birlik göstərilməsə, sabah eyni aqibət hamını gözləyəcək. 

“Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından narkotik, tank və s. tapacaqlar və ya kimisə “döyəcəyik”.

Əgər siz indiki məqamda susqunluğun müdrik, ehtiyatlı addım olduğunu düşünürsünüzsə, Qərbdən gələn reaksiyaların nəticələrini gözləyirsinizsə, onda arxayın fırladın. Biz bu filmə dəfələrlə baxmışıq və bu növbətçi reaksiyaların nə ilə nəticələnəcəyini, necə sonlanacağını yaxşı bilirik. Tüstü-duman dağılandan sonra Qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq, sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro, dollarlarından çamodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar”, - müraciətdə vurğulanır.

Daha sonra yazılıb ki, Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb:

“Gurultulu insan haqları şüarları ilə başlayan Qərbin bütün kampaniyaları həmişə rüsvayçı, bizi qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib.

Biz ölkəmizin zülmətə qərq olmasına etiraz edirik!

Biz repressiyalara etiraz edirik və susmayacağıq!

Biz ölkəmizə sahib çıxırıq və onun işıqlı insanlarına həbsxanalarda qanqster kimi davranmasına müqavimət göstərəcəyik!

Mehman və digər hər kəs üçün bugündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq”.

Siyasi məhbus kimi tanınan Qiyas İbrahimovun da aksiyaya qoşulacağı bildirilir. Bu barədə məhbusun anası Şura Əmiraslanova öz “Facebook” səhifəsində məlumat paylaşıb.

Yanvarın 13-də 2 saylı Cəzaçəkmə Müəssisəsində oğlu ilə görüşdüyünü yazan Şura Əmiraslanovanın sözlərinə görə, Qiyas İbrahimov Mehman Hüseynovun vəziyyətindən narahatdır və bu zülm və haqsızlığa baş əyməmək ucun etiraz forması olan aclıq aksiyasının çıxış yolu olduğunu düşünür.


NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb. Onunla birlikdə həbs olunanlar sonradan əfv ərizəsi yazaraq azad olunsalar da, İlkin Rüstəmzadə hələ də həbsdədir.

"Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunaraq martın 6-da 7 il azadlıqdan məhrum edilib.

"Azadlıq" qəzetinin bölgə müxbiri kimi çalışmış Elçin İsmayıllı 2017-ci ilin 18 sentyabrında 9 il azadlıqdan məhrum edilib.

Elçin İsmayıllı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin heykəlinə yazılan şüardan sonra həbs ediliblər. Onlara qarşı narkotik vasitə saxlama maddəsi ilə ittiham elan edilib. Hər ikisi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs olunanlar özlərini təqsirli saymır, siyasi fəaliyyətlərinə görə şərləndiklərini deyirlər.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
28/09/2020 [21:24]:
Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib
28/09/2020 [21:07]:
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
28/09/2020 [21:00]:
Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib
28/09/2020 [20:49]:
Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması
28/09/2020 [20:47]:
Ombudsman ermənilərin atəşə tutduğu bölgədə
28/09/2020 [20:40]:
Şanlı Ordumuzun uğurları
28/09/2020 [20:00]:
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
28/09/2020 [19:16]:
Azərbaycan və Ukrayna XİN rəhbərlərinin telefon danışığı oldu
28/09/2020 [18:48]:
Ukraynanın ən böyük aviaşirkəti Yerevana uçuşları dayandırdı
28/09/2020 [18:38]:
Düşmənin növbəti provakasiya siyasəti
28/09/2020 [18:19]:
Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
28/09/2020 [17:46]:
BİZ ZƏFƏR ÇALACAĞIQ.QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR !
28/09/2020 [17:35]:
Qarabağ Azərbaycandır!
28/09/2020 [17:22]:
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
28/09/2020 [17:10]:
Karantin rejimi noyabrın 2-dək uzadıldı
28/09/2020 [17:00]:
Ordumuzun yüksək döyüş əzmi bu gün öz sözünü deyir
28/09/2020 [16:46]:
BİZİM İŞİMİZ HAQQ İŞİDİR. BiZ ZƏFƏR ÇALACAĞIQ!
28/09/2020 [16:35]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [16:34]:
Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı
28/09/2020 [16:15]:
Azərbaycan haqq yolundadır
28/09/2020 [16:00]:
Şanlı Ordumuzun yanındayıq!
28/09/2020 [15:44]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [15:34]:
QARABAĞ AZƏRBAYCANIN BÖLÜNMƏZ PARÇASIDIR!
28/09/2020 [15:15]:
Azərbaycan xalqının orduya inamı böyükdür
28/09/2020 [15:14]:
ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti bloklayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
Ərtoğrula vəzifə verildi
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi
“Oyaq gözəl” yenidən səhnədə
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Dünyada bankların səhmləri ucuzlaşıb
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
Modi: "Hindistan bütün digər ölkələrlə birgə işləməyə ümid edir"
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin