Qüdrət Həsənquliyev: 5-ci kolon yenə aktivləşdirilib

13/01/2019 [02:32] - Siyasət (198)



“Şükürlər olsun ki, Azərbaycanın böyük dövlətlərin güclərini sınadığı poliqona çevrilməsinə imkan verməməşik. Burada xarici güclərə işləyən “5-ci kolon” həmişə olub. Onları zaman-zaman aktivləşdirməklə Azərbaycan dövlətinə təzyiq edirlər. Yenə də aktivləşdiriliblər”.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “teleqraf.com” saytına müsahibəsində deyib.

Partiya sədri Azərbaycanda “5-ci kolon”un fəallaşması haqda suala cavabında bu barədə danışıb. 

Qüdrət Həsənquliyev deyib ki, ölkəmiz strateji əhəmiyyətli bir coğrafiyada yerləşdiyi üçün böyük dövlətlərin burada maraqları həmişə toqquşub: “Son vaxtlar Azərbaycanın daha da güclənməsinə yol açan iqtisadi islahatlar və Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi ilə Qarabağın işğaldan azad olunması üçün imkanların yaranması ermənipərəst qüvvələri təşvişə salıb. Onlar rəsmi Bakını qorxudub bütün təşəbbüslərə son qoyulmasını istəyirlər. Daxildə də heç kimə sirr deyil ki, xarici dövlətlərin ümid verdiyi, yaranacaq siyasi böhrandan istifadə edib hakimiyyətdə yerini möhkəmlətmək, yaxud hakimiyyətə gəlmək istəyən qüvvələr var. Avropadan söyüş söyənlərin bir qrupu onlar tərəfindən yönləndirilir”.

Millət vəkili fikrini belə əsaslandırıb: “Kimlər hədəf seçilir – Prezident və onun ailəsi, Prezidenti ölkədə sabitliyin təminatçısı kimi görüb onu qorumaqla Azərbaycanı qoruduqlarını düşünən insanlar. Elçibəy iqtidarında da belə iddialılar var idi. Elçibəy devriləndən sonra aqibətlərinin necə olduğunu hamımız gördük. Əslində dövlət orqanları da, ictimaiyyət də bir az diqqətli olsa, belələrinin kimliyini dərhal müəyyən edə bilər. Bəzən elə hadisələr baş verir ki, düşünürsən, yəqin söyüşçülər dəstəsi bu fürsəti buraxmaz, amma sonra tam bir sükut müşahidə edirsən. Sanki heç nə baş verməyib. Fikir versəniz görərsiniz ki, nə həmin yüksək vəzifəli səxslər, nə onların yüksək vəzifələrə təyin etdiyi qohumları və övladları Prezidentin təhqir olunmasına heç bir reaksiya vermirlər. Sanki onların işi ancaq sərvət toplamaqdır. Prezidenti müdafiə etmək isə yalnız Əli Həsənova, bir neçə deputata və jurnalistlərə aid məsələdir.

Amma kimsə onları təhqir etməyib, bir balaca fəaliyyətlərinə və ya fəaliyyətsizliklərinə işıq salsa, qulbeçələri həmin adamı dövləti cinayətlərdə ittiham edər, imkanları olsa, quldarlıq dövründə olduğu kimi çarmıxa çəkib yol kənarındakı elektrik dirəklərindən asarlar. Təsadüfi deyil ki, YAP-ın aparıcı şəxslərindən olan Siyavuş Novruzov Milli Məclisin son iclaslarından birində çıxış edərək dedi ki, “biz o səviyyəyə düşmək istəmirik, deyib, yaxanızı kənara çəkdiyiniz bəsdir, mövqeyinizi bildirin”. Amma nə dəyişdi? Heç nə”.
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Bu gün İlaxır çərşənbədir
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
İlham Əliyevdən Novruz təbriki
Xəbər lenti
19/03/2019 [09:58]:
Azərbaycan nefti ucuzlaşdı
19/03/2019 [00:22]:
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
19/03/2019 [00:11]:
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
19/03/2019 [00:00]:
Bu gün İlaxır çərşənbədir
18/03/2019 [23:34]:
Bayram günlərində "ASAN xidmət" necə işləyəcək?
18/03/2019 [23:29]:
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
18/03/2019 [22:19]:
OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər
18/03/2019 [21:28]:
Azərbaycan ət idxalını 56% artırıb
18/03/2019 [20:31]:
Martın 21-dən havanın temperaturu yüksələcək
18/03/2019 [20:08]:
İlham Əliyevdən Novruz təbriki
18/03/2019 [19:27]:
Saakaşvili gürcü partiyasının lideri postundan gedir
18/03/2019 [18:42]:
Azərbaycanda 4000 nəfərə “pul atan” mütəşəkkil dəstə ələ keçdi
18/03/2019 [17:21]:
Sabiq prokuror Abbasov da azadlığa buraxıldı
18/03/2019 [16:37]:
İlham Əliyev sərəncam imzaladı
18/03/2019 [15:51]:
“Aparıcının efirdə böyük-böyük danışması yolverilməzdir” – MTRŞ
18/03/2019 [14:21]:
“Azərsun Holdinq”dən qiymət açıqlaması
18/03/2019 [13:16]:
Avropa İttifaqı İlham Əliyevin əfv sərəncamını alqışlayır
18/03/2019 [12:42]:
Azərbaycan millisi itki ilə üzləşib
18/03/2019 [11:29]:
Avropada radikal sağçılar silahlanırlar
18/03/2019 [09:58]:
Əfv sərəncamının icrası başa çatdı
17/03/2019 [23:29]:
Bakıda avtobus qəzası böyük tıxac yaratdı
17/03/2019 [21:31]:
Martın 18-ə hava proqnozu
17/03/2019 [19:22]:
Telegram öz işini bərpa edib
17/03/2019 [17:48]:
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
17/03/2019 [16:16]:
“Sarı jiletlilər” Fransanı məhv etmək istəyir” – Makron
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Yeni Zellandiyada dəhşətli terror - Video
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Hansı məmurlara xidməti maşın veriləcək? - Samir Şərifovdan açıqlama
Erməni lobbisinin təqibi ilə üzləşən Mətin Yaşaroğlu danışdı: Ermənilərin təsir imkanları yetərincədir...
Azərbaycanlı deputat mandatından imtina etdi -Səbəb
Şəkər xəstəsi spirtli içki içərsə... - Xəbərdarlıq
Problemli kreditlərlə bağlı kimlərə güzəşt olunacaq? - Palatadan bütün suallara cavab
Bu gün Ərəb Əmirliyində “Uşaq Günü”dür
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin