Bakıda 2 gömrük rəisi həbs edildi - rəsmi

13/01/2019 [00:03] - Gündəm (587)



Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub. Bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi gömrük işinin səmərəli təşkili sahəsində reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin icrası uğurla davam etdirilir. Ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində müstəsna rola malik gömrük sisteminin cinayətkarlıq və digər hüquqpozmalarla mübarizə sahəsində də mühüm nailiyyətlər əldə olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gömrük sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, müxtəlif şəxslərin adlarına “Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1(qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.

Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni “Camex” və “Mover” məhdud məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda “Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manatolmaqla cəmi 18 min manat, habelə “Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manatolmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edildiyindən İ.Abdullayev və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
Xəbər lenti
25/06/2019 [16:52]:
5-ci Beynəlxalq Yoqa Günü münasibəti ilə Şamaxıda tədbir
25/06/2019 [16:41]:
Prezident Ramil Usubovu qəbul edib
25/06/2019 [16:24]:
Robert Köçəryan yenidən həbs olundu
25/06/2019 [15:38]:
İnquşetiyanın rəhbəri istefaya gedir
25/06/2019 [14:23]:
"Qarabağ"ın ikinci oyununun saatı açıqlandı
25/06/2019 [13:07]:
İran Azərbaycanı dollardan imtina etmək üçün dilə tutur
25/06/2019 [11:42]:
Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?
25/06/2019 [10:26]:
Rusiyanın “Lenta.ru” saytı Azərbaycan xalqından üzr istəyib
24/06/2019 [23:28]:
80 dövlət əmlakı hərraca çıxarılacaq
24/06/2019 [23:26]:
Azercell-dən #Hədiyyə
24/06/2019 [22:49]:
Türkiyədə daha 32 hərbçi saxlanıldı
24/06/2019 [22:01]:
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib
24/06/2019 [21:47]:
II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq
24/06/2019 [20:26]:
Almaniyada iki qırıcı təyyarə toqquşub
24/06/2019 [19:33]:
Londonda Zamirə Hacıyevanın məhkəmə prosesi keçirilir
24/06/2019 [18:58]:
Sami Yusuf Bakıya gəlib
24/06/2019 [18:41]:
Azay Quliyev: "QHT-lər bizi şantaj etməkdənsə, layihə yazmağı öyrənsin”
24/06/2019 [18:09]:
İlham Əliyev 6 nəfərə genreal rütbəsi verdi - sərəncam
24/06/2019 [17:03]:
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək
24/06/2019 [16:29]:
BMT ilə əmək nazirliyin birgə layihəsi
24/06/2019 [16:12]:
Polisi güvənc yerinə çevirməliyik… - Daxili İşlər naziri
24/06/2019 [15:21]:
Neft bahalaşır
24/06/2019 [14:17]:
“Ovod” filmindən tanınan aktyor vəfat edib
24/06/2019 [13:18]:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb
24/06/2019 [12:16]:
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyevdən yeni təyinat
Minimum aylıq əməkhaqqı kəskin artırıldı - yenilənib
İlham Əliyev nazirlərin yerini dəyişdi - yenilənib
Prezident sınaqdan çıxmış kadrlara yeni vəzifələr verdi – Qüdrət Həsənquliyev
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdiriləcək - səfir
Pensiyalar da artırılır
Minimum əmək haqqının artımından 950 min insan faydalanacaq - təhlil
Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq
Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilə bilər – Deputatdan sensasiyalı açıqlama
General rəisi işdən çıxardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin