İlham Əliyev nazirləri topladı - yenilənib

11/01/2019 [15:27] - Siyasət (327)



Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğuladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlətimizin başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirdi ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə etdilər.

Yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğuladı. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğuladı.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd etdi, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxundu, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirdi.

Sonda Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi İli” elan etdiyini bildirdi. (AzərTAc)


***

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söylədi.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
Bakıda sərnişin avtobusu yandı
FED faiz dərəcəsini dəyişmədi
Xəbər lenti
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
22/03/2019 [13:59]:
Vahid Ələkbərov milyarderlərin "top-10"luğunda 7-ci oldu
22/03/2019 [12:37]:
Türkiyə hərbçiləri Azərbaycanın S-300 sistemlərini niyə araşdıracaq?
22/03/2019 [10:10]:
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
22/03/2019 [01:38]:
Millimiz Xorvatiyaya uduzdu
21/03/2019 [22:34]:
Britaniyada dörd məscidə hücum oldu
21/03/2019 [20:23]:
Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21/03/2019 [18:46]:
Hindlilərin rəngarəng Holi bayramı
21/03/2019 [18:19]:
Azərbaycan nefti bahalaşıb
21/03/2019 [16:27]:
Serj Sarkisyan: "Vaxtı gələndə danışacağam"
21/03/2019 [14:58]:
Bakıda sərnişin avtobusu yandı
21/03/2019 [13:38]:
Azərbaycan – Litva: hakim təyinatları açıqlandı
21/03/2019 [11:46]:
FED faiz dərəcəsini dəyişmədi
21/03/2019 [09:59]:
Türkiyədə baş vermiş zəlzələdə 278 evə zərər dəyib
20/03/2019 [23:40]:
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır
20/03/2019 [21:23]:
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
20/03/2019 [19:41]:
Martın 21-ə hava proqnozu
20/03/2019 [19:03]:
Bakıda Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib
20/03/2019 [18:36]:
Türkiyədə 19 PKK terrorçusu həbs olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Daha bir məscidə hücum
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
2 Konstitusiya qanunu ləğv olunur
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Türkiyədə yenə azərbaycanlı qadınlar tutuldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin