Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilib

11/01/2019 [10:47] - Gündəm (507)



Bakıya “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. Bu barədə Sputnik Azərbaycan-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: “Bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb. Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir”.

“Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər” – deyə Oruc qeyd edib.

Z.Oruc diqqətə çatdırıb ki, peyvəndin qiyməti 38 manatdır.

Qeyd edək ki, hazırda Gürcüstanda “donuz qripi”nin yayılıb. Bu günə qədər orada qripdən 14 nəfər dünyasını dəyişib. Son məlumatlara görə, laborator müayinələr nəticəsində Gürcüstanda xeyli sayda insanın “donuz qripi”nə yoluxduğu aşkarlanıb.

“Donuz qripi” – H1N1 qrip virusunun xüsusi növü olan kəskin yoluxucu xəstəlikdir. Bu qrip epidemiyanın pandemiyaya sürətlə keçməsi ilə xarakterizə olunur.

Bu virusa həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontakt vasitəsilə xəstəlik asanlıqla yayıla bilir.

“Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan – Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Xəstəlik dərhal meydana çıxmır. Donuz qripinin inkubasiya dövrü daşıyıcıdan asılı olaraq ilkin simptomların meydana çıxmasından sonrakı 24-48 saatdır. Bu dövrdə virus fəal surətdə çoxalmağa və ətraf mühitə yayılmağa başlayır. O, asanlıqla insanlara və heyvanlara keçə bilir.

Bu virusa yoluxmuş şəxslər, əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir.

Uşaqlar, xüsusən də azyaşlılar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilərlər. Təxminən, hər altıncı insan simptomlar bəlli olduqdan sonrakı 14 gün ərzində terapiyaya baxmayaraq ətrafdakıları yoluxdura bilər.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
28/09/2020 [21:24]:
Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib
28/09/2020 [21:07]:
Türkiyənin Baş Ombudsmanı Azərbaycan Ombudsmanına zəng edib
28/09/2020 [21:00]:
Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib
28/09/2020 [20:49]:
Yoluxma riskini azaldır – ABŞ-da koronavirus araşdırması
28/09/2020 [20:47]:
Ombudsman ermənilərin atəşə tutduğu bölgədə
28/09/2020 [20:40]:
Şanlı Ordumuzun uğurları
28/09/2020 [20:00]:
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
28/09/2020 [19:16]:
Azərbaycan və Ukrayna XİN rəhbərlərinin telefon danışığı oldu
28/09/2020 [18:48]:
Ukraynanın ən böyük aviaşirkəti Yerevana uçuşları dayandırdı
28/09/2020 [18:38]:
Düşmənin növbəti provakasiya siyasəti
28/09/2020 [18:19]:
Türk Şurası Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
28/09/2020 [17:46]:
BİZ ZƏFƏR ÇALACAĞIQ.QARABAĞ BİZİMDİR, QARABAĞ AZƏRBAYCANDIR !
28/09/2020 [17:35]:
Qarabağ Azərbaycandır!
28/09/2020 [17:22]:
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
28/09/2020 [17:10]:
Karantin rejimi noyabrın 2-dək uzadıldı
28/09/2020 [17:00]:
Ordumuzun yüksək döyüş əzmi bu gün öz sözünü deyir
28/09/2020 [16:46]:
BİZİM İŞİMİZ HAQQ İŞİDİR. BiZ ZƏFƏR ÇALACAĞIQ!
28/09/2020 [16:35]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [16:34]:
Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı
28/09/2020 [16:15]:
Azərbaycan haqq yolundadır
28/09/2020 [16:00]:
Şanlı Ordumuzun yanındayıq!
28/09/2020 [15:44]:
Bizim yolumuz haqq yoludur!
28/09/2020 [15:34]:
QARABAĞ AZƏRBAYCANIN BÖLÜNMƏZ PARÇASIDIR!
28/09/2020 [15:15]:
Azərbaycan xalqının orduya inamı böyükdür
28/09/2020 [15:14]:
ABŞ-da məhkəmə “TikTok” qadağasını müvəqqəti bloklayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
Ərtoğrula vəzifə verildi
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi
“Oyaq gözəl” yenidən səhnədə
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Dünyada bankların səhmləri ucuzlaşıb
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
Modi: "Hindistan bütün digər ölkələrlə birgə işləməyə ümid edir"
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin