Xalq artisti 70 yaşını qeyd edir

10/01/2019 [11:39] - Mədəniyyət (230)



Azərbaycanın görkəmili teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli sevimli gülüş ustası İlham Namiq Kamalın 70 yaşı tamam olur.

Ömrünün yarım əsrdən çoxunu teatr sənətinə bağlayan İlham Namiq Kamal 9 yanvar 1949-cu ildə Bakıda doğulub. O, 1966-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino aktyorluğu” fakültəsində təhsil alıb. Tələbə vaxtı Molyerin "Jorj Danden” komediyasında baş qəhrəman rolunu uğurla ifa etdiyindən onu institutun Tədris Teatrının aktyor truppasına qəbul ediblər. 1972-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan aktyor bu səhnədə Müsyö Jordan ("Müsyö Jordan və Dərviş Məstəli şah”), Sarı Qarayev ("Varlı qadın”), Zaman müəllim ("Bu dünyanın adamları”), Gülən adam ("Hərənin öz payı”), Kişi ("Mənim ərim dəlidir”), doktor Qaratay ("Afət”) kimi rollarda çıxış edib. 1989-cu ildən Dövlət Gənclər Teatrında çalışan İlham Əhmədov burada Məsuliyyətsiz ("Çarəsiz sərnişinlər”), Dadaşbala ("Dadaşbala əməliyyatı”), Sultanqulu ("Sultanqulu körpüsü”), Kələntər ("Dağ tikirik”), Daniel ("Arvadımın qatili”), Kazbek ("Arvadımın əri özüməm”) kimi baş rolların ifaçısı olub.

İlham Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrında E.Mansurov və G.Xuqayevin “Sevgilimin anası” (Albadam), F.Qarayev və E. de Flipponun ”Filumeno Marturano” (Dominisko Soriano), O.Rəcəbov və A.Babayevin “Şeytanın yubileyi” (Meydan), R.Mirişli və M.Haqverdiyevin “Qısqanc ürəklər” (polkovnik Mikayıl), F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” (İbad İbadov), M.Məmmədovun “Matəm marşı və ya gözünüz aydın” (Əhmədağa), E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” (Atakişi), R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” (Orxan), Ü.Hacıbəylinin “Ər və arvad” (Mərcan), E.Sabitoğlu və C.Məmmədovun “www. ferzeli-kef.com” (Fərzəli), R.Hacıyevin “Qafqazlı qardaşqızı” (Bəbirli) tamaşalarında özünəməxsus rollar yaradıb. Peşəkar aktyor həm də “Şeytanın yubileyi” və “Amerikalı kürəkən” əsərlərinə quruluş verib.

"Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor tamaşaçıların sevimlisinə çevrilib.

O, 1997-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, professordur. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 2000-ci ildə "Qızıl Dərviş” mükafatına, 2013-cü ildə “Şöhrət” ordeninə layiq görülüb. 2012-ci ildən Prezident təqaüdçüsüdür.


Keçmiş məhkum 8 nəfəri güllələdi: 4 öldü, 4 yaralı...
Bakıda daha bir su xətti partladı
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək
VII Muğam Televiziya Müsabiqəsi başa çatdı
Rasim Quliyev: AXC-Müsavat iqtidarı anarxist hakimiyyət kimi tarixdə qaldı
Xəbər lenti
18/06/2019 [01:14]:
Azərbaycanda ilk dəfə “UNLIMITED” İnklüzivlik Hakatonu!
17/06/2019 [23:57]:
Sabah “Qarabağ”ın ilk rəqibi məlum olacaq
17/06/2019 [22:32]:
Azərbaycan XİN Ermənistanın Qarabağda hərbi təlimləri barədə
17/06/2019 [20:28]:
Argentinalı futbolçu "Keşlə"də - rəsmi
17/06/2019 [18:57]:
Azərbaycan qazı Avropaya çatdırılıb
17/06/2019 [17:34]:
Çingiz Abdyullayevi tənqid edən yazıçı AYB-dən qovuldu
17/06/2019 [15:52]:
Keçmiş məhkum 8 nəfəri güllələdi: 4 öldü, 4 yaralı...
17/06/2019 [15:43]:
Azərbaycan vətəndaşları Türkiyədə daha çox daşınmaz əmlak alırlar
17/06/2019 [14:32]:
Bakıda daha bir su xətti partladı
17/06/2019 [12:53]:
19 yaşlı hücumçu üçün 120 milyon avro
17/06/2019 [11:48]:
Serialın müəllifi Çernoblda selfi çəkdirənlərə xəbərdarlıq edib
17/06/2019 [10:13]:
Krımda azərbaycanlı həmyerlisini qətlə yetirib
16/06/2019 [23:33]:
Məcburi köçkün 427 min dollar borc götürüb futbol mərcində uduzdu
16/06/2019 [22:26]:
Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək
16/06/2019 [20:44]:
İyunun 1-ə hava proqnozu
16/06/2019 [18:57]:
8 PKK terrorçusu məhv edildi
16/06/2019 [17:32]:
Türkiyədə zəlzələ oldu
16/06/2019 [17:06]:
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
16/06/2019 [15:10]:
VII Muğam Televiziya Müsabiqəsi başa çatdı
16/06/2019 [13:58]:
SOCAR prezidenti “Honeywell PMT” şirkətinin prezidenti ilə görüşüb
16/06/2019 [12:53]:
19 yaşlı hücumçu üçün 120 milyon avro
16/06/2019 [12:13]:
Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət olunub
16/06/2019 [11:48]:
Serialın müəllifi Çernoblda selfi çəkdirənlərə xəbərdarlıq edib
16/06/2019 [10:26]:
Ukraynanın U-20 millisi dünya çempionu olub
15/06/2019 [23:28]:
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İlham Əliyev 6 sərəncam, 7 fərman imzaladı - yenilənib
Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında KİV-in rolu - təhlill
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Daha bir həkim səhlənkarlığı: Yanlış cərrahiyyə əməliyyatı xəstəni iflic etdi
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - yenilənib
Emosiyaları özündən uzaqlaşdıran yoqa
AzTV-də qarşıdurma- veriliş yayımdan çıxarıldı
Ən yüksək gəlirli idmançılar – «Forbes» təqdim edir…
Mehriban Əliyeva Elçibəyin xanımının vəfatı haqda
Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin