Qazaxıstanda millətlərarası münaqişə: qazaxlar ermənilərə qarşı

08/01/2019 [11:56] - Dünya (444)



Karaqanda şəhərində baş vermiş faciəvi hadisələr hazırda Qazaxıstanın hüdudlarından kənarda da müzakirə obyektinə çevrilib. Xatırladaq ki, yanvarın 1-də kütləvi dava zamanı qazax gənc öldürülüb və onun ölümündə erməni millətindən olan şəxslər şübhəli bilinir.

Qazaxıstanda hadisə ilə bağlı keçirilmiş kütləvi aksiyalarla əlaqədar Ermənistanın “ArmenianReport” nəşri təhqiramiz bəyanatla çıxış edib: “Qazaxların mahiyyətini və “Zaqafqaziya türkləri” ilə qan qohumluğunu nəzərə alaraq, Qazaxıstanda ermənilərin məhv edilməsi reallığa çevrilə bilər”.

“ArmenianReport” Qazaxıstan cəmiyyətini “mədəniyyətsiz” adlandırıb və qeyd edib ki, burada instinktlər hökmrandır. “Neçənci dəfədir ki, ermənilər Qazaxıstanda özlərinə qarşı qazaxların vəhşi pantürkizmini hiss edirlər”, - erməni nəşri yazır.

Eyni zamanda, bəzi erməni analitiklər hissləri cilovlamağa çağırış edərək bildiriblər ki, Qazaxıstandan kənarda fəaliyyət göstərən bəzi müxalifətçi resurslar “hadisədən istifadə edərək, ölkədəki sabitliyi pozmağa və hakimiyyəti gözdən salmağa çalışırlar. Buna görə də, təxribatçıların dəyirmanına su tökməyə dəyməz”.

“Ermənistan KİV-ləri tərəfindən “BASE” telekanalının guya hakimiyyətin azərbaycanlı cinayətkarların adlarını dəyişərək erməni kimi təqdim etməsi barədə yaydıqları məlumatı yanlışdır. Qazaxıstanda belə telekanal yoxdur, bu, Nazarbayevi və Qazaxıstan hakimiyyətini sərt tənqid edən müxalifətçi resursdur”, - erməni ekspertlərdən biri yazıb.

Virtualaz.org məşhur qazax ictimai xadimi Muxtar Tayjandan vəziyyəti şərh etməyi xahiş edib.

“Münaqişənin tərəfləri qazax və erməni millətindən olan şəxslərdir və bu münaqişə qazaxın ölümü ilə nəticələnib. Əlbəttə ki, bu hadisə ölkənin bütün ictimaiyyətini çalxaladı. Qazaxlar küçələrə çıxaraq, ermənilərin bir hissəsinin Karaqandadan deportasiya edilməsini tələb etdilər, - Muxtar Tayjan deyir. – Karaqandadakı erməni diasporu öz gənclərinə görə üzrxahlıq etdi. Lakin, belə deyək ki, münaqişə millətlərarası xarakter alıb”.

Muxtar Tayjan hesab edir ki, Qazaxıstanda bir qədər yanlış milli siyasət yürüdülür: “1995-ci ildə nəyə görəsə Konstitusiyadan dövlətin əsasını təşkil edən qazax milləti barədə maddəni yığışdırdılar. Lakin Qazaxıstan Avropa və Asiya ölkələri kimi, milli dövlətdir. Burada bütün vətəndaşlıq hüquqlarından yararlanan diaspor nümayəndələri də yaşayır, lakin onların yaşadıqları dövlət qarşısında öhdəlikləri var.

Yaşadığınız dövlətə qarşı loyal olmalı, onun tarixini bilməli, dilini anlamalısınız. Əlbəttə ki, öz folklorunu, dilini də unutmamalısan, bu barədə söhbət gedə bilməz. Lakin buna baxmayaraq, bunları dilə gətirəndə bizi millətçi adlandırırlar”, - Muxtar Tayjan şikayətlənir.

“Qoy onlar (ermənilər) biznesləri ilə məşğul olsunlar, ənənələrini qorusunlar, heç kim mane olmur. Lakin qazaxlara əl qaldırmağa dəyməz. Həmçinin də heç kimə... Karaqandada baş verənlər yalnız məndə belə hiddət doğurmayıb. Belə münaqişələr ciddi nəticələrə gətirib çıxara bilər. Mən Bakıda olmuşam, şəhərdə toxunulmaz qalmış erməni kilsəsini görmüşəm. Bu cür yanaşmanı qiymətləndirmək lazımdır. Su içdiyin quyuya tüpürmək olmaz”, - həmsöhbətimiz bildirib.

Söhbətinin sonunda Muxtar Tayjan qeyd edib ki, qazaxlar azərbaycanlılara qardaşları kimi yanaşırlar: “Bizi qədim köklər bağlayır”.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin