ABŞ-ın məşhur eksperti: Moskva Azərbaycanı əldə edəcəyinə əmin olsa, Ermənistanı satacaq

07/01/2019 [22:41] - Siyasət (196)



ABŞ Dövlət Departamentinin keçmiş özəl müşaviri, SSRİ xalqları üzrə ekspert, Vaşinqton Ümumdünya Siyasəti İnstitutunun professoru Pol Qoblun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqda Ermənistan nəşrinə müsahibəsini təqdim edirik.

–Cənab Qobl, sizin rəyinizə görə, keçən il Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində məhz nə dəyişilib? 2018-in başlağıcında hardaydıq və indi hara çatmışıq?

-Təməl  problemlər əsasən dəyişilməz qalıb: Rusiya münaqişənin tam həllini istəmir, çünki bu halda həm İrəvana, həm də Bakıya təsir rıçaqlarını itirər. ABŞ istəyir ki, problem çözülsün, amma bu münaqişənin tənzimlənmsinin irəlilədilməsi üçün bölgədə yetərincə resursu yoxdur. Ermənistan və Azərbaycanda isə hakimiyyətdə elə hökumətlər var ki, bu məsələdə kəskin dəyişikliklərə qəti qarşı olan  cəmiyyətin radikal mövqeyini ifadə edirlər.

Eyni zamanda durumu dəyişə biləsi iki təməl dəyişiklik baş verib. Ermənistanda müstəqillik əldə ediləndən bəri istənilən hökumətdən daha çox Moskvadan daha az asılı olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə münasibətləri daha çox dərinləşdirir. Ehtimal ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etməkdən yana Paşinyanın hələlik yetərincə gücü yoxdur: diqqətini, hər şeydən qabaq, daxili problemlərə cəmləyib. Və ehtimal ki, nüfuzlu Qarabağ lobbisinə qarşı addımlar atmaq istəmir. Ola bilsin, durum bir-iki ildən sonra dəyişilər. Halbuki Bakıda Əliyev Moskva ilə mötədil yaxınlaşmaya can atır. Moskva İrəvanı mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə məcbur etsə, Azərbaycanda nüfuzunu əsaslı genişləndirə bilər. Mən həmişə buna əmin olmuşam ki, Moskva əvəzində Azərbaycanı əldə edəcəyinə əmin olarsa, Ermənistanı satacaq. Amma burada böyük bir “əmma” var – Əliyev hər şeyi Moskvaya verməyə hazırdırmı – hətta bu, Dağlıq Qarabağın qaytarılmasına yol açarsa da?

Hesab edirəm ki, 2019-da da tənzimlənmə prosesində ciddi tərpəniş olmayacaq, amma Moskva orada nə baş verəcəyini ondan başqa kiminsə qət edə bilməyəcəyini hər iki tərəfə xatırlatmaq üçün yeni toqquşmalar da törədir.

–Aprel-mayda Ermənistanda baş vermiş məlum dəyişikliklərdən sonra Ermənistan və Azərbaycanı yetərincə müxtəlif rejimlər yönəldir. Ermənistan indi demokratikləşməyə doğru qətiyyətlə addımlayır, Azərbaycanda isə köhnə rejim saxlanılır. Bu durum münaqişənin tənzimlənməsi prosesinə əsaslı təsir edə bilərmi?

-Paşinyan ölkə daxilində öz hakimiyyətini bərkitməyə vadardır, Dağlıq Qarabağ məsələsində addım atmaq isə daxili planda onu işini çətinləşdirər. Əliyev də kəskin hərəkətlə qayığı yırğalamaq istəmir, uyğun olaraq, Moskva ilə mötədil yaxınlaşma tərəfdarı olacaq ki, Türkiyə və Qərbi özündən çəkindirməsin.

– Keçən il boyunca həm tənzimləmə prosesində, həm də ümumən bölgədə bir sıra maraqlı gəlişmələr baş verib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaza səfər edib, parlament seçkilərindən sonra Paşinyanın “güclü mandat” əldə edəcəyi və Qarabağ probleminin tənzimlənməsi yönündə “qəti addımlar ata biləcəyi” haqda Ermənistanda məşhur bəyanatını verib. Nikol Paşinyan və İlham Əliyev iki qeyri-rəsmi görüş keçiriblər. Sonra Azərbaycan rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün “əlverişli durumun yarandığı”, Azərbaycan XİN başçısının erməni həmkarıyla “qarşılıqlı anlaşma” əldə etdiyi və s. haqda qəribə şəkildə yetərincə nikbin bəyanatlar verib. Belə bəyanatlar müəyyən şübhələr doğurub ki, diplomatik danışıqlar çərçivəsində iki dövlətin başçılarının gizli saxladığı nəsə baş verir. Necə hesab edirsiniz, bu məsələdə Amerika və Rusiya siyasətində ciddi dəyişikliklər baş verə bilər?

–Paşinyanın mandatı var, amma Dağlıq Qarabağ məsələsinin həllinə mandatı yoxdur. O, Qarabağ məsələsində öz sələfinin kursunu sürdürür. Qərbin Qafqazda fəal təmsilçiliyi olsaydı, durum dəyişilə bilərdi, amma bu, az ağlabatandır – Tramp administrasiyasının diplomatik cəlblikdən geri çəkilməsi və bölgəyə qoşun yeritməyəcəyinə əminlik gözə alınmaqla. Rusiyanın isə daha önəmli məsələləri var və indiki anda Ermənistan Moskva üçün ikinci dərəcəli vəzifədir. Kreml Paşinyanı sevmir, elə etmək istəmir ki, onu Qərbin qucağına yönəltsin. Nəticədə, bütün ehtimala görə, diplomatik proses yenidən dalana girəcək.

–Ekspertlər hesab edirlər ki, Tramp administrasiyası Qarabağ münaqişəsinin tənzimlənməsinə İranı təcrid etməyin dərinləşməsi yolu kimi baxır. Rusiya isə, həmişəki kimi, bu məsələdə fəaldır. Üstəlik, Belarus prezidenti Lukaşenko Rusiya jurnalistlərilə görüşdə tənzimləmənin Rusiya planının bəzi maraqlı ayrıntılarını açıqlayıb – Artsaxın (Dağlıq Qarabağ-red.) beş rayonunun Azərbaycana qaytarılması (Ermənistan tərəfi bunun yerinə nə əldə edəcəyi aydın deyil) və KTMT qoşunlarının münaqişə zonasında yerləşdirilməsi təklif olunur. Biz bundan sonra vasitəçilər tərəfindən yeni diplomatik səylər gözləməliyik?

–Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa, bu, ABŞ-a İranı təcrid etməkdə daha çox imkan verəcək, çünki Qarabağ münaqişəsinin həlli bildirir ki, Tehran Qafqazda siyasi məsələlərə təsir etmək imkanını itirir. Amma Moskva bunu başa düşür və elə edir ki, buna yol verməsin.

Tərcümə Strateq.az-ındır.
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
Mehman Hüseynov prezidentə müraciət etdi
Xəbər lenti
21/01/2019 [23:47]:
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb - yenilənib
21/01/2019 [22:27]:
Akademiyanın institutları birləşir - siyahı
21/01/2019 [21:36]:
Beynəlxalq Bankdan 30 milyon kredit götürnüş şəxs familiyasını niyə dəyişib?
21/01/2019 [20:49]:
Sarkisyanın partiyası Paşinyanı “hoqqabaz” adlandırdı
21/01/2019 [19:34]:
İran prezidenti: “İnternetə mane olmaqla səhv etmişik”
21/01/2019 [18:45]:
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
21/01/2019 [17:26]:
"Bakcell" və "Hesab.az" avtomatik ödəniş funksiyasını təqdim edib
21/01/2019 [16:39]:
Mehman Hüseynov prezidentə müraciət etdi
21/01/2019 [16:23]:
Daha bir azərbaycanlı iş adamı itkin düşüb
21/01/2019 [15:34]:
Ötən il Gürcüstan Azərbaycana 98 mln. dollar dəyərində siqaret satıb
21/01/2019 [14:26]:
Babək prospektində asfalt çökdü
21/01/2019 [13:58]:
Bu gün Cahangir Hacıyevin məhkəməsi başlayır – 4,7 milyardlıq cinayət işi
21/01/2019 [13:04]:
Bu gün Strasburqda AŞPA-nın qış sessiyası işə başlayır
21/01/2019 [12:24]:
“ASB”-nin aktivləri və mənfəəti niyə azalıb?
21/01/2019 [11:39]:
Əfqanıstan prezidenti yenidən namizədliyini irəli sürüb
21/01/2019 [10:45]:
Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə uduzub
21/01/2019 [09:54]:
Ötən il Azərbaycanın İrana neft ixracı azalıb
21/01/2019 [00:18]:
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
20/01/2019 [23:39]:
20 yanvar Qətərdə anıldı
20/01/2019 [22:12]:
Nəyə görə Rusiya dollar erasını bitirə bilməz?
20/01/2019 [20:48]:
Yanvarın 21-ə hava proqnozu
20/01/2019 [19:06]:
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb
20/01/2019 [17:43]:
Hakimlərin Mingəçevir toplanışı başa çatıb
20/01/2019 [16:09]:
ABŞ-da təyyarə qəzası baş verib
20/01/2019 [14:51]:
Ağsuda zəlzələ baş verib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda super nazirlik yaradılır - 1 nazirlik və 1 ASC ləğv edilir
İlham Əliyev 2 nəfəri işdən çıxartdı - sərəncam-yenilənib
Ramil Usubov 7 rayonun polis rəisini dəyişdi - siyahı
Bakıda pis hava ilə bağlı daha bir xəbərdarlıq -uşaq bağçaları bağlanır
Eldar Mahmudovun “qulağı” Beytulla Hüseynov azadlığa çıxır
Ramil Usubov 2 rayona polis rəisi təyin etdi
İlham Əliyev 4 dövlət xidməti yaratdı - fərman
Ramil Usubovdan yeni təyinatlar - 2 generalın yeri dəyişdi
İlham Əliyev 3 dövlət qurumunu ləğv etdi - fərman
İlham Əliyev 3 qurumu birləşdirdi - 1 qurum isə ləğv edildi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin