Bakının avtomobil bazarında son vəziyyət - qiymətlər

07/01/2019 [10:42] - İqtisadiyyat (310)



Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb.

Minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunub.

Bəs, görəsən rüsumların artırılması avtomobillərin qiymətinə nə kimi təsir göstərib? Hansı avtomobillərin qiyməti bahalaşıb? Alıcılar daha çox hansı avotomobillərə üstünlük verirlər?

Bu suallara aydınlıq gətirmək üçün musavat.com-un müxbiri Badamdar qəsəbəsində yerləşən Avtomobil Satışı Mərkəzində baş çəkib, bazardakı vəziyyəti öyrənməyə çalışıb.

Rüsumların artırılması bazarda vəziyyəti bir xeyli dəyişib. Demək olar ki, bütün avtomobillərdə bahalaşma müşahidə edilir. 2006-cı ildən bəri idxal olunan avtomobillərin qiymətində daha kəskin bahalaşma olub. İkinci əl avtomobillərin qiymətində hələlik elə də qiymət artımı nəzərə çarpmır. Satıcılar rüsumların arıtırılmasından sonra yeni gətirilən avtomobillərin qiymətində fantastik dərəcədə bahalaşma olduğunu bildirdilər.

Satcılar deyir ki, mühərrikin həcmi 3000 kubsantimetrədək olan avtomobillərdə cüzi artım olub. Təqribən 500-600 manat bahalaşma baş verib. Mühərrik həcmi aha yüksək olan, yəni 4000-5000 kubsantimet olan avtomombillərdə 7-8 min manat civarında bahalaşma olub.

Bazara həmişə olduğu kimi almaniya istehsalı olan avtomobillər liderlik edir. “Mercedes” markasından olan avtomobillərdə də bahalaşma nəzər çarpır. Bu avtomobillərin buraxılış ili köhnə olsa da, tələbat olduqca böyükdür. Bu səbəbdən də avtomobil dəlalları rüsumların arıtırlması fürsətindən istifadə edərək süni şəkildə qiyməti qaldırırlar. Bazarda ən çox “C” və “E” kateqoriyasından olan avtomobillər satılır. Bazarda daha çox mühərrik həcmi 1600 və 2400 kubsantimetrədək olan avtomobillərə daha çox tələbat var.

Rüsumların artırılması xəbərini eşidən alıcılar isə təşvişə düşüb. Onlar avtomobillərin daha da bahalaşacağından ehtiyatlanırlar. Alıcılar deyir ki, aksiz dərəcləri artırıldığı üçün alverçilərin çoxu bundan istifadə edərək, qiymətləri bir qədər də şişirdirlər.

Maşın bazarında mühərrik həcmi yüksək olan avtomobillərin bazarı ölüb. Artıq alıcılar avtomobilin buraxılış ilinə yox, yanacaq sərfiyyatını daha az işlədən avtomobillərə üstünlük verilirlər. Bu səbəbdən də mühərrik həcmi 2500 kubsantimetrdən yüksən olan maşınların satışı zəifləyib. Mühərrik həcmi yüksək olan minik avtomobili sahibləri ilə həmsöhbət olub, qiymətlərlə maraqlandıq. Avtomobilini satmağa gətirən Arif İsmayılov deyir ki, real alıcı olsa, 2003-cü illin, BMW markasından olan “X5” avtmobilini 15500 manata satar.

Bir zamanlar dəbdə olan Sovet istehsalı “NİVA” markalı avtomobillərinə isə maraq azalıb. Bu markadan olan avtomobillər rənginə və model fərqinə görə müxtəlif qiymətlərə təklif olunur. 10 min manatdan, 18500 manata civarında dəyişir. Satıcılar bunun səbəbini yanacaq sərfiyyatı ilə əlaqələndirdilər.
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
Bakıda sərnişin avtobusu yandı
FED faiz dərəcəsini dəyişmədi
Xəbər lenti
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
22/03/2019 [13:59]:
Vahid Ələkbərov milyarderlərin "top-10"luğunda 7-ci oldu
22/03/2019 [12:37]:
Türkiyə hərbçiləri Azərbaycanın S-300 sistemlərini niyə araşdıracaq?
22/03/2019 [10:10]:
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
22/03/2019 [01:38]:
Millimiz Xorvatiyaya uduzdu
21/03/2019 [22:34]:
Britaniyada dörd məscidə hücum oldu
21/03/2019 [20:23]:
Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21/03/2019 [18:46]:
Hindlilərin rəngarəng Holi bayramı
21/03/2019 [18:19]:
Azərbaycan nefti bahalaşıb
21/03/2019 [16:27]:
Serj Sarkisyan: "Vaxtı gələndə danışacağam"
21/03/2019 [14:58]:
Bakıda sərnişin avtobusu yandı
21/03/2019 [13:38]:
Azərbaycan – Litva: hakim təyinatları açıqlandı
21/03/2019 [11:46]:
FED faiz dərəcəsini dəyişmədi
21/03/2019 [09:59]:
Türkiyədə baş vermiş zəlzələdə 278 evə zərər dəyib
20/03/2019 [23:40]:
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır
20/03/2019 [21:23]:
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
20/03/2019 [19:41]:
Martın 21-ə hava proqnozu
20/03/2019 [19:03]:
Bakıda Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib
20/03/2019 [18:36]:
Türkiyədə 19 PKK terrorçusu həbs olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Daha bir məscidə hücum
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
2 Konstitusiya qanunu ləğv olunur
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Türkiyədə yenə azərbaycanlı qadınlar tutuldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin