"Qalatasaray"ın hücumçusu ərəb klubuna keçdi

07/01/2019 [09:58] - İdman (340)



Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Qarri Rodriges Səudiyyə Ərəbistanı "Əl İttihad"ına transfer olub.

"Report"un məlumatına görə, 29 yaşlı cinah oyunçusu üçün "sarı-qırmızılar"a 10,25 milyon dollar ödənilib. Onunla 4,5 illik müqavilə bağlanılıb.

Klublar arasındakı anlaşmaya əsasən, "Əl İttihad" Rodrigesi gələcəkdə 10 milyon dollardan baha sata bilsə, əlavə vəsaitin 20 faizini "Cim-Bom"a ödəyəcək.

Qeyd edək ki, Qarri Rodriges "Qalatasaray"a 2016-2017 mövsümünün qış fasiləsində transfer olub. O, ötən mövsüm qazanılan 21-ci çempionluqda böyük pay sahibi olub. Kabo Verdeli hücumçu ötən mövsüm 9 qol və 10 məhsuldar ötürmə müəllifi olub. Ümumilikdə isə Rodriges "sarı-qırmızı" forma ilə 78 matçda 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl məlum olub ki, "Qalatasaray"ın sabiq baş məşqçisi İtaliya komandasına rəhbərlik edəcək.
Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin