Müəllim üçün çətin test tapşırıqları anlayışı olmamaldır - Ekspert biabırçı imtahan haqda

05/01/2019 [10:47] - Cəmiyyət (322)



"Bütün hallarda, müəllim üçün asan və çətin test tapşırıqları anlayışı olmamaldır. O, fənnini dərindən bilməli, daim öz üzərində işləməli və təkmilləşməyə meylli olmalıdır”.

Bu fikirlər tanınmış təhsil eksperti Etibar Əliyevin Təhsil Nazirliyinin bir qrup müəllim üçün keçirdiyi imtahanın biabırçı nəticələri ilə bağlı yazısındandır.

İstiqlal.az E.Əliyevin “Facebook”da paylaşdığı “Olimpiada burulğanı” adlı yazısını təqdim edir: 

“Bir neçə gün əvvəl Təhsil Nazirliyi Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Nəticələrin acınacaqlı olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub:

Belə ki;

Biologiya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 221 müəllim) – 51 faiz.

İnformatika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 129 müəllim) – 10 faiz.

Fizika fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 180 müəllim) – 6 faiz.

Kimya fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 201 müəllim) – 5 faiz.

Riyaziyyat fənni üzrə: sualların yarıdan çoxunu düzgün cavablandıranlar (iştirak edib – 405 müəllim) – 1 faiz.

Təhsil Nazirliyinin narazılıqlara münasibəti belə olub: “Təəssüf ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın aparıcı ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır”.

Bu münasibətə qismən haqq qazandırmaq olar. Lakin seçilmiş müəllimlərin imtahanlardakı nəticələri düşünmək üçün xeyli əsas verir. Səbəblər çoxdur:

- Ali məktəblərdə adları çəkilən fənlərin tədrisinin keyfiyyəti aşağı səviyyədədir. Ötən əsrin 80-90-cı illərinin dərsliklərindən istifadə edilir;
– Müəllimlər ali məktəbdən ayrıldıqdan sonra yalnız test tapşırıqları ilə məşğul olurlar, ixtisasları üzrə yeni ədəbiyyatlarla tanış olmurlar, başqa sözlə, fənlərinə yaradıcı yanaşmırlar;
– Xarici dildə ədəbiyyatlardan istifadə aşağı səviyyədədir;
– Müəllimlərin təkmilləşdirilməsi işi formal xarakter daşıyır;
– Fənn Olimpiadaları üzrə dərslik və dərs vəsaitləri yox səviyyəsindədir. Ən azında türk dilində çap olunmuş ədəbiyyatlardan istifadə olunmalıdır.

Gender faktorunu da bura əlavə edəkmi?

Həqiqət xatirinə onu deyim ki, biz ali məktəbdə oxuyan zaman fizika, riyaziyyat, kimya, informatika fənlərini tədris edən qadın müəllimə rast gəlmədik. Kişilərin məktəbi tərk etməsinin də bu prosesə ciddi təsiri var. Başqa bir dərdimizə diqqət edin: 3 mindən çox saxta diplomlu müəllim məktəbdən kənarlaşdırılıb. Orta məktəblərin İKT təminatına ayrılan 30 milyon manat vəsait göyə sovrulub.

Bütün hallarda, müəllim üçün asan və çətin test tapşırıqları anlayışı olmamaldır. O, fənnini dərindən bilməli, daim öz üzərində işləməli və təkmilləşməyə meylli olmalıdır. Diaqnostik qiymətləndirmə müəllimlərin imtahana yolunu açdı. Lakin bu həm də onlarda xeyli arxayınçılıq yaratdı. Biz də Beynəlxalq Olimpiadalara hazırlıq proqramının çətinliyini bilirik. Lakin başqa yolumuz da yoxdur. Bir misal çəkim: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının keçirdiyi “Şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı”nın son nəticələri göstərdi ki, çinli uşaqların oxu, riyaziyyat və təbiət elmlərindən qazandıqları savadın orta göstəricisi dünyada ən yüksəkdir. Böyük Britaniyanın Təhsil naziri pedaqoji təcrübəni bölüşmək məqsədilə çinli həmkarlarına müraciət etmişdir. İngilis məktəblərinə Şanxaydan 60 müəllim dəvət olunub. Məqsəd Britaniya məktəblilərinin riyaziyyat biliklərini və müəllimlərin pedaqoji təcrübəsini artırmağa xidmət edir. Çində müəllim və şagirdlər üçün olimpiada düşərgələri fəaliyyət göstərir.

2016-cı ildə Rusiyada “İlin müəllimi” seçilmiş Aleksandr Şaqalov müəllimləri aşağıdakı qrupa bölür:

Ortabab müəllim – şərh edir;
Yaxşı müəllim – izah edir;
Görkəmli müəllim – göstərir;
Böyük müəllim – ilham verir, ruhlandırır.

Bizə 4-cü tip müəllim lazımdır. Bunun üzərində baş sındırmaq lazımdır.

Şagirdi ruhlandıran müəllim…”
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
14/12/2019 [19:36]:
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [18:35]:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
14/12/2019 [18:23]:
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
14/12/2019 [17:50]:
Bakıda bazar yanır
14/12/2019 [17:49]:
Səfir: “Biz burada Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq”
14/12/2019 [17:30]:
Finlandiya səfiri: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi üçün səy göstərir”
14/12/2019 [17:23]:
Rayonlarda 760 fərdi evə təbii qaz verilib
14/12/2019 [16:31]:
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
14/12/2019 [15:42]:
ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə salıb
14/12/2019 [15:18]:
KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib
14/12/2019 [14:44]:
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
14/12/2019 [14:16]:
“Baladadaşın toy hamamı” nümayiş olunub
14/12/2019 [13:54]:
Axtarışda olan 35 nəfər saxlanılıb
14/12/2019 [13:23]:
Neftin qiyməti bahalaşır
14/12/2019 [12:42]:
Mərkəzi Bank 100 milyon manat cəlb edir
14/12/2019 [12:12]:
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
14/12/2019 [11:48]:
Qızılca epidemiyasından 93 nəfər ölüb
14/12/2019 [11:19]:
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
14/12/2019 [10:45]:
Manatla pul bazasının artım tempi 14%-ə yüksəlib
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin