Banklarda girovu olanların işi çətinləşdi – Qanun dəyişdi

04/01/2019 [22:34] - İqtisadiyyat (294)



Azərbaycanda “İpoteka haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Qanuna edilən dəyişikliklər indiyədək bu sahədəki boşluqları və qeyri-müəyyənlikləri aradan qaldırmaqla yanaşı, borclulara qarşı daha sərt tələblər gətirir. Qanuna edilən dəyişikliklərin detallarını təqdim edirik.

Qanuna əsas dəyişikliklərdən biri ipoteka predmetinin, yəni girovun satışa çıxarılması səbəbi ilə bağlıdır. İndiyədək girov yalnız o zaman satışa çıxarılırdı (qanunda bu məsələ “ipoteka predmetinə tutmanın yönəldilməsi» kimi qeyd edilir) ki, kreditin əsas hissəsi ödənilməsin. İndi isə bu məsələ sərtləşdirilib. Bundan sonra həm də ödənişin vaxtının 90 gün gecikdirilməsi də girovun satışına əsas olacaq.

Bundan başqa, Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək mümkün olacaq.

Ən maraqlı yeniliklərdən biri odur ki, kreditin qaytara bilməyən girovun sahibinə imkan veriləcək ki, əmlakını özü satsın. Yəni borclunun arzusu olarsa, bankın iştirakı olmadan əmlakını satıb, kreditin bağlaya bilər. Bunun üçün tərəflər arasında üç tərəfli müqavilə bağlanılır və satılan əmlakın pulu banka köçürülür, kredit məbləği və digər xərclər çıxılır, qalan hissə əmlakın sahibinə qaytarılır.

Ən mühüm yeniliklərdən biri tutmanın girovu yönəldilməsi ilə bağlı müştərinin xəbərdar edilməsi ilə bağlıdır. İndiyədək mövcud olan qaydalara görə, müştəri bu vəziyyətdən yalnız o vaxt xəbərdar edilmiş sayılırdı ki, bildiriş ona şəxsən çatdırılsın (və imzası ilə aldığını təsdiqləsin).

bank_albom_260915İndi isə bank bu barədə məlumatı həm müştəriyə, həm də ipoteka müqaviləsində adı keçən digər şəxsə sifarişli poçtla və elektron poçtla (emaillə) yollayacaq. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Başqa sözlə, kreditin ödəməyən borclunu tapmaq problemi artıq həllini tapmış sayılır.

Digər maraqlı yenilik girovların məhkəmə qərarı ilə deyil, notariusun icra qeydi əsasında satılmasına aiddir. Əgər müştəri bu barədə xəbərdarlığa reaksiya vermirsə və ya məhkəməyə müraciət etmirsə, bu proses ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

Bu qaydaya görə, əgər girovun açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulubsa, notarius tərəflərdən birinin istəyi ilə girovun açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. Girovun satılması üçün 2 ay vaxt müəyyən edilib. Girovun satış qiyməti müqavilədə göstərilibsə satışlar o qiymətlə, göstərilmədikdə isə, qiyətləndiricinin qoyduğu qiymətlə satışa çıxarılır.

Amma girovun satışı ilə bağlı mübahisələr də ola bilər ki, bu sahədə, yəni məhkəmə müahisələrində də ciddi yeniliklər var. «İpoteka haqqında» qanuna edilən dəyişikliyə görə, məhkəmə bu işə 1 ay ərzində baxıb qərar verməlidir. Çıxarılan qərardan şikayət verildiyi halda, ona da bir ay ərzində baxılıb qərar verilməlidir.

Maraqlı yeniliklərdən biri odur ki, girov açıq bazarda və hərracda, o cümlədən elektron hərracda satıla bilər. Amma bəzi tələblər var. Belə ki, girovların hərracını yalnız o şirkətlər təşkil edə bilər ki, onlar beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat olsunlar.

Hərracı udan şəxs pulu vaxtında ödəyib əmlakı almasa, əmlakı almaq hüququ hərracda ikinci ən yüksək qiyət təklif edən şəxsə verilir. Daha bir maraqlı yenilik, indiyədək hərrac baş tutmayanda ikincə hərrac 45 gündən gec olmayaraq keçirilməli idi, indi isə bu müddət 20 günə endirilib. Yəni girovlar daha tez satılmalıdır.

İlkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər. Bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

Satılan girov yaşayış evidirsə, orada yaşayanlar girovun satılmasından sonra 10 gün ərzində qeydiyyatdan çıxarılacaqlar. /fed.az
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
Bakıda sərnişin avtobusu yandı
FED faiz dərəcəsini dəyişmədi
Xəbər lenti
22/03/2019 [23:39]:
Ukraynada diaspor sədrinə qarşı təxribat hazırlanır
22/03/2019 [22:31]:
Zakir Həsənov Pakistanın müdafiə naziri ilə görüşüb
22/03/2019 [21:43]:
“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırıldılar - təfsilat
22/03/2019 [20:47]:
Rəsmi Bakıdan Paşinyanın bəyanatına sərt reaksiya
22/03/2019 [19:44]:
Dünyanın ən bahalı şəhərləri - siyahı
22/03/2019 [17:36]:
Bakıda bu yollar bağlanır - siyahı
22/03/2019 [15:41]:
Xəzərdə zəlzələ olub
22/03/2019 [13:59]:
Vahid Ələkbərov milyarderlərin "top-10"luğunda 7-ci oldu
22/03/2019 [12:37]:
Türkiyə hərbçiləri Azərbaycanın S-300 sistemlərini niyə araşdıracaq?
22/03/2019 [10:10]:
“Paşinyan danışıqlara hazır deyil” – Şahnazaryan
22/03/2019 [01:38]:
Millimiz Xorvatiyaya uduzdu
21/03/2019 [22:34]:
Britaniyada dörd məscidə hücum oldu
21/03/2019 [20:23]:
Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21/03/2019 [18:46]:
Hindlilərin rəngarəng Holi bayramı
21/03/2019 [18:19]:
Azərbaycan nefti bahalaşıb
21/03/2019 [16:27]:
Serj Sarkisyan: "Vaxtı gələndə danışacağam"
21/03/2019 [14:58]:
Bakıda sərnişin avtobusu yandı
21/03/2019 [13:38]:
Azərbaycan – Litva: hakim təyinatları açıqlandı
21/03/2019 [11:46]:
FED faiz dərəcəsini dəyişmədi
21/03/2019 [09:59]:
Türkiyədə baş vermiş zəlzələdə 278 evə zərər dəyib
20/03/2019 [23:40]:
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır
20/03/2019 [21:23]:
Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb
20/03/2019 [19:41]:
Martın 21-ə hava proqnozu
20/03/2019 [19:03]:
Bakıda Birinci Qlobal Mühəndislik Simpoziumu keçirilib
20/03/2019 [18:36]:
Türkiyədə 19 PKK terrorçusu həbs olunub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - siyahı
Deputat: Əli İnsanovun bu çıxışı biabırçılıqdır
İlham Əliyev böyük siyasi dəyişikliklərin anonsunu verdi - sənədlər paketi hazırlanır
İlham Əliyev 3 sərəncam imzaladı - yenilənib
Əli Kərimli əfv fərmanı haqqında yazdı – Hamımızı sevindirir, ancaq…
Daha bir məscidə hücum
Azərbaycan səfiri 10 banka kürü oğurladı - təfsilat
2 Konstitusiya qanunu ləğv olunur
Vüqar Səfərliyə BMAM-ın ali mükafatı təqdim olundu
Türkiyədə yenə azərbaycanlı qadınlar tutuldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin