“Yaşam Residence”: Ağaclar kəsilməyib, başqa əraziyə köçürülüb

04/01/2019 [14:39] - Cəmiyyət (199)



“Yaşam Residence” şirkəti Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə rəsmi münasibət bildirib.

Bu barədə müxbirimizə şirkətin icraçı direktoru Elşən Mahmudov məlumat verib. 

O bildirib ki, şirkətə aid tikinti işləri tamamilə qaydalara uyğun aparılıb:

“Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanında şirkətimizə aid olan ərazidə tikinti işi başladılıb. Bu ərazi 2006-cı ildən etibarən şəxsi mülkiyyətimizə verilmiş torpaq sahəsidir. 

Bildirmək istəyirəm ki, mediada birtərəfli məlumatların yayılması əsassızdır. Tikinti aparılması üçün əvvəlcədən qanun çərçivəsində aidiyyəti qurumlara yazılı müraciət edilib, razılıq əldə olunub. 
Bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilərək tikinti sahəsinə düşən iki ağacın köçürülməsi üçün müraciət edilib. Müraciət əsasında nazirliyin təşkil etdiyi ekspert qrupu əraziyə baxış keçirib.  Daha sonra Nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalara uyğun şəkildə başqa əraziyə köçürüblər”.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov açıqlamasında prosedurların tam qaydalara uyğun aparıldığını təsdiqləyib:

“Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidən iki ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsilib, qalanları isə Motodrom kimi tanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb”.

“Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabineti tərəfindən 2016-cı ildə təsdiqlənib. Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 

Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Yaşıllıqların yerinin dəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

- ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçün gövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametri və ya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. 
Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 sm artırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaq topasının ölçüləri 2,4x2,4x0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);
- vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boy stimulyatorları ilə işlənməlidir;
- sağlam, yaxşı inkişaf etmiş, böyük mexaniki və donvurma zədələri, quru təpəsi olmayan, eyni zamanda çətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;
- iyun, iyul və avqust aylarında və havanın temperaturu 25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;
-  qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz;
- ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [23:59]:
Qurban Qurbanov: “Futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur”
14/12/2019 [22:38]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:52]:
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
14/12/2019 [20:53]:
Evlərdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
14/12/2019 [19:45]:
Yük qatarı avtomobillə toqquşub - Ölənlər var
14/12/2019 [19:36]:
Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [18:35]:
FİFA qadınlar arasında DÇ-2023-ün keçirilməsi üçün dörd sifariş alıb
14/12/2019 [18:23]:
"3-cü mikrorayon bazarı"nda yanğın söndürülüb
14/12/2019 [17:50]:
Bakıda bazar yanır
14/12/2019 [17:49]:
Səfir: “Biz burada Hindistan mədəniyyətini bütövlükdə tanıtmaqda maraqlıyıq”
14/12/2019 [17:30]:
Finlandiya səfiri: “Hər iki ölkə əməkdaşlığın genişləndirilməsi, gücləndirilməsi üçün səy göstərir”
14/12/2019 [17:23]:
Rayonlarda 760 fərdi evə təbii qaz verilib
14/12/2019 [16:31]:
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
14/12/2019 [15:42]:
ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini rəsmən təxirə salıb
14/12/2019 [15:18]:
KXDR raket buraxılışı məntəqəsində daha bir uğurlu sınaq keçirdiyini bəyan edib
14/12/2019 [14:44]:
Hesablama Palatasının iş planının layihəsi təsdiqlənib
14/12/2019 [14:16]:
“Baladadaşın toy hamamı” nümayiş olunub
14/12/2019 [13:54]:
Axtarışda olan 35 nəfər saxlanılıb
14/12/2019 [13:23]:
Neftin qiyməti bahalaşır
14/12/2019 [12:42]:
Mərkəzi Bank 100 milyon manat cəlb edir
14/12/2019 [12:12]:
Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq
14/12/2019 [11:48]:
Qızılca epidemiyasından 93 nəfər ölüb
14/12/2019 [11:19]:
Velosiped istehsalı üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr gömrük rüsumundan azad edilib
14/12/2019 [10:45]:
Manatla pul bazasının artım tempi 14%-ə yüksəlib
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Elmar Məmmədyarov Latviyaya gedəcək
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
Vilayət Eyvazov yeni səfirlə görüşüb
BMT-nin Bakıda təşkil etdiyi tədbir insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin