“Mehman Hüseynova azadlıq!” tələbilə aksiya keçirilib - saxlanılanlar var

03/01/2019 [18:16] - Gündəm (311)



Bu gün Bakıda "Neftçilər" metro stansiyasının yaxınlığında bloger Mehman Hüseynovun azadlığa buraxılması tələbilə aksiya keçirilib. Aksiyada AXCP üzvləri və bir sıra ictimai fəallar iştirak ediblər.

10-15 nəfər aksiya iştirakçısı "Mehman Hüseynova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiriblər.

Aksiya başlayandan on beş dəqiqə sonra polis əməkdaşları iştirakçıları, o cümlədən qadınları saxlayıb. Saxlanılanları Nəsimi Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparıblar.

Piket iştirakçılarından biri aksiyanın baş tutduğunu söyləyib.

"Polis müdaxiləsinə baxmayaraq, etiraz aksiyası baş tutdu. Biz ictimaiyyətin diqqətini siyasi məhbuslar probleminə yönəldə bildik", - o bildirib.

Mehman Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayon polis rəisinin böhtanla bağlı iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.

Dekabrın 26-da ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb və o, karserə salınıb. M.Hüseynov etiraz olaraq quru aclığa başlayıb. Dekabrın 30-da blogerin səhhəti kəskin pisləşib. Bundan sonra doğmalarının təkidilə quru aclığı dayandırıb və su içməyə başlayıb.

Hüquq müdafiəçiləri əmindirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya hallarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Aksıya zamanı saxlanılanlar arasında jurnalistlər Əfqan Sadıqov (Azel TV), Nurlan Qəhrəmanov (Kanal-13), Əli Abdinov ("Azərbaycanın səsi" saytı) və Sevinc Vaqifqızı da var.

Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Şəki və Lahıcdakı muzeylər Turizm Agentliyinin tabeliyinə verilib
“Neftçi” Avropa Liqasında mübarizəsini dayandırdı
Xəbər lenti
18/08/2019 [12:48]:
SOCAR qazma, hasilat və ixrac göstəricilərini açıqladı
18/08/2019 [10:36]:
Ülvi Qənizadə dünya çempionatının finalına yüksəlib
17/08/2019 [23:41]:
AFFA İntizam Komitəsi "Qarabağ"la bağlı məsələyə baxacaq
17/08/2019 [21:58]:
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
17/08/2019 [20:03]:
Azərbaycan və Almaniya energetikləri əməkdaşlığı dərinləşdirəcək
17/08/2019 [18:14]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib
17/08/2019 [17:08]:
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində iştirak edib
17/08/2019 [16:29]:
Baş Prokurorluq Norveçdən nümunə götürməyi təklif edir
17/08/2019 [14:41]:
Atambayevin həbs qoyulan əmlakları - siyahı
17/08/2019 [12:38]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib - təfsilat
17/08/2019 [11:51]:
Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma - yaralılar var
17/08/2019 [10:29]:
Azərbaycan nefti ucuzlaşıb
17/08/2019 [00:48]:
“Qalatasaray” mövsümə məğlubiyyətlə başlayıb
16/08/2019 [23:33]:
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16/08/2019 [22:18]:
Dövlət şirkətləri 288,4 milyon manat xarici kredit alıb
16/08/2019 [21:32]:
Məhkəmə Ekspertiza Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilib
16/08/2019 [20:55]:
Avqusun 17-ə hava proqnozu
16/08/2019 [19:44]:
Sabah Azərbaycanın 3 rayonunda qaz olmayacaq - siyahı
16/08/2019 [18:57]:
Bəzi muzeylər Turizm Agentliyiin idarəetməsinə verildi
16/08/2019 [18:19]:
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
16/08/2019 [18:14]:
Aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu - layihə
16/08/2019 [17:23]:
Аzərbaycan əhalisinin sayı açıqlanıb
16/08/2019 [16:39]:
Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16/08/2019 [15:41]:
DYP sürücülərə müraciət edib
16/08/2019 [14:58]:
Qırğızıstan məhkəməsi Atambayev barədə qərar çıxardı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Gədəbəyin sabiq başçısı 222-ci maddəni satın aldı - araşdırma
Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı - siyahı
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Nazir polkovniki işdən çıxardı
“İstefalardan xəbərim var” – Şəfiqə Məmmədova
Vilyayət Eyvazovdan yeni təyinat
Bakıda bu ərazilərdəki evlər söküləcək
"Xalqımız müharibə istəyir" deyən siyasi demaqoqa demək istəyirəm ki... - Qüdrət Həsənquliyev
İlham Əliyev 5 nəfərə general rütbəsi verdi - siyahı
Pakistan səfiri: Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın dəstəyini gözləyirik
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin